Etimad və təhlükəsizlik

EU4Digital Şərq Tərəfdaşlığı regionunda bir-birini qarşılıqlı əvəz edən transsərhəd elektron xidmətlər üçün mühüm komponentlər olan rəqəmsal iqtisadiyyat sahəsində etimad xidmətlərinin inkişafına və vacib əhəmiyyət daşıyan infrastrukturun təkmilləşdirilməsi üçün kibertəhlükəsizliyə dəstək verir.

Xəbərlər Hadisələr Uğur hekayələriVərəqələr Məlumat bülletenləri

Bu məqsədlərə çatmaq üçün “EU4Digital: Şərq Tərəfdaşlığında rəqəmsal iqtisadiyyata və cəmiyyətə dəstək” proqramında aşağıdakılar nəzərdə tutulub:

  • ŞT regionunda elektron identifikasiyanın qarşılıqlı tanınmasına dair regional yol xəritəsi və milli fəaliyyət planlarını hazırlamaq və həyata keçirmək
  • Regionda bir-birini qarşılıqlı əvəz edən transsərhəd elektron imzanın pilot formatında tətbiqi 
  • Transsərhəd elektron xidmətlərə dair regional bazanın hazırlanması 
  • ŞT regionu üzrə kibertəhlükəsizlik ilə əlaqədar standart təlimatlar toplusunun hazırlanması

Proqramda aşağıdakılar daxil olmaqla, EU4Digital təşəbbüsünün Etimad və təhlükəsizlik şəbəkəsinin prioritetlərinə dəstək verilir:

Rəqəmsal etimad

  • Elektron identifikasiya üzrə qanunvericiliyin və elektron əməliyyatlar üzrə etimad xidmətlərinin Aİ standartlarına uyğunlaşdırılması (eIDAS qanunvericiliyi)
  • Tərəfdaş ölkələrdə müvafiq rəqəmsal infrastrukturun qurulması
  • ŞT regionunda elektron identifikasiyanın qarşılıqlı tanınmasına dair regional yol xəritəsi
  • ŞT və Aİ arasında bir-birini qarşılıqlı əvəz edən transsərhəd elektron imzanın pilot formatında tətbiqi
  • Müəssisələr üçün transsərhəd elektron xidmətlərə dair regional baza

Kibertəhlükəsizlik

  • Tərəfdaş ölkələrdə milli yol xəritələrinin hazırlanması və kibertəhlükəsizliyə dair milli strategiyaların həyata keçirilməsi 
  • Hər bir ölkədə milli Kompüter İnsidentlərinə Qarşı Cavab Qrupunun (CERTs) təsis edilməsi
  • ŞT regionu üzrə kibertəhlükəsizlik ilə əlaqədar standart təlimatlar toplusunun hazırlanması

Cybersecurity EASTCybercrime adlı iki layihədən ibarət EU4Digital Cyber proqramı, kibertəhlükəsizliyi və kiber hücümlara qarşı hazırlığı gücləndirən texniki və əməkdaşlıq mexanizmlərinin inkişafı və kibercinayətkarlıqla mübarizə üzrə səmərəli bazanın tam şəkildə icrası kimi iki mühüm struktur komponent üzərində qurularaq ŞT Tərəfdaşlıq ölkələrinin kiber hücumlara qarşı dayanıqlığının gücləndirilməsi və ədalət mühakiməsi orqanlarının işinin təkmilləşdirilməsi baxımından töhfə vermək məqsədi daşıyır.

Rəqəmsal iqtisadiyyat sahəsində etimad və təhlükəsizliyi inkişaf etdirməklə Aİ müəssisələrə və vətəndaşlara elektron əməliyyatları asanlaşdırır, onların daha təhlükəsiz, sürətli və ucuz olmasını təmin edir, o cümlədən telekommunikasiya, enerji, nəqliyyat və ya bankçılıq sahələrində vacib əhəmiyyət daşıyan rəqəmsal infrastrukturun dayanıqlığının artmasına töhfə verərək daha güclü, daha dinamik iqtisadiyyatınistehlakçılarının inamının artmasını təmin edir.

Hadisələr

Yaxın günlərdə hər hansı tədbir yoxdur

Hamısına bax

Vərəqələr

Hamısına bax