İKT və innovasiyalar şəbəkəsi “Startap körpüsü: Şərqlə Qərbin qovuşması” adlı tədbir keçirib
Tarix: 31/07/23
Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna startapları Fransa və Şərq Tərəfdaşlığı (ŞT) innovasiyalar ekosisteminin nümayəndələri ilə “Startup körpüsü: Şərqlə Qərbin qovuşması” adlı tədbirdə bir araya gəliblər. EU4Digital proqramı tədbiri Expertise France ilə birgə təşkil edib. 16 iyun 2023-cü ildə Paris şəhərində keçirilən şəbəkə tədbirini həm startaplar, həm də kiçik və orta sahibkarlıq müəssisələri (KOB-lar) üçün dəyər yaradan innovasiya sürətləndiricisi olan Wilcotərəfindən təşkil olunub.
Şəbəkə tədbirinə Şərq Tərəfdaşlığı startaplarının 30-dan çox nümayəndəsi, həmçinin Şərq Tərəfdaşlığı və Fransa ekosistemlərinin tərtibatçıları və investorları qatılıb. Tədbir zamanı startaplar öz dəyərli təkliflərini təqdim etmək, təcrübə mübadiləsi aparmaq və Aİ bazarlarını və vençur investorlarının gözləntilərini daha yaxşı anlamaq imkanı əldə ediblər.
Şərq Tərəfdaşlığı ölkələrindən olan startaplarla görüşməkdə maraqlı olduqlarını bildirən Aİ-nin innovasiyalar sahəsindəki investorları və ekosistemlərinin nümayəndələri arasında Crosspring, Heritage Holdings, Omnes Capital, Techmind, Bpifrance – EuroQuity, Kerys.co, Schoolab, Agoranov Incubator və Wilco Accelerator olub. Qeydiyyatdan keçmiş bir çox təşkilat xüsusilə Ukraynanın innovasiya ekosisteminin bərpasına dəstək verir. Buraya La French Tech Kyiv/CCI Fransa-Ukraine, Ukrayna-Lüksemburq Ticarət və Sənaye Palatası, Ensemble Ukraine və Business France Ukraine daxildir.
Tədbirdən əvvəl və tədbir zamanı İKT və innovasiyalar üzrə aparıcı mütəxəssis Çus Lozano investorlara özlərini uğurla təqdim etmələri üçün startaplar üçün məsləhət və tövsiyələrini paylaşıb. EU4Digital proqramının komanda rəhbəri Artur Piliponis iştirakçıları EU4Digital proqramı tərəfindən 2022-ci ildə Dealroom ilə əməkdaşlıq çərçivəsində istifadəyə verilmiş ŞT Startaplar ekosistemi platformasının güclü alətlərini araşdırmağa və istifadə etməyə dəvət edib. Bu platforma startapların investisiya imkanlarını hərtərəfli şəkildə araşdırmağa və xüsusi ekosistem mənzərəsini formalaşdırmağa imkan verir.
İKT və innovasiyalar şəbəkəsinin tədbirləri haqqında
EU4Digital proqramının İKT və innovasiyalar şəbəkəsi ŞT regionunda icma və şəbəkələrin yaradılmasına kömək edən tədbirlər təşkil edir. Tədbirlər ŞT regionunda maraqlı tərəflər tərəfindən Aİ-nin qabaqcıl təcrübələrinin daha dərindən başa düşülməsinə, eləcə də birgə fəaliyyətlər və layihələr vasitəsilə həmin təcrübələrin Şərq Tərəfdaşlığı ölkələrinə ötürülməsinə imkan yaratmaq üçün ŞT təşkilatları və Aİ-nin maraqlı tərəfləri arasında ikitərəfli və çoxtərəfli əlaqələr yaradır. Tədbirlər nazirliklərin nümayəndələri və dövlət orqanları səviyyəsində, assosiasiyalar və müvafiq siyasət sahələrini əhatə edən şəbəkələr, İKT infrastrukturunda çalışan təşkilatlar və İKT innovasiyalar ekosistemindəki digər iştirakçılar daxil olmaqla seçilmiş mövzuya uyğun auditoriyanı əhatə edir.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.