Gələcək fəaliyyətləri müzakirə etmək və tibbi diaqnostik təsvirlər və diaqnostikanın intellektual avtomatlaşdırılması sahəsində çalışan bir neçə seçilmiş məruzəçini dinləmək üçün mart ayının 5-də EU4Digital təşəbbüsünün Elektron səhiyyə şəbəkəsi altı Şərqi tərəfdaşlıq ölkəsindən elektron səhiyyə şəbəkəsinin üzvlərinin iştirakı ilə virtual tədbir təşkil edir.
Tədbirin ilk hissəsində EU4Digital təşəbbüsünün Elektron səhiyyə şəbəkəsi tərəfindən gələcək tədbirlər haqqında qısa məlumat veriləcək. Bu müzakirələrdən sonra EU4Digital təşəbbüsünün “EaP Connect” layihəsinin nümayəndələri tərəfindən elektron səhiyyə sahəsində görülən işlərə həsr olunan qısa təqdimatlar təqdim olunacaq.
Tədbirin ikinci hissəsində isə “tibbi diaqnosik təsvirlərin və diaqnostikanın intellektual avtomatlaşdırılması” mövzusunda iki qonaq məruzəçi təqdimatla çıxış edəcək.
- Moldova Tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyasının nümayəndəsi Cənab Aleksandr Qolubev “DİCOM (Tibbdə rəqəmsal təsvirlərin çəkilməsi və rabitə) şəbəkə tətbiqinin qurulması üçün NREN (milli tədqiqat və təhsil şəbəkələri) infrastrukturunun cəld adaptasiyası” mövzusunda təqdimatla çıxış edəcək.
- Belarus Milli Elmlər Akademiyasının nümayəndəsi tibb elmləri doktoru Vassili Kovalyov “Tibbi diaqnostik təsvirlərin təhlilində süni intellekt əsaslı hesablama veb xidmətlər” haqqında məruzə ilə çıxış edəcək.