Təkmilləşdirilmiş və yenidən istifadəyə verilmiş EU4Digital internet səhifəsini kəşf edin!
Tarix: 30/06/23
Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində rəqəmsal transformasiya haqqında xəbərlər, resurslar və digər informasiya axtarışındasınız? O zaman EU4Digital proqramının yenidən istifadəyə verilmiş https://eufordigital.eu/az/ veb-saytını ziyarət edin! Yenilənmiş səhifəsində EU4Digital proqramı özünün geniş rəqəmsal icması üçün günün tələblərinə cavab verən məzmun və təkmilləşdirilmiş istifadəçi təcrübəsi təklif edir.
EU4Digital proqramının internet səhifəsinin 35 000-ə yaxın rəqəmsal texnologiyalar üzrə ekspertdən və digər şəxslərdən ibarət daimi ziyarətçisi var. Proqramın ilk internet səhifəsi 2019-cu ildə EU4Digital proqramının I fazası çərçivəsində istifadəyə verilib və 780 000-ə yaxın baxış sayı olub. Yeni internet səhifəsində 2022-ci ildə icra olunmağa başlayan EU4Digital proqramının II fazasına uyğun məzmum və məlumatlar təqdim olunur.
Yenidən işlənib hazırlanmış saytda EU4Digital strategiyası və onun siyasət məzmunu, eləcə də EU4Digital təşəbbüsü haqqında tam yenilənmiş səhifələr var. Bu təşəbbüs vasitəsilə EU4Digital proqramı və digər layihələr maliyyələşdirilir. Saytda həmçinin EU4Digital proqramının II fazasının altı tematik sahəsi əhatə olunub:
Yenidən işlənib hazırlanmış EU4Digital internet səhifəsi asan naviqasiyaya, aydın tərtibata və təkmilləşdirilmiş axtarış sistemi və məzmunun filtrlənməsi kimi daha yaxşı funksionallığa malikdir. Bununla xəbərləri, uğur hekayələrini, kitabxanada dərc olunan sənədləri və Şərq Tərəfdaşlığı ölkələri (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) ilə bağlı digər məzmunun tapılması həmişəkindən daha asandır.
Yeni səhifədə müvafiq mövzular və ölkələr baxımından hər bir səhifə üzrə aydın məzmun təqdim edilir. Burada maraqlı ola biləcək köhnə məzmun saxlanılaraq əlaqəli səhifələrin birindən digərinə asanlıqla keçmək üçün çarpaz keçidlər verilib. İnternet səhifəsi həm mobil cihazlardan, həm də kompüterlərdən asan giriş və naviqasiya üçün optimallaşdırılıb. İstifadəçini sadə, lakin maraqlı “səyahət” gözləyir.
EU4Digital rəqəmsal icmasını genişləndirməyi səbirsizliklə gözləyir və yeni səhifəsində yeni ziyarətçiləri salamlayır!
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.