-
11/06/2024
EU4Digital proqramının elektron etimad və elektron identifikasiya fəaliyyətləri çərçivəsində konseptual sənəd hazırlanıb
Şərq Tərəfdaşlığı ölkələri arasında elektron identifikasiya (eID) və etimad xidmətlərinin qarşılıqlı tanınmasını dəstəkləmək üçün EU4Digital proqramının elektron etimad və elektron identifikasiya fəaliyyətləri çərçivəsində konseptual sənəd hazırlanıb.
Daha çox oxu -
31/05/2024
EU4Digital Akademiyasında elektron ticarətə dair onlayn kurs – təşviqat məqsədli videoçarx (İngiliscə)
EU4Digital tərəfindən hazırlanan bu 15 dəqiqəlik videoçarx (ingiliscə) Şərq Tərəfdaşlığı ölkələrində sahibkarların və kiçik və orta ölçülü müəssisələrin (KOB-lar) ehtiyaclarına uyğun hazırlanan “Aİ-dəki satış platformalarında elektron ticarət” mövzusunda pulsuz və onlayn kurs təşviq edilir. EU4Digital Akademiyası tərəfindən təqdim olunan kursda iştirakçılar qeydiyyatdan keçə və rəqəmsal satış platformalarında işləmək bacarıqlarını artıra bilərlər.
Daha çox oxu -
31/05/2024
EU4Digital proqramının 3-cü yarımillik hesabatı
İctimaiyyət üçün nəzərdə tutulmuş bu hesabatda EU4Digital proqramının II mərhələsinin üçüncü hesabat dövrü (2023-cü ilin iyul-dekabr ayları) ərzində həyata keçirilən fəaliyyətləri əks olunub. Sənəddə qeyd olunan dövrdə siyasətlərlə bağlı əsas məqamlar qeyd olunub, eyni zamanda EU4Digital proqramının altı tematik sahəsi çərçivəsində əldə olunan nəticələr və növbəti hesabat dövrlərində icra olunacaq fəaliyyətlərin məqsədləri təqdim olunub.
Daha çox oxu -
23/05/2024
Aİ qiymətləndirməsi: Avropa İttifaqının institusional və qanunvericilik bazasının qiymətləndirilməsi və qabaqcıl təcrübə nümunələri haqqında hesabat
EU4Digital proqramının “Avropa İttifaqının institusional və qanunvericilik bazasının qiymətləndirilməsi və qabaqcıl təcrübə nümunələri haqqında hesabatı” Aİ səviyyəsində yükdaşımalar haqqında elektron məlumatların mübadiləsi (eFTI) üzrə ən yeni təcrübələri və onların Şərq Tərəfdaşlığı ölkələri üçün aktuallığı və hətta mühüm əhəmiyyəti haqqında məlumatlılığın artırılmasına xidmət edir. Hesabatda yükdaşımalar haqqında məlumat mübadiləsini dəstəkləyən əsas sahələr üzrə hazırda icra olunan təşəbbüslər və təcrübələr (səlahiyyətli orqanlar, qanunvericilik bazası, beynəlxalq konvensiyalar, praktiki tətbiqetmə, texniki imkanlar və standartlar, o cümlədən Aİ ölkələrində eFTI-nin tətbiqinə dair praktiki nümunələr) əhatə olunub. Şərq Tərəfdaşlığı ölkələrinin logistika sektorunda fəaliyyət göstərən hökumət orqanları üçün nəzərdə tutulmuş bu hesabat həmçinin adı çəkilən ölkələrdə eFTI-nin tətbiqinin cari vəziyyətinin qiymətləndirilməsi üçün əsas məlumat mənbəyi rolunu oynayır. Aİ-nin institusional və qanunvericilik bazasının qiymətləndirilməsi və qabaqcıl təcrübə nümunələri haqqında hesabat EU4Digital proqramının II mərhələsinin Elektron ticarət tematik sahəsi çərçivəsində Rəqəmsal Nəqliyyat Dəhlizləri üzrə fəaliyyətlər çərçivəsində hazırlanıb. Daha ətraflı öyrənmək üçün “İzahedici materiallar” adlı veb-məzmuna və kitabxanamızda əlçatan olan “Elektron ticarət” adlı qısa videoya baxın. Bu hesabatın hazırlanmasına 2023-cü ilin sentyabrında başlanıb və 2024-cü ilin aprelində yekunlaşdırılıb.
