
21/11/2023
Rəqəmsal bağlantı: Şərq Tərəfdaşlığında rəqəmsal transformasiya üçün yeni imkanlar
Səhiyyə, təhsil, maliyyə, biznes və dövlət idarəçiliyi sahələrində xidmətlərin onlayn formada təminatı artdıqca rəqəmsal bağlantı gündəlik həyatımızın ayrılmaz hissəsini təşkil etməyə başlayır. Şərq Tərəfdaşlığı (ŞT) regionunda rəqəmsal bağlantının təkmilləşdirilməsi vasitəsilə EU4Digital proqramı 2019-cu ildən etibarən Şərq Tərəfdaşlığı ölkələri olan Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində vətəndaşlar və müəssisələr üçün münasib qiymətə yüksək sürətli, etibarlı və davamlı rəqəmsal bağlantıya çıxış təşviq olunur. Beləliklə, bu sahədə hansı irəliləyişlər əldə olunub və bu, Şərq Tərəfdaşlığında rəqəmsal transformasiyanın daha geniş siyasət məqsədlərinə necə dəstək verir?
Daha çox oxu30/03/2023
EU4Digital İKT və İnnovasiyalar Forumu rəqəmsal texnologiyalar sahəsində təhsilin əhəmiyyətinə həsr olunub
EU4Digital İKT və İnnovasiyalar Forumu - 2023 sahibkarlıq müəssisələrinin post-sənaye dövrü, rəqəmsal cəmiyyətə daha yaxşı hazır olmaları ilə bağlı mühüm məsələlərə həsr olunub. Martın 9-da 100-dən artıq şəxsin qatıldığı İkinci İllik İnnovasiyalar Forumu keçirilib. Tədbirdə Şərq Tərəfdaşlığı (ŞT) regionunda startaplar və kiçik və orta sahibkarlıq müəssisələrinin (KOB-lar) rəqəmsal bacarıqların artırılmasının vacibliyi vurğulanıb. Tədbir zamanı yenicə fəaliyyətə başlamış EU4Digital Təhsil texnologiyaları mərkəzi (EdTech Hub) platformasının fəaliyyəti daxil olmaqla, Aİ və Şərq Tərəfdaşlığı regionundakı müxtəlif siyasət və dəstək təşəbbüsləri haqqında məlumat verilib.
Daha çox oxu30/03/2023
Beynəlxalq Etibarlı Blokçeyn Tətbiqləri Assosiasiyasına (INATBA) üzvlük beynəlxalq əməkdaşlığa və blokçeyn texnologiyalarının tətbiqinə kömək edəcək
ŞT-də blokçeyn ekosisteminin qurulması: 30 mart 2023-cü il tarixində EU4Digital proqramı Beynəlxalq Etibarlı Blokçeyn Tətbiqləri Assosiasiyası (INATBA) ilə birlikdə virtual şəbəkə tədbiri keçirəcək.
Daha çox oxu06/03/2023
EU4Digital proqramının 2023-cü il üzrə startaplar və innovasiyalar forumu rəqəmsal bacarıqlara həsr olunacaq
EU4Digital proqramının 2023-cü il üzrə illik EU4Digital Startap və İnnovasiyalar Forumu aparıcı normayaradan qurumların və startap ekosistemi təşkilatlarının nümayəndələrini, o cümlədəm rəqəmsal innovasiya və startap ekosisteminin inkişafı üzrə ekspertləri bir araya toplayacaq. Bu yüksək səviyyəli tədbir “Şərq Tərəfdaşlığında (ŞT) KOB-ların işçilərinin rəqəmsal bacarıqlarının geniş miqyaslı inkişafı üçün rəqəmsal texnologiyalar” mövzusuna həsr olunur. Tədbir 9 mart 2023-cü il tarixində virtual sessiya formatında məsafədən təşkil ediləcək.
Daha çox oxu27/01/2023
Rəqəmsal onilliyə doğru: 2030-cü il üçün siyasət proqramı qüvvəyə minir
2030-cu il üçün Rəqəmsal Onillik siyasət proqramı qüvvəyə minib. Avropa Parlamenti, İttifaqa üzv dövlətlər və Avropa Komissiyası rəqəmsal iqtisadiyyatın inkişafına dair dörd əsas istiqamət üzrə konkret məqsəd və hədəfləri birgə müəyyən ediblər.
