Azərbaycan, Moldova və Ukrayna üçün yükdaşıma məlumatlarının elektron mübadiləsinə (eFTI) dair yol xəritəsi hazırlanacaq
Tarix: 14/06/23
EU4Digital proqramı Şərq Tərəfdaşlığı ölkələri arasından Azərbaycanı, Ukrayna və Moldovanı seçərək bu ölkələr üçün yükdaşıma məlumatlarının elektron mübadiləsinin (eFTI) tətbiqi üzrə fərdi yol xəritələri hazırlayacaq. 2025-ci ilin dekabrında qüvvəyə minəcək Avropa İttifaqının eFTI Reqlamentinə uyğun olaraq yol xəritələri hazırlanacaq. Bu, xəritələr yükgöndərənlər, daşıyıcılar, səlahiyyətli orqanlar və malların daşınmasında iştirak edən digər maraqlı tərəflər arasında məlumat mübadiləsini sadələşdirəcək və rəqəmsallaşdıracaq. Şərq Tərəfdaşlığı ölkələrində eFTI-yə bənzər yanaşmanın tətbiqi onların Aİ-nin eFTI ekosisteminə inteqrasiyasına kömək edəcək və bu ölkələrin səlahiyyətli orqanlarına və bu sahədə çalışan şirkətlərinə fayda verəcək.
Prioritet ölkələrin seçilməsi zamanı, EU4Digital avtomobil, dəmir yolu və daxili su nəqliyyatında yükdaşımalarında mövcud məlumat mübadiləsi mühitini qiymətləndirib. Qiymətləndirmə elektron logistikada mövcud irəliləyişlər, beynəlxalq standartların tətbiqi, elektron yükdaşımalar üzrə məlumat mübadiləsi üzrə mövcud qanunvericilik bazası və bununla bağlı davam edən təşəbbüslər kimi müxtəlif kateqoriyaları əhatə edib. Aİ ilə ticarət axınının həcmi də nəzərə alınıb. Azərbaycan,Ukrayna və Moldova eFTI-nin tətbiqinə ən çox çalışan və bu prosesə hazır olan namizədlər kimi seçilib.
EU4Digital proqramının elektron ticarət üzrə qrup rəhbəri Ruta Salvite-Tamosiyuniyen seçimin nəticələrini məmnuniyyətlə elan edib. O, qeyd edib ki, adı çəkilən ölkələr milli səviyyədə yükdaşımaları barədə məlumatların elektron mübadiləsində irəliləyiş əldə etməklə yanaşı, bu işə hazır olduqlarını nümayiş etdiriblər.
Bunlardan bəzi nümunələr bunlardır:
Hazırda Ukraynada avtomobil nəqliyyatında yüklərlə bağlı milli elektron qaimələrin idarəetmə sistemi (eTTN) tətbiq edilir.
Moldova 2022-ci ildə həm yerli, həm də beynəlxalq yükdaşımaları üçün avtomobil nəqliyyatında icazə blanklarının verilməsi məqsədilə Elektron nəqliyyat sistemi işə salınıb.
Azərbaycan Asiya və Avropa arasında multimodal logistika mərkəzi kimi əhəmiyyətli ölkədir və bu səbəbdən eFTI və UN/CEFACT tövsiyələri daxil olmaqla məlumatların rəqəmsallaşdırılması və sənədlərin mübadiləsi sahəsində beynəlxalq standartların tətbiqi üçün fəal şəkildə yol xəritələri hazırlayır.
EU4Digital Aİ-nin eFTI Reqlamentinə uyğun olaraq eFTI-nin tətbiqi üzrə yol xəritəsinin hazırlanması üçün mövcud çərçivəyə əsaslanaraq, yükdaşımaları haqqında məlumatların elektron mübadiləsində daha da irəliləyiş əldə etmək məqsədilə Ukrayna, Moldova və Azərbaycan ilə işləməyi səbirsizliklə gözləyir.
EU4Digital proqramının elektron ticarət üzrə qrup rəhbəri Ruta Salvite-Tamosiyuniyen
Növbəti mərhələlərdə hansı işlər görüləcək?
Aİ-nin eFTI Reqlamenti yükdaşımaları haqqında elektron məlumatlar üçün standart formatın istifadəsini tələb edir və onun mübadiləsi üçün hüquqi əsasları müəyyən edir. EU4Digital proqramının elektron ticarət şəbəkəsimövcud vəziyyəti qiymətləndirmək üçün seçilmiş Şərq Tərəfdaşlığı ölkələri ilə sıx əməkdaşlıq edəcək. Bu qiymətləndirmə əsasında tənzimləyici, texniki və təşkilati sahələrdə tövsiyələr formalaşdırılacaq. Daha sonra hər bir ölkədə mövcud yükdaşıma məlumatlarının mübadiləsi mühitinə uyğunlaşdırılmış multimodal yükdaşımalara dair məlumatların elektron mübadiləsi sisteminin yaradılması üçün eFTI-yə bənzər yanaşmanın necə həyata keçiriləcəyini göstərən yol xəritəsi hazırlanacaq.
Yükdaşıma məlumatlarının elektron mübadiləsinin faydaları
eFTI kimi yanaşmanın tətbiqi iştirakçı ölkələrə əhəmiyyətli faydalar təmin edəcək.
Bu sahədə çalışan şirkətlər prosedur və proseslərin sadələşdirilməsindən, inzibati yükün azaldılmasından və səmərəliliyin artırılmasından faydalanacaqlar. Bu da öz növbəsində daşınmaların sürətləndirilməsi, yük maşınlarının növbəti yük üçün daha tez buraxılmasına və nəticədə nəqliyyat vasitələrindən daha səmərəli istifadə ilə nəticələnəcək.
Eyni zamanda, səlahiyyətli orqanlar məlumatların dəqiqliyinin artırılmasından, təkmilləşdirilmiş nəzarət və monitorinq imkanları, real vaxt rejimində məlumat əldə etmək və ümumilikdə əməliyyatların səmərəliliyindən faydalanacaqlar.
Nəhayət, yaradılmış yükdaşımaların elektron məlumat mübadiləsi mühiti uzunmüddətli perspektivdə Şərq Tərəfdaşlığı ölkələrinin Aİ eFTI ekosisteminə inteqrasiyasını asanlaşdıracaq.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.