EU4Digital Müstəqil Tənzimləyicilər və Genişzolaqlı Rabitə üzrə Mütəxəssis İşçi Qrupunun 14-cü iclasında iştirak edib
Tarix: 14/06/23
EU4Digital proqramının nümayəndələri Şərq Tərəfdaşlığı Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsinin (EaPeReg) Müstəqil Tənzimləyicilər və Genişzolaqlı Rabitə üzrə Mütəxəssis İşçi Qrupunun (IRB EWG) 14-cü iclasında iştirak ediblər. 10-11 may 2023-cü il tarixlərində keçirilən iclas genişzolaqlı şəbəkənin inkişafı məsələləri və ŞT regionunda müstəqil Milli Tənzimləyici Səlahiyyətli Orqanların (NRAs) modelinin yaradılmasına həsr olunub.
İclasın ilk günü Avropa Komissiyasının DG CONNECT layihəsinin nümayəndələri Avropa Komissiyasının GIA üzrə təklifini – Giqabit İnfrastrukturu qanununu təqdim ediblər. Bu qanun Genişzolaqlı bağlantı sahəsində xərclərin azaldılması direktivini əvəz edəcək. Bu alət Aİ-nin 2030-cu ilədək Rəqəmsal texnologiyalar sahəsindəki hədəflərinə uyğun olaraq çox yüksək tutumlu şəbəkələrin qurulmasında Avropa İttifaqına üzv dövlətlərə dəstək verir.
Milli Tənzimləyici Səlahiyyətli Orqanların müstəqilliyi mövzusuna toxunan BEREC Tənzimləyici Çərçivənin işçi qrupunun həmsədrləri BEREC-in bu sahədə həyata keçirdiyi tədqiqatının nəticələrini təqdim ediblər. Yüksək qiymətləndirilmiş bu hesabat rəqəmsal texnologiyalar sektorunda sürətli dəyişiklikləri əhatə edən bir sıra perspektivli tövsiyələrdən ibarətdir.
EU4Digital proqramının nümayəndələri tədbirin ikinci günündə iştirak ediblər. İclasın ikinci günü EU4Digital proqramının texniki dəstəyi ilə IRB EWG tərəfindən hazırlanacaq praktiki nəticələrə və görüləcək işlərə həsr olunub. Müzakirələrdə dörd əsas praktiki nəticə diqqət mərkəzində olub:
Rəqabət qabiliyyətli genişzolaqlı internet xidmətlərinə çıxış imkanının təşviqində Aİ-nin qabaqcıl təcrübəsinə dair hesabat.
Hesabatda ŞT ölkələrində genişzolaqlı bağlantının əhatə dairəsinin genişləndirilməsi ilə bağlı vəziyyət öz əksini tapıb. Adı çəkilən ölkələr üç müxtəlif vaxtda toplanan məlumatların ardınca hələ də ümumi məlumatları nəzərdən keçirməmişdir.
Hər bir Şərq Tərəfdaşlığı ölkəsində tənzimləyici idarəçilik sahəsində qanunvericilik ilə bağlı dəyişikliklərin monitorinqi.
ŞT regionunda genişzolaqlı bağlantı bazarının təhlilinə başlamaq. Müzakirələrin ardınca ŞT regionundan yalnız Azərbaycan, Ermənistan və Moldovanın bu təhlilə cəlb oluna biləcəyi diqqətə çatdırlııb.
Əlavə məlumat
İşçi qrupunun 14-cü iclası İRB EWG və müvafiq BEREC İşçi Qruplarının, yəni Tənzimləyici Çərçivə İşçi Qrupu (RF) və Sabit Şəbəkə İnkişafı İşçi Qrupu (FNE) arasında qarşılıqlı əlaqəni asanlaşdırmaq üçün BEREC iclası ilə birgə təşkil olunub. Elektron kommunikasiya bazarının tənzimlənməsində əməkdaşlığın və Aİ-nin qabaqcıl təcrübələrinə daha asan çıxışın təmin edilməsi üçün tədbirlərin birləşdirilməsi anlaşma memorandumuna uyğun olaraq İRB EWG-nin hər ikillik iclasından birində təkrarlanır.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.