-
06/04/2023
EU4Digital və INATBA Şərq Tərəfdaşlığı regionunda blokçeyn sahəsinin inkişafını və beynəlxalq əməkdaşlığı dəstəkləyir
30 mart 2023-cü il tarixində EU4Digital təşəbbüsünün İKT və innovasiyalar komandası Şərq Tərəfdaşlığı (ŞT) regionunda blokçeyn ekosisteminin inkişafına dəstək üçün onlayn şəbəkə tədbiri keçirib. Blokçeyn assosiasiyaları, innovasiya ekosisteminin əsas iştirakçıları, eləcə də ŞT ölkələrinin hökumət orqanlarının nümayəndələri Beynəlxalq Etibarlı Blokçeyn Tətbiqlərinin Assosiasiyası (INATBA) və onun əsas və əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Daha çox oxu -
30/03/2023
EU4Digital İKT və İnnovasiyalar Forumu rəqəmsal texnologiyalar sahəsində təhsilin əhəmiyyətinə həsr olunub
EU4Digital İKT və İnnovasiyalar Forumu - 2023 sahibkarlıq müəssisələrinin post-sənaye dövrü, rəqəmsal cəmiyyətə daha yaxşı hazır olmaları ilə bağlı mühüm məsələlərə həsr olunub. Martın 9-da 100-dən artıq şəxsin qatıldığı İkinci İllik İnnovasiyalar Forumu keçirilib. Tədbirdə Şərq Tərəfdaşlığı (ŞT) regionunda startaplar və kiçik və orta sahibkarlıq müəssisələrinin (KOB-lar) rəqəmsal bacarıqların artırılmasının vacibliyi vurğulanıb. Tədbir zamanı yenicə fəaliyyətə başlamış EU4Digital Təhsil texnologiyaları mərkəzi (EdTech Hub) platformasının fəaliyyəti daxil olmaqla, Aİ və Şərq Tərəfdaşlığı regionundakı müxtəlif siyasət və dəstək təşəbbüsləri haqqında məlumat verilib.
Daha çox oxu -
06/03/2023
EU4Digital proqramının 2023-cü il üzrə startaplar və innovasiyalar forumu rəqəmsal bacarıqlara həsr olunacaq
EU4Digital proqramının 2023-cü il üzrə illik EU4Digital Startap və İnnovasiyalar Forumu aparıcı normayaradan qurumların və startap ekosistemi təşkilatlarının nümayəndələrini, o cümlədəm rəqəmsal innovasiya və startap ekosisteminin inkişafı üzrə ekspertləri bir araya toplayacaq. Bu yüksək səviyyəli tədbir “Şərq Tərəfdaşlığında (ŞT) KOB-ların işçilərinin rəqəmsal bacarıqlarının geniş miqyaslı inkişafı üçün rəqəmsal texnologiyalar” mövzusuna həsr olunur. Tədbir 9 mart 2023-cü il tarixində virtual sessiya formatında məsafədən təşkil ediləcək.
Daha çox oxu -
14/02/2023
Təhsil və öyrənmənin dəstəklənməsi üçün “qətiyyətli rəqəmsal inteqrasiyaya” ehtiyac duyulur
Uşaqlıqda və həyatın sonrakı dövrlərində bilik və bacarıqların toplanması insanlara öz potensiallarını inkişaf etdirməyə və reallaşdırmağa imkan verir, eləcə də cəmiyyəti daha məhsuldar edir. Avropa Təlim Fondu (ETF) bildirir ki, insan kapitalını inkişaf etdirmək üçün özümüzü “qətiyyətli rəqəmsal inteqrasiyaya” hazırlamalıyıq. ETF müxtəlif alətlər və təşəbbüslər vasitəsilə tərəfdaş ölkələrdə, o cümlədən Şərq Tərəfdaşlığı regionunda rəqəmsal inteqrasiyaya dair siyasət və tədbirləri dəstəkləyir.
Daha çox oxu -
27/01/2023
Rəqəmsal onilliyə doğru: 2030-cü il üçün siyasət proqramı qüvvəyə minir
2030-cu il üçün Rəqəmsal Onillik siyasət proqramı qüvvəyə minib. Avropa Parlamenti, İttifaqa üzv dövlətlər və Avropa Komissiyası rəqəmsal iqtisadiyyatın inkişafına dair dörd əsas istiqamət üzrə konkret məqsəd və hədəfləri birgə müəyyən ediblər.
Daha çox oxu -
24/01/2023
Aİ 2023-2024-cü illərdə rəqəmsal transformasiya sahəsinə 4,5 milyard avro ayırmağı planlaşdırır
Avropa İttifaqı rəqəmsal transformasiya sahəsi ilə bağlı məqsədlərinə nail olmaq üçün 2023-2024-cü illər üçün Horizon Europe iş proqramı çərçivəsində 4,5 milyard avrodan çox vəsait ayırmağı planlaşdırır - bu, iş proqramının ümumi büdcəsinin 33%-dən çoxunu təşkil edir.
Daha çox oxu -
16/12/2022
Məlumatlı olmaqdan fəaliyyətə: Şərq Tərəfdaşlığı ölkələrində qadınlar arasında sahibkarlığın inkişafı
EU4Digital proqramının İKT və innovasiyalar üzrə komandası tərəfindən 28 noyabr 2022-ci il tarixində təşkil edilən "Women 4 Digital Future" virtual şəbəkə tədbirində müzakirə olunan əsas mövzu Şərq Tərəfdaşlığı ölkələrində qadınlar arasında sahibkarlığın inkişafında innovasiyaların tətbiqi olub.
Daha çox oxu -
08/11/2022
EU4Digital proqramının II mərhələsinin fəaliyyət planları nəzərdən keçirilib
EU4Digital layihələrinin nailiyyət və gələcək planları oktyabrın 25-də keçirilən EU4Digital təşəbbüsünün Koordinasiya Komitəsinin iclasında nəzərdən keçirilib. İclasda həmçinin EU4Digital proqramının II mərhələsi təqdim olunub.
Daha çox oxu -
08/11/2022
Şərq Tərəfdaşlığı Rəqəmsallaşdırma Konfransında müzakirə olunan beş vacib mövzu
Dayanıqlıq, böhran vəziyyətində cavab tədbirləri və bərpa məsələləri oktyabrın 24-də keçirilən Şərq Tərəfdaşlığı Rəqəmsallaşdırma Konfransında geniş müzakirə edilib. Tədbirdə ŞT regionunda rəqəmsal transformasiya üzrə prioritetlər də diqqət mərkəzində olub.
Daha çox oxu