Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizəyə həsr olunmuş #TekkieHeroes adlı hakatonunda 40-dan artıq xarici ölkədən 600 nəfər iştirak edib
Tarix: 15/05/20
Keçən həftəsonu BMT-nin İnkişaf Proqramı və SUV.VC ilə birgə ölkənin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın ilk qlobal virtual hakatonu keçirilib. Tədbirdə 40-dan artıq müxtəlif xarici ölkədən 600 nəfər iştirak edərək COVID-19 pandemiyasına qarşı mübarizədə yeni ideya və texnoloji həllər irəli sürüblər.
Qaliblər, beynəlxalq və milli innovasiya mütəxəssislərindən və terapevtlərdən ibarət münsiflər heyəti tərəfindən seçilib.
Pandemiya zamanı insanların və təşkilatların bir-birinə kömək etməsi üçün onları əlaqələndirən virtual platforma ideyası ilə çıxış edən Polşanın “Crisis Heroes” (“Böhran Qəhrəmanları”) komandası birinci yerə (5000 ABŞ dolları) layiq görülüb.
KOM-lara dəstək olmaq məqsədilə vauçer yolu ilə izolyasiyada olan insanlar üçün məhsul və xidmətlərin önödəmə və endirimlə alış-veriş imkanı yaradan layihə təklifi ilə çıxış edən Azərbaycanın “Javid-19” komandası ikinci yerə (3000 ABŞ dolları) layiq görülüb.
Zebra balığının istifadəsi ilə koronavirus antigenlərinin sürətli testi üzrə avadanlıq layihəsi ilə çıxış edən Braziliyanın “Zebrafish” komandası isə üçüncü yerə (2000 ABŞ dolları) çıxıb.
Qarşıdakı həftə ərzində qalib gələn üç komanda, ideya və texnoloji həllərini həyata keçirmək üçün mentorlarla birlikdə çalışacaqlar.
Hakatona Paşa Bank, Socar AQS, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ABAD, Azərbaycan Turizm Bürosu və Dövlət Turizm Agentliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, AzCloud, AzInTelecom və Məlumat Hesablama Mərkəzi daxil olmaqla çoxlu sayda milli tərəfdaş və sponsorlar qoşulub.
Beynəlxalq tərəfdaşlar arasında Amazon veb xidmətləri, Avropa Startup Şəbəkəsi, Startup Grind, Hackquarters, Tekwill, Astana Hub, Fongogo, Silicon Valley In Your Pocket, Start-Ist, MeOut təşkilatı, Startup Weekend kimi təşkilat və şirkətlər yer alır.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.