09/04/2024
EU4Digital Akademiyasında rəqəmsal bacarıqlar üzrə ilk kurs artıq əlçatandır!
EU4Digital proqramı Ukrayna vətəndaşlarını və bu ölkədə fəaliyyət göstərən kiçik və orta ölçülü sahibkarlıq müəssisələrini (KOB-lar) yeni EU4Digital Akademiyası adlı rəqəmsal təhsil platformasında açılan ilk kursda iştirak etmək üçün qeydiyyatdan keçməyə dəvət edir. “Aİ-nin satış platformalarında elektron ticarət” mövzusuna həsr olunmuş və istifadəsi asan olan bu onlayn kurs elektron ticarət haqqında əvvəlcədən biliyi olmayan və ya yaşadığı ölkədə onlayn satışlarla məşğul olan, lakin Avropa İttifaqında (Aİ) da satışlar etmək istəyən şəxslər üçün nəzərdə tutulub.
Daha çox oxu-
27/11/2023
Avropa Komissiyası Ukrayna, Moldova və Gürcüstan üçün Aİ üzvlüyünə namizəd statusunun dəyişdirilməsini tövsiyə edir
8 noyabr 2023-cü il tarixində Avropa Komissiyası Avropa İttifaqı Şurasına Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlara başlamağı və müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə Gürcüstana Aİ-yə üzvlüyə namizəd statusunun verilməsini tövsiyə edib. Komissiya həmçinin ilk dəfə olaraq bu ölkələr tərəfindən görülən işləri qiymətləndirən 2023-cü il üzrə Genişlənmə Paketini qəbul edib.
Daha çox oxu -
20/11/2023
Rəqəmsal transformasiyada insan faktoru: 2023-ci il üzrə Şərq Tərəfdaşlığı Rəqəmsallaşma Konfransı
Davamlı rəqəmsal transformasiya üçün insan faktoru ilə əlaqədar ehtiyac və faydalar nəzərə alınmalıdır. Bu fikirlər 14 noyabr 2023-cü il tarixində keçirilən EU4Digital proqramının Şərq Tərəfdaşlığı (ŞT) üzrə Rəqəmsallaşma Konfransında səsləndirilib. “Rəqəmsal strateji muxtariyyət: cəmiyyətləri və iqtisadiyyatları gücləndirmək üçün rəqəmsal texnologiyalardan istifadə” mövzusunda olan tədbir, dayanıqlı hökumət və iqtisadiyyatların qurulmasında rəqəmsal bağlantı və süni intellekt (AI) kimi ən son texnologiyalar ilə innovasiyaları necə təşviq etdiyini tədqiq etməyə imkan yaradıb.
Daha çox oxu -
20/11/2023
Rəqəmsal texnologiyalar əvəzolunmazdır: EU4Digital təşəbbüsünün Koordinasiya komitəsinin 2023-cü il üzrə iclası keçirilib
Rəqəmsal texnologiyalar Şərq Tərəfdaşlığında (ŞT) gündəlik həyatın əsasını təşkil etməyə başlayıb. Bu səbəbdən strateji planlaşdırma, siyasət və qanunvericilik aktlarının uyğunlaşdırılması və investisiyaların yatırılmasına əlaqələndirilmiş yanaşma indi olduqca mühüm əhəmiyyət kəsb edir. Bu, 15 noyabr 2023-cü il tarixində onlayn formatda keçirilən EU4Digital təşəbbüsünün Koordinasiya komitəsinin 5-ci illik toplantısında səsləndirilən əsas ismarıclardan biridir.
