Aİ 2023-2024-cü illərdə rəqəmsal transformasiya sahəsinə 4,5 milyard avro ayırmağı planlaşdırır
Tarix: 24/01/23
Avropa İttifaqı rəqəmsal transformasiya sahəsi ilə bağlı məqsədlərinə nail olmaq üçün 2023-2024-cü illər ərzində Horizon Europe iş proqramı çərçivəsində adı çəkilən sahəyə 4,5 milyard avrodan çox vəsait ayırmağı planlaşdırır. Bu, təxminən 13,5 milyard avro büdcəyə malik iş proqramının ümumi büdcəsinin 33%-dən çoxunu təşkil edir. Bu yolla Avropadakı tədqiqatçılara və novatorlara rəqəmsal, həmçinin ətraf mühit, enerji və geosiyasi problemlər üzrə müasir texnoloji həllərin yaradılmasına dəstək veriləcək. Avropa Komissiyası sözügedən iş proqramını 2022-ci il dekabrın 6-da qəbul edib.
Ayrılacaq maliyyə vəsaitinin köməyilə Aİ mühüm rəqəmsal texnologiyalar yaradacaq və həmin texnologiyaları gündəlik həyatımıza inteqrasiya edəcək. 2023-cü ildə iş proqramı çərçivəsində həmçinin Aİ-nin dayanıqlığını gücləndirmək mqsədilə fiziki və kibertəhdidlərə qarşı son dəcərə mühüm əhəmiyyət daşıyan infrastrukturun qurulmasına dəstək veriləcək.
Aİ-nin 95,5 milyard avro büdcəyə malik daha geniş tədqiqat və innovasiya proqramının bir hissəsi olan “Horizon Europe” proqramı üçün 2023-2024-cü illər ərzində ayrılan maliyyə vəsaiti Ukraynanı dəstəkləmək, iqtisadi dayanıqlığı artırmaq və COVID-19 pandemiyasından sonra dayanıqlı bərpa prosesinə töhfə vermək üçün məqsədyönlü tədbirlərə yönəldiləcək. Bu yolla Aİ iqlimlə bağlı məqsədlərinə nail olmağı və enerji dayanıqlığını artırmağı nəzərdə tutur. O, həmçinin bütün Avropa boyunca tədqiqatçıların və novatorların iştirakının artırılması, daha çox yerdəyişmə və dünya səviyyəli tədqiqat infrastrukturları üçün daha çox maliyyə vəsaiti daxil olmaqla Avropanın tədqiqat və innovasiya ekosistemini gücləndirməyə kömək edəcək.
Tədqiqat və innovasiyalar üçün ayrılacaq 13,5 milyard avro Avropanın gələcəyinə yatırılan vəsaitdir. Onun köməyilə Yaşıl Təşəbbüs çərçivəsində planlaşdırılan tədbirləri həyata keçirmək, Avropada rəqəmsal transformasiyanı maksimim dərəcədə artırmaq və Avropanı daha dayanıqlı və rəqabət qabiliyyətli etmək mümkün olacaq.
Avropa Komissiyasının rəqəmsal texnologiyalar üzrə proqramının icraçı vitse-prezidenti Marqaret Vestager
Ukraynaya ünvanlı dəstək
Ukraynaya ünvanlı dəstək 2022-ci ildə başlanmış 70 milyon avroluq xüsusi tədbirlərə əlavədir. Yeni tədbirlərə Ukraynadan olan tədqiqatçıların Avropa tədqiqat infrastrukturlarına çıxış imkanlarının genişləndirilməsi, tibb sahəsində çalışan ukraynalı alimlərə davamlı dəstək və Aİ-nin İqlimin Neytrallaşdırılması və Ağıllı Şəhərlər üzrə Missiyası vasitəsilə Ukraynanın bir sıra şəhərlərinin iqlimə qarşı yenidən qurulmasına dəstək daxildir.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.