Trend xəbərlər agentliyinin məlumatına görə, İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin rəhbəri Rəşad Əzizov bildirib ki, Azərbaycan 2019-2022-ci illəri əhatə edən kibertəhlükəsizlik üzrə strategiya hazırlayıb.
Rəşad Əzizov bunu mayın 17-də Bakıda “Fintex sammiti – Bank və ödəniş ekosistemində yeni tendensiyalar: innovativ həllər, maliyyə texnologiyaları və təhlükəsizlik” mövzusunda keçirilən tədbirdə çıxış edərkən bildirib.
Adı çəkilən rəsmi şəxs Azərbaycanda milli kibertəhlükəsizliyin səviyyəsinin artırılmasına və informasiya sistemlərinin üzləşdiyi təhdidlərin azaldılmasına ehtiyacın olduğunu diqqətə çəkib.
Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyində fəaliyyət göstərən Kompüter İnsidentlərinə Qarşı Cavab Qrupunun (CERT) məlumatına əsasən, 2019-cu ilin yanvar-aprel aylarında kompüter təhlükəsizliyi ilə bağlı ölkənin dövlət qurumlarından qəbul edilən sorğuların sayı 1200-dən artıq olmuşdur və bu ötən ilin eyni dövrü ilə müqayisədə 34,1% çoxdur.News report