Daha çox oxu -
22/03/2024
Aİ-nin qabaqcıl təcrübələrinə əsasən özəl 5G şəbəkələrinin yaradılması haqqında hesabat
EU4Digital proqramının ekspertləri tərəfindən Telekommunikasiya qaydaları bölməsinin fəaliyyətləri çərçivəsində Aİ-nin qabaqcıl təcrübələrinə əsaslanaraq özəl 5G şəbəkələrinin yaradılması haqqında hesabat hazırlanıb. Hesabatın əsas məqsədi özəl 5G şəbəkələrinin yaradılması üçün biznes sektorunda istifadə hallarını müzakirə etmək, həmçinin tezliklərin bölüşdürülməsində Aİ-yə üzv dövlətlərin əldə etdikləri təcrübəni bölüşməkdir.
Daha çox oxu -
08/02/2024
EU4Digital proqramının Şərq Tərəfdaşlığı ölkələrində DESI göstəricilərinin həyata keçirilməsinə dair tövsiyələri
“EU4Digital proqramının Şərq Tərəfdaşlığı ölkələrində DESI göstəricilərinin həyata keçirilməsinə dair tövsiyələri” adlı hesabat EU4Digital “DESI Sürətləndirmə proqramı” çərçivəsində hazırlanan Rəqəmsal İqtisadiyyat və Cəmiyyət İndeksinin (DESI) tətbiqində Şərq Tərəfdaşlığı ölkələri üçün strateji plan rolunu oynayır.
Daha çox oxu -
22/01/2024
EU4Digital proqramının II mərhələsi – ictimaiyyət üçün 2-ci yarımillik hesabat
Bu hesabatda EU4Digital proqramının II mərhələsinin ikinci hesabat dövrü (yanvar 2023 - iyun 2023) ərzində həyata keçirilən fəaliyyətləri əks olunub. Hesabatda sözügedən dövr ərzində altı tematik istiqamət çərçivəsində əldə olunan nəticələr və növbəti hesabat dövrlərində icra olunacaq fəaliyyətlərin məqsədləri təqdim olunub. Sənəddə həmçinin siyasətlərlə bağlı əsas məqamlar qeyd olunub.
Daha çox oxu -
08/12/2023
Şərq Tərəfdaşlığı ölkələrində startap ekosisteminin qurulması və qiymətləndirilməsi: Yüksək fəaliyyət göstəricilərinə malik inkubasiya konsepsiyası, ekosistemin yetkinliyinin təhlili və tövsiyələr
2023-cü ildə hazırlanan bu hesabatda yüksək fəaliyyət göstəricilərinə malik startapların inkubasiyası konsepsiyası müəyyənləşdirilib və Şərq Tərəfdaşlığında innovasiya ekosistemində mövcud iştirakçılar təhlil edilib. Sənəddə EU4Digital proqramının İKT və innovasiyalar tematik sahəsi çərçivəsində həyata keçirilən tədqiqatın metodologiyası, məqsədləri və nəticələri ətraflı şəkildə qeyd olunub və Şərq Tərəfdaşlığı ölkələrində ekosistemin fəaliyyət göstəricilərini artırmaq üçün tədbirlər və prioritetlər üzrə tövsiyələr verilib.
Daha çox oxu -
22/11/2023
Elektron səhiyyə
Rəqəmsallaşma tibbi xidməti daha səmərəli, dəqiq və əlçatan edə bilər. Şərq Tərəfdaşlığı ölkələrinə elektron səhiyyə xidmətlərini digər ölkələrin səhiyyə xidmətləri ilə inteqrasiyasına kömək etmək məqsədilə EU4Digital bu regionda rəqəmsal səhiyyə sisteminin uyğunlaşdırılmasını dəstəkləyir. Bu 59 saniyəlik videoçarxda EU4Digital proqramının Elektron səhiyyə şəbəkəsinin fəaliyyətlərinin bu hədəfləri necə dəstəklədiyi izah olunur.
Daha çox oxu