EU4Digital təşəbbüsünün Elektron səhiyyə şəbəkəsi tibbi diaqnostik təsvirlərin daha təkmilləşdirilmiş təhlili mövzusunda tədbir keçirəcək
Tarix:
05/03/21
Gələcək fəaliyyətləri müzakirə etmək və tibbi diaqnostik təsvirlər və diaqnostikanın intellektual avtomatlaşdırılması sahəsində çalışan bir neçə seçilmiş məruzəçini dinləmək üçün mart ayının 5-də EU4Digital təşəbbüsünün Elektron səhiyyə şəbəkəsi altı Şərqi tərəfdaşlıq ölkəsindən elektron səhiyyə şəbəkəsinin üzvlərinin iştirakı ilə virtual tədbir təşkil edir.
Tədbirin ilk hissəsində EU4Digital təşəbbüsünün Elektron səhiyyə şəbəkəsi tərəfindən gələcək tədbirlər haqqında qısa məlumat veriləcək. Bu müzakirələrdən sonra EU4Digital təşəbbüsünün “EaP Connect” layihəsinin nümayəndələri tərəfindən elektron səhiyyə sahəsində görülən işlərə həsr olunan qısa təqdimatlar təqdim olunacaq.
Tədbirin ikinci hissəsində isə “tibbi diaqnosik təsvirlərin və diaqnostikanın intellektual avtomatlaşdırılması” mövzusunda iki qonaq məruzəçi təqdimatla çıxış edəcək.
Moldova Tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyasının nümayəndəsi Cənab Aleksandr Qolubev “DİCOM (Tibbdə rəqəmsal təsvirlərin çəkilməsi və rabitə) şəbəkə tətbiqinin qurulması üçün NREN (milli tədqiqat və təhsil şəbəkələri) infrastrukturunun cəld adaptasiyası” mövzusunda təqdimatla çıxış edəcək.
Belarus Milli Elmlər Akademiyasının nümayəndəsi tibb elmləri doktoru Vassili Kovalyov “Tibbi diaqnostik təsvirlərin təhlilində süni intellekt əsaslı hesablama veb xidmətlər” haqqında məruzə ilə çıxış edəcək.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.