Daha çox oxu -
17/11/2023
Noyabrın 24-də EU4Digital proqramının DESI sürətləndiricisinə dair regional tədbirə qoşulun
Şərq Tərəfdaşlığı ölkələrində Rəqəmsal İqtisadiyyat və Cəmiyyət İndeksi (DESI) ilə bağlı göstəriciləri toplayan qurumların nümayəndələri 24 noyabr 2023-cü il tarixində EU4Digital proqramı tərəfindən təşkil olunacaq onlayn tədbirə dəvətlidirlər. Tədbirdə EU4Digital proqramının Rəqəmsal bacarıqlar tematik sahəsi üzrə ekspertləri tərəfindən DESI-nin tətbiqinin təhlili üzrə nəticələr təqdim ediləcək, DESI göstəricilərinin tam şəkildə ölçülməsinin həyata keçirilməsi üçün regional və milli tövsiyələr müzakirə ediləcək və bu sürətləndiricinin mərhələləri ətrafında fikir mübadiləsi aparılacaq.
Daha çox oxu -
10/11/2023
EU4Digital proqramının maraqlı tərəflər üçün seminarında milli səviyyədə sürətləndirmə imkanları tədqiq edilib
EU4Digital proqramının fəaliyyətləri Şərq Tərəfdaşlığı regionu ölkələri — Azərbaycan, Ermənistan, Moldova, Gürcüstan və Ukraynanın ehtiyaclarına əsasən işlənib hazırlanıb. Bu fəaliyyətlər Aİ-Şərq Tərəfdaşlığı birgə proqramı çərçivəsində Aİ Nümayəndəlikləri ilə qarşılıqlı və sıx əməkdaşlıq şəraitində həyata keçirilir. EU4Digital proqramının cari, yəni ikinci mərhələsinin fəaliyyətdə olduğu dövrdə nəticələri maksimuma çatdırmaq məqsədilə sözügedən proqram Aİ və Şərq Tərəfdaşlığı ölkələrindən olan maraqlı tərəflərin iştirakı ilə 18 oktyabr 2023-cü il tarixində Brüsseldə seminar təşkil edib. Tədbir iştirakçıları layihənin nəticələrini nəzərdən keçirmək, rəy bildirmək və EU4Digital proqramının fəaliyyətlərinin milli səviyyədə tətbiqinin sürətləndirilməsi imkanlarını tədqiq ediblər.
Daha çox oxu -
17/09/2023
Yeni Twitter hesabı vasitəsilə EU4Digital ilə müzakirələrə siz də qoşulun
Şərq Tərəfdaşlığında rəqəmsallaşdırma sahəsindəki fəaliyyətlərə rəhbərlik edən komanda sizi EU4Digital proqramı haqqında xəbərlər, elanlar, məqalələr və digər nəşrlərə çıxış imkanı yaradan çoxlu sayda üsulları nəzərdən keçirməyə dəvət edir - yeni Twitter hesabı vasitəsilə siz də müzakirələrə qoşulun!
Daha çox oxu -
06/09/2023
Qaçırmayın! EU4Digital Şərq Tərəfdaşlığında rəqəmsal transformasiya mövzusunda tədbirlər təşkil edəcək
Rəqəmsal texnologiyalar sahəsindəki yeniliklər, gələcək layihələr və Şərq Tərəfdaşlığı üzrə siyasət proqramı haqqında daha ətraflı öyrənmək istəyirsiniz? EU4Digital təşəbbüsü Şərq Tərəfdaşlığı regionunda rəqəmsal transformasiya mövzusuna həsr olunmuş iki tədbir təşkil edir. Noyabrın 14-də Şərq Tərəfdaşlığı üzrə Rəqəmsallaşdırma Konfransında daha geniş müzakirələr üçün şərait yaradılacaq. Konfransda istənilən şəxs iştirak edə bilər. 2023-cü il noyabrın 15-də EU4Digital proqramının II mərhələsinin Koordinasiya komitəsinin dəvət olunmuş üzvləri üçün regional EU4Digital təşəbbüsünü və layihələri müzakirə etmək məqsədilə görüş keçiriləcək.
Daha çox oxu -
30/06/2023
Təkmilləşdirilmiş və yenidən istifadəyə verilmiş EU4Digital internet səhifəsini kəşf edin!
Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində rəqəmsal transformasiya haqqında xəbərlər, resurslar və digər informasiya axtarışındasınız? O zaman EU4Digital proqramının yenidən istifadəyə verilmiş https://eufordigital.eu/az/ veb-saytını ziyarət edin! Yenilənmiş səhifəsində EU4Digital proqramı özünün geniş rəqəmsal icması üçün günün tələblərinə cavab verən məzmun və təkmilləşdirilmiş istifadəçi təcrübəsi təklif edir.
Daha çox oxu -
14/06/2023
Mayın 30-da EU4Digital proqramının DESI Sürətləndiricisi işə salınıb
EU4Digital proqramının Rəqəmsal İqtisadiyyat və Cəmiyyət İndeksi (DESI) çərçivəsindəki sürətləndirici layihəsi 2023-cü il mayın sonunda icra olunmağa başlayıb. DESI Sürətləndiricisinə dair birgünlük açılış tədbiri bu fəaliyyətə, onun faydaları və Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində DESİ-nin tətbiqinə dair planlar haqqında məlumatlılığı artırmağa yönəlib.
Daha çox oxu -
07/04/2023
Aİ-nin Kodlaşdırma Həftəsi 2023
Hər il bütün yaş dövründə olan və müxtəlif təhsil və peşəyə sahib şəxslər arasında rəqəmsal texnologiyalar sahəsində savadlılığın və kodlaşdırma bacarıqlarının əhəmiyyətini vurğulayan Aİ-nin Kodlaşdırma Həftəsi keçirilir. Tədbirlər bütün il boyunca keçirilir, amma iki həftə xüsusilə Kodlaşdırma Həftəsi üçün ayrılıb. Bu il Kodlaşdırma Həftəsinin 7-22 oktyabr arası tarixlərində keçirilməsi nəzərdə tutulub.
Daha çox oxu -
31/03/2023
EU4Digital Şərq Tərəfdaşlığı KOB-larını rəqəmsal texnologiyalar sahəsində dəstəkləyəcək “EdTech Hub” proqramı üçün tərəfdaşlar axtarır
EU4Digital təşəbbüsünün "EdTech Hub" proqramı potensial tərəfdaşlar axtarışındadır. Bu proqram çərçivəsində Şərq Tərəfdaşlığı (ŞT) regionunda fəaliyyət göstərən kiçik və orta sahibkarlıq müəssisələrinin (KOB-lar) ehtiyaclarına uyğun veb əsaslı və istifadəsi asan kursların təqdim olunduğu rəqəmsal təlim platforması istifadəyə verilib. Martın 9-da EU4Digital İKT və İnnovasiyalar Forumu 2023-dən sonra icra olunmağa başlayan EdTech Hub proqramı Şərq Tərəfdaşlığı ölkələrində 1 milyon vətəndaşın və 500 000 KOB-un rəqəmsal texnologiyalar üzrə səlahiyyələndirilməsini nəzərdə tutur.
Daha çox oxu -
30/03/2023
EU4Digital İKT və İnnovasiyalar Forumu rəqəmsal texnologiyalar sahəsində təhsilin əhəmiyyətinə həsr olunub
EU4Digital İKT və İnnovasiyalar Forumu - 2023 sahibkarlıq müəssisələrinin post-sənaye dövrü, rəqəmsal cəmiyyətə daha yaxşı hazır olmaları ilə bağlı mühüm məsələlərə həsr olunub. Martın 9-da 100-dən artıq şəxsin qatıldığı İkinci İllik İnnovasiyalar Forumu keçirilib. Tədbirdə Şərq Tərəfdaşlığı (ŞT) regionunda startaplar və kiçik və orta sahibkarlıq müəssisələrinin (KOB-lar) rəqəmsal bacarıqların artırılmasının vacibliyi vurğulanıb. Tədbir zamanı yenicə fəaliyyətə başlamış EU4Digital Təhsil texnologiyaları mərkəzi (EdTech Hub) platformasının fəaliyyəti daxil olmaqla, Aİ və Şərq Tərəfdaşlığı regionundakı müxtəlif siyasət və dəstək təşəbbüsləri haqqında məlumat verilib.
Daha çox oxu