Koronavirus pandemiyası ilə bağlı təcili çıxış yollarının tapılması istiqamətində ideyaların ərsəyə gəlməsi və paylaşılması məqsədi daşıyan Qlobal hakatonun keçirilməsinə üç gün qaldı. Tədbir Avropa İttifaqı və EU4Digital təşəbbüsünün dəstəyi ilə keçirilir.
Avropa Komissiyası Qlobal hakatonda qalib gələn komandaların mükafatlandırılması üçün 75000 avroya qədər maliyyə vəsaiti ayırır. Ən yaxşı ideyalar üzrə ümumi mükafat fondu 100000 avro təşkil edir. Accelerate Estonia, Garage48 və Guaana platformalarının təşkil etdiyi hakaton Devpost platforması tərəfindən dəstəklənir.
Aİ həmçinin startaplar, kiçik bizneslər və elektron səhiyyə sahəsində hökumət ilə əlaqədar problemlərin həllinə öz töhfəsini verməyi və lazım olan sahələrdə həyat qabiliyyətli çıxış yollarının tapılmasında kömək etməyi planlaşdırır.
Dünyanın hər bir yerində, o cümlədən Şərqi tərəfdaş ölkələrində texnologiya sahəsində çalışan ekspertlər və maraqlı şəxslər, elm adamları, biznes liderləri, layihə rəhbərləri, marketinq ekspertləri, dizaynerlər və innovatorlar 9-12 aprel tarixlərində tamamilə onlayn qaydada keçiriləcək Qlobal hakatonda iştirak etməyə dəvət olunurlar.
Qlobal hakatonun məqsədi, yaradıcı və çevik rəqəmsal həllərin ərsəyə gəlməsi məqsədilə dünyanın hər yerindən olan insanları ideyaların, praktiki bacarıqların və qabaqcıl təcrübələrin mübadiləsinə cəlb etməkdir. Dünya miqyaslı mentorların və istedadlı komandaların bir araya gətirilməsi ilə daha yaxşı gələcək üçün çıxış yolları tapmaq mümkündür.
Hakatonda yerli icmalarda yaşayan insanlar arasında əlaqələrin qurulması və daha böyük çətinliklərlə üzləşən insanlara kömək etmək məqsədilə rəqəmsal innovasiyaların hansı formada istifadə ediləcəyini nümayiş etdirən yeni həllər təqdim olunacaq.
Sözügedən onlayn tədbir artıq dünya ictimaiyyətinin diqqətini cəlb etməyi bacarmışdır. Belə ki, Forbes, Silicon Republic, CNN və digər tanınmış kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılan hakaton OpenAI-nin icraçı direktoru Sem Altmen, Estoniyanın keçmiş prezidenti Tomas Hendrik İlves və ictimai səhiyyə sahəsində mütəxəssis və neyrotexnoloq kimi tanınan Xaliyə (Khaliya) daxil olmaqla, bir sıra dünya miqyaslı mentorların diqqət mərkəzindədir.
Hakatonda iştirak etmək üçün istənilən şəxs hər hansı bir eyni ideya üzərində çalışacaq 6-12 nəfərdən ibarət komanda toplaya bilər. Komanda rəhbəri Guaana vasitəsilə ideyanı və adını qeydiyyatdan keçirməlidir. Hakaton ərzində iştirakçılar hal-hazırda davam edən sosial-iqtisadi böhranın aradan qaldırılması və böhrandan sonra bərpa prosesinin həyata keçirilməsinə dair ən yaxşı və ən parlaq ideyalarını təqdim edəcəklər. İstənilən şəxs reddit səhifəsində digər istifadəçilərin ideyaları ilə bağlı rəy qismində ideyalar dərc edə, tərəfdaşlar və çətin tapşırıqların daxil edilməsinə dair qaydalar tapa bilər.
Ətraflı məlumat
- Qlobal hakatonun internet səhifəsi
- Facebook-da Qlobal hakaton barədə tədbir
- Avropa Komissiyası Qlobal hakatona dəstək verir
- Twitter-də @Garage48-i izləyin
- Startup Avropa
- Accelerate Estoniya
- Guaana
Koronavirus: Avropa İttifaqı özünün Şərqi tərəfdaşlarına dəstək nümayiş etdirir