-
30/06/2023
Təkmilləşdirilmiş və yenidən istifadəyə verilmiş EU4Digital internet səhifəsini kəşf edin!
Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində rəqəmsal transformasiya haqqında xəbərlər, resurslar və digər informasiya axtarışındasınız? O zaman EU4Digital proqramının yenidən istifadəyə verilmiş https://eufordigital.eu/az/ veb-saytını ziyarət edin! Yenilənmiş səhifəsində EU4Digital proqramı özünün geniş rəqəmsal icması üçün günün tələblərinə cavab verən məzmun və təkmilləşdirilmiş istifadəçi təcrübəsi təklif edir.
Daha çox oxu -
30/06/2023
EU4Digital proqramının Elektron səhiyyə şəbəkəsi transsərhəd elektron səhiyyənin tətbiqi üçün pilot ideyalar hazırlayır
18 may 2023-cü il tarixində EU4Digital proqramının Elektron səhiyyə şəbəkəsi transsərhəd elektron səhiyyə xidmətlərinin sınaqdan keçirilməsi üçün ideyaların yaradılmasına yönəlmiş virtual tədbir keçirib. Bu, 2023-cu ildə əməkdaşlığın gücləndirilməsi üçün keçirilməsi planlaşdırılan bir sıra tədbirdən ikinci belə virtual görüş olmaqla Şərq Tərəfdaşlığı ölkələrində elektron səhiyyənin inkişafı üçün konstruktiv əməkdaşlığın əsasını qoyub.
Daha çox oxu -
18/05/2023
EU4Digital proqramının Elektron səhiyyə şəbəkəsi elektron səhiyyənin inkişafı strategiyasının hazırlanması ilə bağlı bilikləri paylaşır
2023-cü il aprel ayının 27-də EU4Digital proqramının Elektron səhiyyə şəbəkəsi elektron səhiyyənin inkişafı strategiyası və transsərhəd elektron səhiyyə xidmətinin pilot tətbiqinə həsr olunmuş virtual tədbir keçirib. Bu, 2023-cü ildə əməkdaşlığın gücləndirilməsi məqsədilə keçirilməsi planlaşdırılan silsilə tədbirlərin birincisi olmaqla Şərq Tərəfdaşlığı ölkələrində elektron səhiyyənin inkişafı üçün konstruktiv əməkdaşlığın əsasını qoyub.
Daha çox oxu -
27/01/2023
Rəqəmsal onilliyə doğru: 2030-cü il üçün siyasət proqramı qüvvəyə minir
2030-cu il üçün Rəqəmsal Onillik siyasət proqramı qüvvəyə minib. Avropa Parlamenti, İttifaqa üzv dövlətlər və Avropa Komissiyası rəqəmsal iqtisadiyyatın inkişafına dair dörd əsas istiqamət üzrə konkret məqsəd və hədəfləri birgə müəyyən ediblər.
Daha çox oxu -
24/01/2023
Aİ 2023-2024-cü illərdə rəqəmsal transformasiya sahəsinə 4,5 milyard avro ayırmağı planlaşdırır
Avropa İttifaqı rəqəmsal transformasiya sahəsi ilə bağlı məqsədlərinə nail olmaq üçün 2023-2024-cü illər üçün Horizon Europe iş proqramı çərçivəsində 4,5 milyard avrodan çox vəsait ayırmağı planlaşdırır - bu, iş proqramının ümumi büdcəsinin 33%-dən çoxunu təşkil edir.
Daha çox oxu -
08/11/2022
EU4Digital proqramının II mərhələsinin fəaliyyət planları nəzərdən keçirilib
EU4Digital layihələrinin nailiyyət və gələcək planları oktyabrın 25-də keçirilən EU4Digital təşəbbüsünün Koordinasiya Komitəsinin iclasında nəzərdən keçirilib. İclasda həmçinin EU4Digital proqramının II mərhələsi təqdim olunub.
Daha çox oxu -
08/11/2022
Şərq Tərəfdaşlığı Rəqəmsallaşdırma Konfransında müzakirə olunan beş vacib mövzu
Dayanıqlıq, böhran vəziyyətində cavab tədbirləri və bərpa məsələləri oktyabrın 24-də keçirilən Şərq Tərəfdaşlığı Rəqəmsallaşdırma Konfransında geniş müzakirə edilib. Tədbirdə ŞT regionunda rəqəmsal transformasiya üzrə prioritetlər də diqqət mərkəzində olub.
Daha çox oxu