Rəqəmsal sahənin gələcəyi: #stayhome dövründə Aİ-nin “CONNECT” Universitetinin pulsuz sessiyalarını izləyin

  • Tarix: 26/03/20
  • Paylaş:

Rəqəmsal texnologiyalar haqqında biliklərinizi artırmaq üçün #stayhome ərzində Aİ-nin CONNECT” Universitetinin pulsuz dərslərindən yararlanın.

CONNECT Universitetinin pulsuz sessiyalarının siyahısına buradan baxın. Kibertəhlükəsizlik, dezinformasiya, süni intellekt, Əşyaların interneti, virtual reallıq, dairəvi iqtisadiyyat və iqlim dəyişikliyi kimi müxtəlif mövzularda mütəxəssislərin mühazirələrinə qulaq asın.

CONNECT Universiteti, rəqəmsal texnologiyaların gələcəyini və bütün rəqəmsal sahələrdə mövcud siyasətləri araşdırmaq istiqamətində çalışır. Onun məqsədi Aİ-nin bütöv təşkilati ekosistemi, eləcə də təhsil qurumları və tədqiqatçılar ilə birgə gələcəyə baxışın və məzmunun hazırlanması və tətbiq edilməsidir.