Aİ-nin Azərbaycandakı layihələrini əks etdirən yeni internet səhifəsi istifadəyə verilib Avropa İttifaqı, Azərbaycanda Aİ-nin maliyyə dəstəyi ilə icra olunan 131 layihə haqqında ətraflı məlumatın verildiyi internet səhifəsini istifadəyə verib.

  • Tarix: 01/03/21
  • Paylaş:

“EU4AZERBAIJAN.EU internet səhifəsi tərəfdaşlıq dünyasına qapı açır. Orada insanlara kömək etmək məqsədilə həyata keçirilmiş və hal-hazırda davam edən çoxlu sayda layihələr şəkillər, rəqəmlər və məlumatlar şəklində təqdim olunur. Baş çəkin, tədqiq edin, faydalanın və rəylərinizi bölüşün! Gəlin Azərbaycan, daha yaxşı gələcək naminə əməkdaşlıq edək!”, – deyə Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskas bildirib.

Layihələr haqqında geniş məlumat daxil olmaqla sözügedən internet səhifəsində Aİ tərəfindən dəstəklənən fəaliyyətlərin bu ölkədə təsirini nümayiş etdirən interaktiv xəritə də təqdim olunacaq. Bu funksiya tədricən digər layihələrə də tətbiq olunacaq.

Yeni səhifədə layihələrin gedişatı haqqında müntəzəm xəbərlər, eləcə də həm Azərbaycan, həm də İngilis dilində Aİ-nin maliyyə dəstəyi ilə keçiriləcək tədbirlərin və iştirak imkanlarının siyahısı yerləşdiriləcək.