-
28/02/2024
Yeni memorandum Azərbaycanda birgə elmi-tədqiqat fəaliyyətlərinə zəmin yaradır
2024-cü ilin yanvar ayında AzScienceNet-in Data Mərkəzi və “EU4Digital: Tədqiqat və təhsil icmalarının əlaqələndirilməsi” (EaPConnect) layihəsi vasitəsilə rəqəmsal xidmətlərin göstərilməsi haqqında məlumat əldə etdikdən sonra üç Azərbaycan texnoloji institutu arasında birgə tədqiqat fəaliyyətlərinin həyata keçirilməsinə dair tarixi Anlaşma memorandumu (MoU) imzalanıb.
Daha çox oxu -
02/01/2024
Azərbaycanın tədqiqat və təhsil şəbəkəsi olan AzScienceNet RIPE87 tədbirində iştirak edib
Dünyanın hər yerindən internet xidməti provayderləri, telekommunikasiya şirkətləri və şəbəkə operatorlarının nümayəndələri 27 noyabr-1 dekabr 2023-cü il tarixləri arasında Romada keçirilmiş RIPE87 tədbirinə toplaşıblar. AzScienceNet Azərbaycanın tədqiqat və təhsil ictimaiyyətini bu tədbirdə təmsil edib.
Daha çox oxu -
27/11/2023
Avropa Komissiyası Ukrayna, Moldova və Gürcüstan üçün Aİ üzvlüyünə namizəd statusunun dəyişdirilməsini tövsiyə edir
8 noyabr 2023-cü il tarixində Avropa Komissiyası Avropa İttifaqı Şurasına Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlara başlamağı və müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə Gürcüstana Aİ-yə üzvlüyə namizəd statusunun verilməsini tövsiyə edib. Komissiya həmçinin ilk dəfə olaraq bu ölkələr tərəfindən görülən işləri qiymətləndirən 2023-cü il üzrə Genişlənmə Paketini qəbul edib.
Daha çox oxu -
20/11/2023
Rəqəmsal transformasiyada insan faktoru: 2023-ci il üzrə Şərq Tərəfdaşlığı Rəqəmsallaşma Konfransı
Davamlı rəqəmsal transformasiya üçün insan faktoru ilə əlaqədar ehtiyac və faydalar nəzərə alınmalıdır. Bu fikirlər 14 noyabr 2023-cü il tarixində keçirilən EU4Digital proqramının Şərq Tərəfdaşlığı (ŞT) üzrə Rəqəmsallaşma Konfransında səsləndirilib. “Rəqəmsal strateji muxtariyyət: cəmiyyətləri və iqtisadiyyatları gücləndirmək üçün rəqəmsal texnologiyalardan istifadə” mövzusunda olan tədbir, dayanıqlı hökumət və iqtisadiyyatların qurulmasında rəqəmsal bağlantı və süni intellekt (AI) kimi ən son texnologiyalar ilə innovasiyaları necə təşviq etdiyini tədqiq etməyə imkan yaradıb.
Daha çox oxu -
20/11/2023
Rəqəmsal texnologiyalar əvəzolunmazdır: EU4Digital təşəbbüsünün Koordinasiya komitəsinin 2023-cü il üzrə iclası keçirilib
Rəqəmsal texnologiyalar Şərq Tərəfdaşlığında (ŞT) gündəlik həyatın əsasını təşkil etməyə başlayıb. Bu səbəbdən strateji planlaşdırma, siyasət və qanunvericilik aktlarının uyğunlaşdırılması və investisiyaların yatırılmasına əlaqələndirilmiş yanaşma indi olduqca mühüm əhəmiyyət kəsb edir. Bu, 15 noyabr 2023-cü il tarixində onlayn formatda keçirilən EU4Digital təşəbbüsünün Koordinasiya komitəsinin 5-ci illik toplantısında səsləndirilən əsas ismarıclardan biridir.
Daha çox oxu -
31/03/2023
EU4Digital Şərq Tərəfdaşlığı KOB-larını rəqəmsal texnologiyalar sahəsində dəstəkləyəcək “EdTech Hub” proqramı üçün tərəfdaşlar axtarır
EU4Digital təşəbbüsünün "EdTech Hub" proqramı potensial tərəfdaşlar axtarışındadır. Bu proqram çərçivəsində Şərq Tərəfdaşlığı (ŞT) regionunda fəaliyyət göstərən kiçik və orta sahibkarlıq müəssisələrinin (KOB-lar) ehtiyaclarına uyğun veb əsaslı və istifadəsi asan kursların təqdim olunduğu rəqəmsal təlim platforması istifadəyə verilib. Martın 9-da EU4Digital İKT və İnnovasiyalar Forumu 2023-dən sonra icra olunmağa başlayan EdTech Hub proqramı Şərq Tərəfdaşlığı ölkələrində 1 milyon vətəndaşın və 500 000 KOB-un rəqəmsal texnologiyalar üzrə səlahiyyələndirilməsini nəzərdə tutur.
Daha çox oxu -
27/01/2023
Rəqəmsal onilliyə doğru: 2030-cü il üçün siyasət proqramı qüvvəyə minir
2030-cu il üçün Rəqəmsal Onillik siyasət proqramı qüvvəyə minib. Avropa Parlamenti, İttifaqa üzv dövlətlər və Avropa Komissiyası rəqəmsal iqtisadiyyatın inkişafına dair dörd əsas istiqamət üzrə konkret məqsəd və hədəfləri birgə müəyyən ediblər.
Daha çox oxu -
24/01/2023
EaPConnect ŞT regionunda qadınların STEM-dəki uğurlarını işıqlandırıb
İcra olunmağa başladığı ilk ilin yekunu olaraq “EU4Digital: Tədqiqat və təhsil icmalarının əlaqələndirilməsi” (EaPConnect) layihəsi elm, texnologiya, mühəndislik və ya riyaziyyat (STEM) sahələrində təcrübələri ilə tərəfdaşlarının uğurlarına töhfə verən dörd qadının nailiyyətlərini işıqlandırıb.
Daha çox oxu -
28/12/2022
Rəqəmsal texnologiyalar sahəsində dəstək Azərbaycanın tədqiqat potensialını gücləndirən CERN ilə əməkdaşlıqda mühüm əhəmiyyət kəsb edir
EaPConnect layihəsinin tərəfdaşı olan AzScienceNet tərəfindən təqdim olunan rəqəmsal infrastruktur və xidmətlər, Azərbaycanın fundamental elmi potensialını gücləndirməyə kömək edən CERN ilə əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayır.
Daha çox oxu