Daha çox oxu24/01/2023
Aİ 2023-2024-cü illərdə rəqəmsal transformasiya sahəsinə 4,5 milyard avro ayırmağı planlaşdırır
Avropa İttifaqı rəqəmsal transformasiya sahəsi ilə bağlı məqsədlərinə nail olmaq üçün 2023-2024-cü illər üçün Horizon Europe iş proqramı çərçivəsində 4,5 milyard avrodan çox vəsait ayırmağı planlaşdırır - bu, iş proqramının ümumi büdcəsinin 33%-dən çoxunu təşkil edir.
Daha çox oxu16/12/2022
Məlumatlı olmaqdan fəaliyyətə: Şərq Tərəfdaşlığı ölkələrində qadınlar arasında sahibkarlığın inkişafı
EU4Digital proqramının İKT və innovasiyalar üzrə komandası tərəfindən 28 noyabr 2022-ci il tarixində təşkil edilən "Women 4 Digital Future" virtual şəbəkə tədbirində müzakirə olunan əsas mövzu Şərq Tərəfdaşlığı ölkələrində qadınlar arasında sahibkarlığın inkişafında innovasiyaların tətbiqi olub.
Daha çox oxu08/11/2022
EU4Digital proqramının II mərhələsinin fəaliyyət planları nəzərdən keçirilib
EU4Digital layihələrinin nailiyyət və gələcək planları oktyabrın 25-də keçirilən EU4Digital təşəbbüsünün Koordinasiya Komitəsinin iclasında nəzərdən keçirilib. İclasda həmçinin EU4Digital proqramının II mərhələsi təqdim olunub.
Daha çox oxu08/11/2022
Şərq Tərəfdaşlığı Rəqəmsallaşdırma Konfransında müzakirə olunan beş vacib mövzu
Dayanıqlıq, böhran vəziyyətində cavab tədbirləri və bərpa məsələləri oktyabrın 24-də keçirilən Şərq Tərəfdaşlığı Rəqəmsallaşdırma Konfransında geniş müzakirə edilib. Tədbirdə ŞT regionunda rəqəmsal transformasiya üzrə prioritetlər də diqqət mərkəzində olub.
Daha çox oxu26/10/2022
Şərq Tərəfdaşlığı Rəqəmsallaşdırma Konfransda EU4Digital proqramının ikinci mərhələsinin təqdimatı keçirilib
EU4Digital təşəbbüsü 2022-ci il oktyabrın 24-də Şərq Tərəfdaşlığı Rəqəmsallaşdırma Konfransı və oktyabrın 25-də EU4Digital proqramının II mərhələsinin təqdimatı mərasimi və proqramın Koordinasiya komitəsinin iclasını təşkil edir.
Daha çox oxu21/03/2022
EU4Digital proqramının Ukraynadakı vəziyyətə dair bəyanatı
EU4Digital proqramının Ukraynadakı vəziyyətə dair bəyanatı
Daha çox oxu24/02/2022
ŞT ölkələri ilə beynəlxalq əməkdaşlığı gücləndirmək üçün Etibarlı Blokçeyn Tətbiqləri Assosiasiyası ilə görüş keçiriləcək
Fevralın 28-də EU4Digital proqramı Etibarlı Blokçeyn Tətbiqləri Assosiasiyası (INATBA) adlı Aİ şəbəkəsinə qoşulan Şərq Tərəfdaşlığı (ŞT) ölkələrindən olan maraqlı tərəflərə dəstək məqsədilə virtual görüş keçirəcək. INATBA 32 ölkədə etibarlı blokçeyn və bölüşdürülmüş kitabça texnologiyası (DLT) infrastrukturları və tətbiqlərinin işlənib hazırlanması, istifadəsi və idarə edilməsi sahəsində çalışan 170 üzv təşkilatı birləşdirir. Tədbirin məqsədi ŞT-də yerləşən blokçeyn assosiasiyalarının, blokçeyn texnologiyası üzrə normayaradan orqanların və sənaye şirkətlərinin INATBA ilə işləyən nüfuzlu ekspertlər və digər Aİ təşkilatları ilə inteqrasiyasını dəstəkləməkdir. Bu da öz növbəsində Şərq Tərəfdaşlığı ölkələrində blokçeyn ekosisteminin tənzimlənməsində və inkişafında müsbət dəyişikliklərə töhfə verə bilər. Qeydiyyat fevralın 25-nə qədər davam edəcək və buradandır. Ətraflı
Daha çox oxu