Terminlərdə olan fərqlər, dəyişən texnologiyalar və aydın olmayan siyasətlər, tədqiqat və təhsil şəbəkəsi təşkilatları tərəfindən elektron səhiyyə sahəsinə olunan dəstəyi bir növ hərəkət edən hədəfə çevirir. Ancaq Aİ tərəfindən maliyyələşdirilən GÉANT və EaPConnect layihələri tərəfindən təşkil edilən və Elektron səhiyyənin əsas parametrlərinə həsr olunan iclasın iştirakçılarına əsasən, səy göstərməyə dəyər bir hədəfdir və cəmiyyətlə daha sıx əməkdaşlıq yolu ilə müsbət nəticələr əldə edilə bilər. 27 yanvar 2021-ci il tarixində keçirilən onlayn tədbirdə ortaq maraqlar və problemlər araşdırılaraq müxtəlif ölkələrin təşəbbüsləri ön plana çəkilib.
İclasa milli tədqiqat və təhsil şəbəkələrindən (MTTŞ-lar) və dünyanın müxtəlif ölkələrindən olan digər təşkilatlardan 70-dən çox iştirakçı qatılıb. İştirakçıların rəyləri göstərir ki, onlar gələcək tədbirlər və ya icma işçi qrupu fəaliyyətləri vasitəsilə daha çox müzakirələrin keçirilməsində və əməkdaşlıqda maraqlıdırlar.
Məsafədən səhiyyə
Tədbirin Braziliya və Yaponiyadan olan aparıcıları səhiyyənin bir sıra sahəsini əhatə edən və müxtəlif texnologiyalar, xidmətlər və tibb və şəbəkə mütəxəssisləri arasındakı əməkdaşlıqlar üzərində qurulan məsafədən səhiyyə üzrə proqramları təqdim ediblər. Kyuşu Universitetinin professoru Şuji Şimizu, həmin ölkələrdə Futbol üzrə Dünya Kubokunun keçiriləcəyi elan edildikdən sonra Braziliya və Rusiya ilə video rabitənin keyfiyyətinin necə yaxşılaşdığını xatırladıb. O, Zoom kimi vasitələrin qəbul edilməsi və istifadəsinin artması ilə məsafədən səhiyyə sahəsində daha bir irəliləyişə səbəb olduğunu söylədi.
Strategiya və təhlükəsizlik
EaPConnect layihəsinin diqqət mərkəzində olan Şərq Tərəfdaşlığı ölkələri arasında Belarusda UIIP NASB və Moldovada RENAM, rentgen və rentgen müayinələrinin təhlillərindən yararlanmaq imkanı və son nəticədə xəstələrin məlumatlarının təhlükəsizliyi və xəstələrin daha düzgün diaqnostikasını dəstəkləyən yeniliklər təqdim olunub. MTTŞ-ların Avstraliya, Danimarka, İtaliya, Polşa və İngiltərədə elektron səhiyyə sahəsi üzrə fəaliyyətlərinin nəzərdən keçirilməsi bir sıra müvəffəqiyyətləri və mülahizələri əhatə edib: səhiyyə və tibbi tədqiqat infrastrukturlarının MTTŞ strategiyasına hansı qaydada inteqrasiya edilməsi, “fərdiləşdirilmiş səhiyyə” istiqamətində meyllilik kimi yeniliklərin dəstək ilə bağlı tələblərə təsiri və keyfiyyətli səhiyyəyə çıxış daxil olmaqla səhiyyə sahəsində məlumatların və sistemlərin təhlükəsizliyinin balanslaşdırılmasının əhəmiyyəti.
Problemlər
Buna baxmayaraq, tibb sahəsində tədqiqatlar, xəstəliyin diaqnozu və xəstənin müalicə zamanı istifadə olunan məlumatlarının və sistemlərinin təhlükəsizliyi vacib əhəhmiyyət kəsb edən bir mövzudur. İştirakçılar bunu MTTŞ-ların elektron səhiyyə sahəsinə dəstəyi ilə bağlı diqqət yetirməli olduğu ən vacib sahə kimi qeyd ediblər. Bununla belə, siyasət məsələsi həm siyasi qərarları daha yaxşı başa düşmək, həm də onlara təsir etmək üçün gələcək əməkdaşlıqda prioritet rol oynayır. Səhiyyə işçiləri ilə qarşılıqlı əlaqə qurarkən, MTTŞ-lar üçün ən çətin vəzifə problemlərin, ehtiyacların və məqsədlərin ortaq şəkildə başa düşülməsinə gətirib çıxaracaq terminlər tapmaqdır.
Növbəti tədbirlər
İştirakçılar müzakirələr və interaktiv vasitələr ilə fikir və təcrübələrini bölüşüblər. Təşkilatçılar tədbiri nəzərdən keçirərkən və sonrakı tədbirlər barədə qərar verərkən bütün bu məlumatları nəzərə alacaqlar.
Əlavə məlumat
EaPConnect, EU4Digital təşəbbüsü çərçivəsində Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. EU4Digital Proqramı Aİ-nin standart və təcrübələrinə uyğun olaraq rəqəmsal iqtisadiyyatın və cəmiyyətin əsas sahələrini təşviq edir. Elektron səhiyyə EU4Digital təşəbbüsü daxilində əsas tematik sahələrdən biridir.
GÉANT project (GN4-3) çərçivəsində elektron səhiyyə üzrə seminar tərəfdaşlar ilə əlaqə və tədqiqat işi üzrə qruplar tərəfindən dəstəklənmişdir.
“Elektron səhiyyənin əsas parametrlərinə dair iclasın” proqramı, slaydlar və digər materiallar internetdə əlçatandır.