Elektron etimad
-
25/04/2024
Azərbaycan rəqəmsal transformasiyanı sürətləndirmək məqsədilə Rəqəmsal Məcəllə qəbul edir
Azərbaycanda Rəqəmsal Məcəllənin hazırlanması ilə bu ölkənin rəqəmsallaşması istiqamətində mühüm irəliləyiş əldə olunub. Bu hərtərəfli sənədin məqsədi ölkədə rəqəmsal transformasiya üzrə standartların müəyyən edilməsi və bu prosesin sürətləndirilməsidir.
Daha çox oxu -
13/03/2024
Azərbaycanda “Kağızsız hökumət” layihəsi vasitəsilə 14 000 sənəd göndərilib
Azərbaycanda 980-dən artıq dövlət qurumu “kağızsız hökumət”ə keçid çərçivəsində elektron sənəd dövriyyəsi altsisteminə inteqrasiya edib. “Kağızsız hökumət” texnoloji həlli milli məlumat mübadiləsi platforması çərçivəsində yaradılıb və sənədlərin standart formatından asılı olmayaraq dövlət orqanları arasında sənəd dövsiyyəsini asanlaşdıracaq. Altsistem vasitəsilə 14 000-dən artıq sənəd göndərilib.
Daha çox oxu -
29/02/2024
Azərbaycanda daşınmaz əmlakın sənədləşdirilməsi xidmətləri rəqəmsallaşdırılacaq
Azərbaycanda daşınmaz əmlakın innovativ qeydiyyatı xidməti istifadəyə verilib. 1 fevral 2024-cü il tarixindən etibarən Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən texniki pasportlar, o cümlədən torpaq sahəsinin planı və ölçü sənədləri elektron formada təqdim olunacaq.
Daha çox oxu -
24/02/2024
Moldova 7,5 milyard avro büdcəyə malik Rəqəmsal Avropa proqramına qoşulur
Moldovanın Rəqəmsal Avropa proqramına qoşulması müəssisələrə və dövlət orqanlarına 2021-2027-ci illər üzrə büdcəsi 7,5 milyard avro təşkil edən rəqəmsallaşma layihələri üçün Aİ-nin maliyyə yardımına müraciət etmək imkanı verəcək.
Daha çox oxu -
24/01/2024
Gənc Avropa səfirləri süni intellektin cəmiyyətdə roluna dair hakaton təşkil ediblər
Gənc Avropa Səfirləri (YEA) 13-14 yanvar 2024-cü il tarixlərində "Boşluğun aradan qaldırılması" hakatonunu təşkil etməyə kömək ediblər. Tədbirdə süni intellekt (AI) ilə əlaqəli ən böyük problemlərin aradan qaldırılmasına yönəlmiş texnoloji həllərin müzakirəsi və gələcəkdə tərtibatı ilə bağlı ideyaların irəli sürülməsi baş tutub. İştirakçılar süni intellektin demokratiya, təhsil, ətraf mühit və bütövlükdə cəmiyyətə təsirinə dair ideyalar irəli sürüblər.
Daha çox oxu -
09/01/2024
EU4Digital keyfiyyətli ictimai məlumatlar üçün məlumatların idarə edilməsi haqqında strategiyalar ilə bağlı fəaliyyətlərə start verib
Müxtəlif sektorlarda elektron xidmətlər, məlumat mübadiləsi, süni intellektdən istifadə və məlumatlara əsaslanan qərarların qəbulunda son yeniliklər etibarlı və əlçatan məlumatların mühüm əhəmiyyət daşıdığını göstərir. Şərq Tərəfdaşlığı (ŞT) regionunda yüksək keyfiyyətli və asanlıqla əldə edilən ictimai məlumatlara artan tələbatı ödəmək üçün EU4Digital proqramı 6 dekabr 2023-cü il tarixində məlumatların idarə edilməsi haqqında strategiyalar ilə bağlı fəaliyyətlərə start verib.
Daha çox oxu -
03/01/2024
Rəqəmsal iqtisadiyyatın gələcəyinin formalaşdırılmasına həsr olunmuş “UNCTAD eWeek” keçirilib
4-8 dekabr tarixlərində keçirilən UNCTAD eWeek 2023 həftəsinə qatılan 3 500-dən artıq iştirakçı rəqəmsal imkanları ortaq dayanıqlı inkişaf nailiyyətlərinə çevirmək yollarını müzakirə ediblər.
Daha çox oxu -
28/12/2023
Avropa İttifaqı Şurası Ukrayna və Moldova ilə ittifaqa üzvlüyə dair danışıqlara başlamaq, Gürcüstana isə namizəd ölkə statusu vermək qərarına gəlib
14-15 dekabr 2023-cü il tarixində Avropa İttifaqı Şurası Ukrayna və Moldova ilə ittifaqa üzvlüyə dair danışıqlara başlamaq haqqında qərar qəbul edib. Bu, daima Avropaya mənsub olduğunu nümayiş etdirməyə çalışan hər iki ölkənin vətəndaşları üçün mühüm hadisədir. Aİ liderləri həmçinin Gürcüstana namizəd ölkə statusunu vermək qərarına gəliblər.
Daha çox oxu -
13/12/2023
Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin görüşündə rəqəmsallaşma mövzusu diqqət mərkəzində olub
11 dekabr 2023-cü il tarixində keçirilən Şərq Tərəfdaşlığı (ŞT) xarici işlər nazirlərinin görüşündə bağlantı, regional rouminq və rəqəmsal texnologiyalara keçid kimi mövzular müzakirə olunub. Tədbirdə Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri ilə Şərq Tərəfdaşlığına (ŞT) daxil altı ölkədən beşinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) xarici işlər nazirləri iştirak edib. İclasda Şərq Tərəfdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb, proqramın nailiyyətləri təhlil edilib və siyasətin gələcəyinə dair konkret tövsiyələr müəyyənləşdirilib.
Daha çox oxu