
Əsas səhifə / Xəbərdar olun / Kitabxana
Aİ və onun sərhədləri boyunca nəqliyyatın rəqəmsallaşdırılması istiqamətində fəaliyyət
Tarix: İyun 2018
RNLF (Rəqəmsal Nəqliyyat və Logistika Forumu) tərəfindən hazırlanan hesabatın istiqamətverici xülasəsi. Nəşrdə RNLF-nin 1-ci alt qrupu tərəfindən hazırlanmış əsas nəticələr və tövsiyələr, xüsusilə rəqəmsallaşdırılmış nəqliyyata dair sənədlərin və ya məlumatların qəbuluna yönəlmiş elektron nəqliyyata dair sənədlər ümumiləşdirilmiş şəkildə təqdim edilmişdir. Bu nəşrdə aşağıdakı müxtəlif nəqliyyat növləri baxımından yük daşımalarda istifadə olunan sənədlərə nəzər salınır: avtomobil nəqliyyatı, dəmiryol nəqliyyatı, hava nəqliyyatı, dəniz və daxili su nəqliyyatı. Nəşrdə həmçinin nəqliyyata dair sənədlərin və məlumatların rəqəmsallaşdırılması sahəsində görülən işlərin cari vəziyyəti və onların Üzv Dövlətlərin müvafiq orqanları tərəfindən qəbulu, eləcə də nəqliyyata dair sənədlərdə toplanan məlumatların mübadiləsi üzrə tövsiyə olunan infrastruktur və sonrakı yekun nəticələr və tövsiyələr yer almışdır.
RNLF (DTLF) Avropa Komissiyasının ekspert qrupudur
- Azərbaycan
- Belarus
- Ermənistan
- Gürcüstan
- Moldova
- Ukrayna
- Elektron ticarət
