Avropa İttifaqı Şurası Ukrayna və Moldova ilə ittifaqa üzvlüyə dair danışıqlara başlamaq, Gürcüstana isə namizəd ölkə statusu vermək qərarına gəlib
Tarix: 28/12/23
14-15 dekabr 2023-cü il tarixində Avropa İttifaqı Şurası Ukrayna və Moldova ilə Avropa İttifaqına üzvlüyə dair danışıqlara başlamaq haqqında qərar qəbul edib. Bu, daima Avropaya mənsub olduğunu nümayiş etdirməyə çalışan hər iki ölkənin vətəndaşları üçün mühüm hadisədir. Aİ liderləri həmçinin Gürcüstana namizəd ölkə statusunu vermək qərarına gəliblər.
Bu qərarlar Avropa Komissiyasının 8 noyabr tarixində açıqlanan genişlənmə haqqında hesabatında təqdim olunan tövsiyələrinə uyğundur. Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bu qərarı müsbət qarşılayıb və onun strateji əhəmiyyəti haqqında danışıb:
Günümüzdə genişlənmənin olduqca güclü və inandırıcı səbəbləri var. Bu çoxsaylı böhranlarla sarsılan dünyada qitəmizin sabitliyinə və təhlükəsizliyinə qoyulan sərmayədir. Bu, həm də qitəmizin çiçəklənməsinə qoyulan sərmayədir.
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Avropa İttifaqı Şurasının üzvlərinə Çoxillik maliyyə bazasının (MFF) yenilənməsi ilə bağlı razılığa gəlməyi xatırladıb. Son illərin ardıcıl böhranlarına baxmayaraq, Aİ Avropa Komissiyasının prezidentinin toxunduğu lazımi dəstək və tədbirləri təmin etmək üçün büdcəsini geniş şəkildə səfərbər edib. “Lakin hazırda bu gözlənilməz böhranlara cavab vermək üçün büdcəmizin son həddinə çatmışıq”, –o, vurğulayıb.
Ursula von der Leyen Aİ-nin Ukraynaya dəstəyi, miqrasiya və Aİ-nin rəqabət qabiliyyəti daxil olmaqla məhdud sayda prioritet sahələr üzrə məqsədyönlü tədbirlər ilə bağlı Avropa Komissiyasının təklifini təsvir edib.
26 üzv dövlətin bu prioritetlər üçün əlavə maliyyə vəsaitlərinin ayrılması ilə bağlı razılığa gəlməsinə baxmayaraq, hələ də yekdillik əldə olunmayıb. Aİ liderləri gələn ilin əvvəlində bu məsələyə yenidən qayıdacaqlar. Ursula von der Leyenqeyd edib ki, Avropa İttifaqı Şurasının növbəti iclasının nəticəsi nə olursa olsun, “operativ həll yolu” olacaq.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.