-
01/05/2024
Bakı Musiqi Akademiyası “LoLa” texnologiyası vasitəsilə Litvada baş tutan ustad dərsinə qoşulub
Bakı Musiqi Akademiyasının tələbələri 2024-cü ilin mart ayında tanınmış litvalı skripkaçı Daynyus Puodjiukasın distant ustad dərsinə qatılıblar. Akademiya bu ustad dərsini AzScienceNet ilə əməkdaşlıq çərçivəsində və EU4Digital: Tədqiqat və təhsil icmalarının əlaqələndirilməsi (EaPConnect) layihəsi çərçivəsində LoLa rəqəmsal şəbəkə transmissiyası texnoogiyasından istifadə etməklə təşkil edib.
Daha çox oxu -
09/04/2024
EU4Digital Akademiyasında rəqəmsal bacarıqlar üzrə ilk kurs artıq əlçatandır!
EU4Digital proqramı Ukrayna vətəndaşlarını və bu ölkədə fəaliyyət göstərən kiçik və orta ölçülü sahibkarlıq müəssisələrini (KOB-lar) yeni EU4Digital Akademiyası adlı rəqəmsal təhsil platformasında açılan ilk kursda iştirak etmək üçün qeydiyyatdan keçməyə dəvət edir. “Aİ-nin satış platformalarında elektron ticarət” mövzusuna həsr olunmuş və istifadəsi asan olan bu onlayn kurs elektron ticarət haqqında əvvəlcədən biliyi olmayan və ya yaşadığı ölkədə onlayn satışlarla məşğul olan, lakin Avropa İttifaqında (Aİ) da satışlar etmək istəyən şəxslər üçün nəzərdə tutulub.
Daha çox oxu -
09/04/2024
Yeni EU4Digital Akademiyasında Şərq Tərəfdaşlığı vətəndaşlarına və müəssisələrə təlimlər təşkil olunacaq
EU4Digital proqramı Şərq Tərəfdaşlığı ölkələri üçün rəqəmsal bacarıqlar üzrə pulsuz və əlçatan təlimlərin təşkili üçün EU4Digital Akademiyası adlı rəqəmsal tədris proqramının icrasına başlayıb. EU4Digital Akademiyasında Şərq Tərəfdaşlığı ölkələri olan Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna vətəndaşları və bu ölkələrdə fəaliyyət göstərən kiçik və orta sahibkarlıq müəssisələrinin (KOB-lar) ehtiyaclarına uyğunlaşdırılmış istifadəsi asan, veb əsaslı kurslar təşkil olunur.
Daha çox oxu -
26/02/2024
Avropa Süni İntellekt İdarəsi Ümumi məqsədli süni intellektə (GPAİ) nəzarət edəcək
24 yanvar 2024-cü il tarixində Avropa Komissiyası tərəfindən Süni İntellekt İdarəsi yaradılıb. Süni İntellekt İdarəsi Ümumi məqsədli Süni İntellekt (GPAİ) model və sistemlərinin istifadəsinə nəzarət edəcək.
Daha çox oxu -
24/02/2024
Moldova 7,5 milyard avro büdcəyə malik Rəqəmsal Avropa proqramına qoşulur
Moldovanın Rəqəmsal Avropa proqramına qoşulması müəssisələrə və dövlət orqanlarına 2021-2027-ci illər üzrə büdcəsi 7,5 milyard avro təşkil edən rəqəmsallaşma layihələri üçün Aİ-nin maliyyə yardımına müraciət etmək imkanı verəcək.
Daha çox oxu -
20/02/2024
Yeni hesabat: EU4Digital proqramının tövsiyələri DESİ-nin Şərq Tərəfdaşlığı ölkələrində tətbiqini dəstəkləyir
EU4Digital proqramı Rəqəmsal İqtisadiyyat və Cəmiyyət İndeksinin (DESI) Aİ metodologiyalarına uyğun olaraq məlumatların toplanmasının tətbiqini dəstəkləmək üçün “DESI göstəricilərinin Şərq Tərəfdaşlığı ölkələrində tətbiqinə dair tövsiyələr” adlı hesabat dərc edib.
Daha çox oxu -
06/01/2024
Gənclər üçün iştirak imkanı! Avropa Təlim Fondunun #MySkills4You kampaniyası start götürüb
Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin gənc vətəndaşları Avropa Təlim Fondunun 4 dekabr 2023-cü il tarixində start verilən #MySkills4You rəqəmsal bacarıqlar təşəbbüsünə töhfə verməyə dəvətlidirlər.
Daha çox oxu -
03/01/2024
Rəqəmsal iqtisadiyyatın gələcəyinin formalaşdırılmasına həsr olunmuş “UNCTAD eWeek” keçirilib
4-8 dekabr tarixlərində keçirilən UNCTAD eWeek 2023 həftəsinə qatılan 3 500-dən artıq iştirakçı rəqəmsal imkanları ortaq dayanıqlı inkişaf nailiyyətlərinə çevirmək yollarını müzakirə ediblər.
Daha çox oxu