-
30/04/2024
EU4Digital Şərq Tərəfdaşlığındakı innovasiya klasterləri üçün ilk təlim təşkil edib
Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində fəaliyyət göstərən 70 innovasiya klasteri yə yeni yaranan klaster idarəetmə təşkilatlarından 85-ə yaxın nümayəndə 18 aprel 2024-cü il tarixində EU4Digital proqramının potensialın artırılması və şəbəkələrin qurulmasına dair tədbirində iştirak edib. EU4Digital proqramının İKT və innovasiyalar şəbəkəsi sözügedən proqramın aprel ayında icrasına başladığı innovasiya klasterlərinə dəstək ilə bağlı yeni fəaliyyətləri çərçivəsində təşkil edilən xüsusi təlimə Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan iştirakçılar qatılıb.
Daha çox oxu -
08/04/2024
EU4Digital proqramı innovasiya klasterlərinin qiymətləndirilməsi və təlim üçün qeydiyyata başlayıb
Şərq Tərəfdaşlığı ölkəsində innovasiya klasterlərini idarə edən və ya sektoral və ya texnoloji müəssisələr və təhsil ocaqları arasında əməkdaşlıq təşəbbüslərini koordinasiya edən təşkilatın icraçı direktorusunuz? Klaster və ya potensial klasteri təmsil edirsinizsə, EU4Digital sizi pulsuz sertifikatlı onlayn təlim və qiymətləndirmədə iştirak etməyə dəvət edir. Qeydiyyat üçün son tarix 17 aprel 2024-cü ildir.
Daha çox oxu -
08/04/2024
EU4Digital layihəsinin yeni fəaliyyəti Şərq Tərəfdaşlığında innovasiya klasterlərini dəstəkləyir
EU4Digital proqramı Şərq Tərəfdaşlığı (ŞT) regionunda innovasiya klasterlərini dəstəkləmək üçün yeni fəaliyyət proqramının icrasına başlayıb. Startaplar, kiçik və orta sahibkarlıq müəssisələri (KOB-lar), elmi-tədqiqat təşkilatları, qeyri-kommersiya təşkilatları və digər əlaqəli iqtisadi tərəflərdən ibarət bu koalisiyalar vasitəsilə innovasiyaları stimullaşdırmaq, bilikləri bölüşmək və əməkdaşlığı dəstəkləmək, eləcə də texnoloji və iqtisadi inkişafı təşviq etmək nəzərdə tutulur. EU4Digital proqramının innovasiya klasterlərinin dəstəklənməsinə yönəlmiş yeni fəaliyyəti, proqramın regional rəqəmsal bazarların uyğunlaşdırılması üzrə daha geniş məqsədlərinə uyğun olaraq Şərq Tərəfdaşlığı və Aİ ölkələrinin startap ekosistemlərini əlaqələndirən İKT və innovasiyaları tematik sahəsi çərçivəsində həyata keçirilir.
Daha çox oxu -
26/02/2024
Avropa Süni İntellekt İdarəsi Ümumi məqsədli süni intellektə (GPAİ) nəzarət edəcək
24 yanvar 2024-cü il tarixində Avropa Komissiyası tərəfindən Süni İntellekt İdarəsi yaradılıb. Süni İntellekt İdarəsi Ümumi məqsədli Süni İntellekt (GPAİ) model və sistemlərinin istifadəsinə nəzarət edəcək.
Daha çox oxu -
24/02/2024
Moldova 7,5 milyard avro büdcəyə malik Rəqəmsal Avropa proqramına qoşulur
Moldovanın Rəqəmsal Avropa proqramına qoşulması müəssisələrə və dövlət orqanlarına 2021-2027-ci illər üzrə büdcəsi 7,5 milyard avro təşkil edən rəqəmsallaşma layihələri üçün Aİ-nin maliyyə yardımına müraciət etmək imkanı verəcək.
Daha çox oxu -
20/02/2024
İlk INATBA “‘Blockchain Horizons” akademik və elmi-tədqiqat forumu üçün qeydiyyatdan keçin
Beynəlxalq Etibarlı Blokçeyn Tətbiqləri Assosiasiyası (INATBA) tərəfindən keçiriləcək Blokçeyn Horizons adlı akademik və elmi-tədqiqat forumu üçün qeydiyyata start verilib. Tədbirin 22 may 2024-cü il tarixində Almaniyanın Darmştadt şəhərində keçirilməsi planlaşdırılır. Elmi-tədqiqat işlərinin qəbulu üçün son tarix 28 fevraldır.
Daha çox oxu -
03/01/2024
Rəqəmsal iqtisadiyyatın gələcəyinin formalaşdırılmasına həsr olunmuş “UNCTAD eWeek” keçirilib
4-8 dekabr tarixlərində keçirilən UNCTAD eWeek 2023 həftəsinə qatılan 3 500-dən artıq iştirakçı rəqəmsal imkanları ortaq dayanıqlı inkişaf nailiyyətlərinə çevirmək yollarını müzakirə ediblər.
Daha çox oxu -
28/12/2023
Avropa İttifaqı Şurası Ukrayna və Moldova ilə ittifaqa üzvlüyə dair danışıqlara başlamaq, Gürcüstana isə namizəd ölkə statusu vermək qərarına gəlib
14-15 dekabr 2023-cü il tarixində Avropa İttifaqı Şurası Ukrayna və Moldova ilə ittifaqa üzvlüyə dair danışıqlara başlamaq haqqında qərar qəbul edib. Bu, daima Avropaya mənsub olduğunu nümayiş etdirməyə çalışan hər iki ölkənin vətəndaşları üçün mühüm hadisədir. Aİ liderləri həmçinin Gürcüstana namizəd ölkə statusunu vermək qərarına gəliblər.
Daha çox oxu -
08/12/2023
EU4Digital Şərq Tərəfdaşlığında startap ekosistemi haqqında hesabat dərc edib
EU4Digital proqramı Şərq Tərəfdaşlığında (ŞT) startap ekosisteminin qurulması və qiymətləndirilməsinə dair hesabatını dərc edib. EU4Digital proqramının İKT və innovasiyalar şəbəkəsinin fəaliyyətləri çərçivəsində hazırlanan hesabatda yüksək fəaliyyət göstəricilərinə malik inkubasiya konsepsiyası müəyyənləşdirilib, o cümlədən Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna kimi tərəfdaş ölkələrdə mövcud vəziyyətin təhlili və əlaqəli dəstək proqramlarının hazırlanmasına dair tövsiyələr təqdim olunub. Hesabat onlayn olaraq mövcuddur.
Daha çox oxu