Bu tədqiqatda Şərq Tərəfdaşlığı ölkələrində (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) rəqəmsal bazarların Aİ-nin Vahid rəqəmsal bazar prinsiplərinə uyğunlaşdırılmasına hazırlığı qiymətləndirilir. Tədqiqata altı prioritet sahəyə yönəlmiş rəqəmsal bazar infrastrukturu, normativ-hüquqi baza və xidmətlərin inkişafı səviyyəsinin qiymətləndirilməsi daxildir: Şəbəkə və informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik, Elektron identifikasiya və etimad xidmətləri, Elektron gömrük, KOM-lar üzrə elektron ticarət, Rəqəmsal bacarıqlar və Telekommunikasiya qaydaları. 

Adı çəkilən tədqiqat Aİ tərəfindən maliyyələşdirilən “Şərq Tərəfdaşlığı çərçivəsində fəaliyyətlərə dəstək məqsədilə qısamüddətli yüksək keyfiyyətli tədqiqatlar – HiQSTEP” layihəsi tərəfindən hazırlanmışdır.