Evdə işləyənlər üçün kibertəhlükəsizliyə dair məsləhətlər

  • Tarix: 24/03/20
  • Paylaş:

Aİ-nin Kibertəhlükəsizlik üzrə agentliyi (ENISA) Covid-19 virusunun yayıldığı bir dövrdə evdə çalışmağa dair ən tanınmış məsləhətlərini paylaşıb.

Covid-19 virusunun yayılmasına qarşı əsas qabaqlayıcı tədbirlər sosial məsafənin saxlanılmasıdır. Əlaqələrin getdikcə artdığı bir dövrdə bir çox insan peşəkar fəaliyyətlərini və şəxsi həyatlarını virtual formada həyata keçirə bilər. Buna baxmayaraq, ENİSA məsafədən işləyən insanların sayında kütləvi artımı nəzərə alaraq kiberməkanın qorunmasına diqqətin vacib olduğunu vurğulayır.

Məsləhətlərdə əməkdaşlar və işçi heyəti üçün ətraflı tövsiyələr, o cümlədən COVID-19 virusu ilə əlaqədar fişinq təhlükəsi haqqında xəbərdarlıqlar da yer almışdır.

Məsləhətlərin tam siyahısını buradan oxuyun