2024-cü ildən Aİ və Moldovanın telekommunikasiya operatorları rouminq tariflərini azaldacaq
Tarix: 14/06/23
Avropa İttifaqının və Moldova Respublikasının rabitə operatorları bu iki region arasında səyahət edən sahibkarlar və vətəndaşlar üçün rouminq tariflərinin aşağı salınması haqqında birgə bəyannamə imzalayıblar. Avropa Komissiyası və Moldovanın səlahiyyətli orqanları 31 may 2023-cü il tarixində dərc edilmiş və uzunmüddətli rouminq sazişinin təmin edilməsi və Moldovanı Aİ-nin Vahid Bazarınayaxınlaşdırmaq kimi ümumi məqsədi əks etdirən könüllü bəyannamənin imzalanmasına şərait yaradıb.Aİ EU4Digital təşəbbüsü vasitəsilə bu prosesi, həmçinin Moldovanın Aİ-nin rouminq sisteminə inteqrasiyasını dəstəkləyir.
Adı çəkilən birgə bəyannamə yaxın gələcəkdə Avropa İqtisadi Zonası (EEA) ilə Moldova Respublikası arasında rouminq tariflərinin aşağı salınmasına gətirib çıxaracaq. Nəticədə, Aİ-yə üzv dövlətlərdə, EEA və Moldova Respublikası vətəndaşları və müəssisələri münasib qiymətə əlaqə qurmaqla xaricə səyahət edə biləcəklər. Bu o deməkdir ki, onlar tezliklə telefon danışıqları, internet və sms-lər üçün daha az pul ödəyə biləcəklər. Bununla yanaşı, onlar dostları və ailələri ilə asanlıqla əlaqə saxlaya biləcək, müəssisələr isə xərclərin azalmasından yararlanacaqlar.
EU4Digital Proqramının Telekommunikasiya qaydaları üzrə rəhbəri Andreys Dombrovskis qeyd edib ki, Avropa İttifaqının EU4Digital təşəbbüsü 2019-cu ildən etibarən Şərq Tərəfdaşlığı ölkələrində etibarlı və dayanıqlı rəqəmsal və telekommunikasiya infrastrukturunun yaradılması səylərini dəstəkləyir. O, birgə bəyannamənin imzalanması xəbərini böyük sevinc hissi ilə qarşılayıb.
“Aİ və Moldova telekommunikasiya operatorları arasında birgə bəyannamənin imzalanması EU4Digital komandası üçün əlamətdar hadisədir, çünki, bu, Avropa Komissiyasına və tərəfdaş ölkələrə dəstək olmaq məqsədilə uzun illər həyata keçirilən işin və təcrübə mübadiləsinin nəticəsində əldə edilmişdir”.
EU4Digital Proqramının Telekommunikasiya qaydaları üzrə rəhbəri Andreys Dombrovskis
Avropa Komissiyası da bəyannamənin imzalanmasını alqışlayıb. Komissiyanın Prezidenti Ursula von der Leyen deyib: “Bu, həm Aİ, həm də Moldova Respublikasındakı insanlara və şirkətlərə fayda verəcək, Moldova Respublikası Aİ-yə üzv olmaq istiqamətində namizəd kimi yoluna davam edərkən bizi bir-birimizə daha da yaxınlaşdıracaq mühüm addımdır”.
Bəyannamənin məqsədləri
Bəyannaməni imzalayan tərəflər 2024-cü il yanvarın 1-dən vətəndaşların faydalanmağa başlayacağı bir neçə ümumi məqsəd barədə razılığa gəliblər. Digər öhdəliklərlə yanaşı, tərəflər aşağıdakı öhdəliklərlə razılaşıblar:
AB / EEA və Moldova Respublikasına səyahət edənlər üçün rouminq xidmətləri üçün əlverişli pərakəndə qiymətlərin təmin edilməsi;
1 oktyabr 2023-cü il tarixinədək elan ediləcək pərakəndə satış qiymətinin yuxarı həddi ilə bağlı razılaşma;
Razılaşdırılmış pərakəndə satış qiymətinin yuxarı həddi və ya ondan aşağı rominq xidmətlərinin göstərilməsi üçün topdansatış rouminq qiyməti limitinin qiymətləndirilməsi;
Zəruri hallarda topdansatış rouminq müqavilələri üzrə yenidən danışıqlar aparmaq, beynəlxalq xitam haqlarının azaldılmasını nəzərə almaq və rouminq xidmətlərinin yuxarı pərakəndə satış qiyməti həddindən artıq olmayan qiymətə təqdim olunmasını təmin etmək;
Pərakəndə satış təkliflərini mümkün qədər çox sayda son istifadəçilər üçün əlçatan etmək.
Bəyannamə 31 dekabr 2025-ci il tarixinədək qüvvədə olacaq və müddəti həmin tarixdən sonra da uzadıla bilər. Bəyannamə könüllüdür və istənilən vaxt onu imzalaya biləcək Aİ/EEA və Moldova operatorları üçün açıqdır. Aİ-nin bir neçə üzv dövlətində fəaliyyət göstərən Orange group, DT group və Telefonica group şirkətləri Aİ-də bəyannaməni imzalayan ilk şirkətlərdir. Bəyannaməni imzalayan Moldova şirkətləri arasında Orange Moldova, Moldtelecom və Moldcell var.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.