EU4Digital Proqramı Rəqəmsal bacarıqlar şəbəkəsinin tədbiri

  • Tarix: 26/02/21 – 26/02/21
  • Paylaş:

2021-ci il fevralın 26-da EU4Digital proqramı Rəqəmsal bacarıqlar şəbəkəsinin tədbirini keçirəcək.

Tədbir zamanı Rəqəmsal bacarıqlar üzrə təbliğat kampaniyasının xüsusi elementləri Şərqi tərəfdaşlıq ölkələrinin nümayəndələri ilə müzakirə ediləcək və razılaşdırılacaq. Tədbir zamanı təlimlər, konfranslar və məlumat xarakterli səfərlər, həmçinin onların təxmini tarixləri müzakirə olunacaq.

Rəqəmsal bacarıqlara dair təbliğat kampaniyası, [nümüzdəki aylarda EU4Digital təşəbbüsünün bu sahədəki işlərinin nəticələri və təsiri barədə ictimaiyyəti məlumatlandırmaq məqsədi daşıyır. Bu tədbir Şərqi tərəfdaşlıq ölkələrinin təmsilçilərinin təbliğat kampaniyasının əsas prinsiplərini və öz ölkələrində rəqəmsal bacarıqlara dair məlumatlılığı artırma yollarını müzakirə etmələri və razılaşdırmaları üçün keçirilir. Kampaniyanın əsas cəhətləri və fikirləri EU4Digital proqramının Kommunikasiya heyətinin üzvü tərəfindən paylaşılacaq.

Tədbirdə əsas diqqət kampaniyanın əsas mövzusunun hərtərəfli şəkildə müəyyənləşdirilməsinə və hədəf auditoriya ilə ən çox əlaqəli olan məsələlər baxımından yanaşılmasına, eləcə də kampaniyanın mesajlarına və fərqli qaydalar və metodlardan istifadə edilərək daha böyük kütləyə çatdırılmasına yönələcək. EU4Digital proqramı, təlimlərin, konfransların və şəbəkə tədbirlərinin təşkili kimi bir sıra fəaliyyətlər vasitəsilə Şərqi tərəfdaşlıq ölkələrində rəqəmsal bacarıqların və İKT və innovasiyaların inkişafına dəstək verir.