
Əsas səhifə / Xəbərdar olun / Kitabxana
Şərqi tərəfdaşlıq ölkələri üçün kibertəhlükəsizliyə dair təlimatlar
Tarix: iyun 2020
Şərqi tərəfdaşlıq ölkələri üçün kibertəhlükəsizliyə dair təlimatlar, EU4Digital proqramının mütəxəssisləri tərəfindən layihənin Etimad və təhlükəsizlik tematik sahəsi daxilindəki Kibertəhlükəsizliyə dair fəaliyyətlər çərçivəsində hazırlanmışdır. Məqsəd tərəfdaş ölkələrin kibertəhlükəsizliyinin gücləndirilməsinə və elektron hökumətin inkişafı ilə yanaşı, kommersiya xarakterli, o cümlədən mədəniyyətə aid məzmunlar və transsərhəd xidmət axınları üçün son dərəcə mühüm əhəmiyyət daşıyan məlumat infrastrukturunun dayanıqlığının artırılmasına dəstək verməkdir.
Hər bir Şərqi tərəfdaşlıq ölkəsində fərdi kibertəhlükəsizlik həllərinin yetkinlik səviyyəsini müəyyənləşdirməyi nəzərdə tutan sənəddə Şərqi tərəfdaşlıq ölkələrində kibertəhlükəsizliyə dair siyasət və tədbirlərin həyata keçirilməsinin vəziyyəti təsvir edilir, eləcə də altı Şərqi tərəfdaşlıq ölkəsində mövcud olan normativ-hüquqi aktlarda, siyasətlərdə və təhlükəsizlik tədbirlərində mövcud olan boşluqlara və çatışmazlıqlara ümumi nəzər salınıb.
Şərqi tərəfdaşlıq ölkələri üçün kibertəhlükəsizliyə dair təlimatlar, hər bir tərəfdaş ölkədə mövcud olan boşluqların və çatışmazlıqların siyahısından, eyni zamanda kibertəhlükəsizlik təşəbbüslərinin həyata keçirilməsinə maneə törədən amillərin siyahısından ibarətdir. Bundan əlavə, sözügedən sənəddə ölkələr üçün kibertəhlükəsizliyi inkişaf etdirməyə dair tövsiyələr, həmçinin tərəfdaş ölkələr arasında daha güclü və daha dayanıqlı kiberməkana töhfə verəcək və şəbəkə məlumat sistemlərinin fəaliyyətində fasilə və ya kəsilmələr riskini azaldacaq kibertəhlükəsizlik tədbirlərinin hazırlanması, həyata keçirilməsi, qiymətləndirilməsi və eyni qaydada saxlanılması üçün səmərəli metodlar barədə tövsiyələr verilmişdir.
- Azərbaycan
- Belarus
- Ermənistan
- Gürcüstan
- Moldova
- Ukrayna
