EU4Digital proqramının Elektron səhiyyə şəbəkəsi transsərhəd elektron səhiyyənin tətbiqi üçün pilot ideyalar hazırlayır
Tarix: 30/06/23
18 may 2023-cü il tarixində EU4Digital proqramının Elektron səhiyyə şəbəkəsi transsərhəd elektron səhiyyə xidmətlərinin sınaqdan keçirilməsi üçün ideyaların yaradılmasına yönəlmiş virtual tədbir keçirib. Bu, 2023-cu ildə əməkdaşlığın gücləndirilməsi üçün keçirilməsi planlaşdırılan bir sıra tədbirdən ikinci belə virtual görüş olmaqla Şərq Tərəfdaşlığı ölkələrində elektron səhiyyənin inkişafı üçün konstruktiv əməkdaşlığın əsasını qoyub.
Transsərhəd elektron səhiyyə xidmətlərinin sınaqdan keçirilməsi mövzusu 27 aprel 2023-cü il tarixində keçirilmiş əvvəlki tədbirdə qaldırılmışdı. Həmin tədbirdə müzakirə olunan əsas mövzular arasında insanların xarici ölkələrə sayahət etdiyi zaman mühüm rol oynayan pasiyentlərə aid tibbi kitabça və elektron resept xidmətləri olmuşdur. Orada başlayan ideayalaşdırma işi may ayında keçirilən görüşdə davam etdirilib.
Son görüşdə əsas diqqət EU4Digital proqramının Elektron səhiyyə üzrə eksperti, Lissabon Universiteti İnstitutunun (ISCTE) dosenti Dok. Enrike Martinsin təqdimatına yönəlib. O, Portuqaliyada elektron səhiyyə xidmətlərinin inkişafı sahəsində mövcud dəyərli təcrübəni bölüşüb. O, həmçinin transsərhəd məlumatların mübadiləsində Milli Əlaqə Mərkəzlərinin, eləcə də qarşılıqlı fəaliyyət göstərən yerli platformaların vacibliyini vurğulayıb. Bu platformalar müxtəlif tibb müəssisələrindən məlumatların Pasiyentlərin vahid tibbi kitabçasına toplanmasına imkan verir.
Digər diqqətçəkən məqam isə pasiyentin Elektron resept kimi sistemlə qarşılıqlı əlaqəsi zamanı onun “səyahət” xəritəsinin təqdimatı olub. Ardınca tədbir iştirakçıları Elektron resept və Pasiyentin tibbi kitabçası sistemləri üçün pilot həllərdən istifadə variantlarını müzakirə ediblər. Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndələri məlumatları göndərən və ya qəbuledən rolları ilə bağlı istəklərini ifadə ediblər və konkret ölkələr üzrə ən uyğun tibbi məlumatların məzmununu təklif ediblər. Elektron resept, Pasiyentin tibbi ktabçası və orada olan peyvəndlərlə bağlı məlumatlar daha çox marağa səbəb olub. İştirakçılar həmçinin transsərhəd elektron səhiyyə xidmətlərinin pilot tətbiqi zamanı məlumatların qarşılıqlı fəaliyyətinin hüquqi cəhətlərini, eləcə də məlumatların qorunmasını müzakirə ediblər.
Tədbirin sonunda EU4Digital komandası ölkələrin hazırlığını yoxlamaq üçün ilkin yoxlama siyahısını təqdim edib. Bunun məqsədi ölkədaxili müzakirələrə şərait yaratmaq və Şərq Tərəfdaşlığı ölkələrinə hazırlıq işlərində kömək etmədir. Yoxlama siyahısı məsafədən tibb xidmətləri və reseptlə satılan dərmanlar, müvafiq reyestrlərin, milli operatorların və istifadə edilən tibbi kodlaşdırma sistemlərinin mövcudluğu ilə bağlı hüquqi məsələləri əhatə edir. Bütün bu məlumatlar hər bir ölkədə uyğunluq dərəcəsini əks etdirir.
Şərq Tərəfdaşlığı ölkələri fərdi və ya birlikdə elektron səhiyyə xidmətlərinin sınaqdan keçirilməsi üçün ideyalar hazırlamağa davam edəcəklər. Hazırlığın yoxlanılması üzrə siyahı və əlavə texniki xüsusiyyətlər EU4Digital tərəfindən keçiriləcək müntəzəm sessiyalar zamanı işçi qruplarla müzakirə olunacaq.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.