Şərq Tərəfdaşlığı ölkələrində elektron səhiyyə sahəsində qarşılıqlı fəaliyyət istiqamətində görülən işlər müzakirə olunub
Tarix:
29/06/21
Gələcək fəaliyyətləri və Şərq Tərəfdaşlığı ölkələrində elektron səhiyyə sahəsində qarşılıqlı fəaliyyət istiqamətində görülən işləri müzakirə etmək üçün iyunun 29-da EU4Digital proqramının Elektron səhiyyə şəbəkəsi altı Şərqi tərəfdaşlıq ölkəsindən elektron səhiyyə şəbəkəsinin üzvlərinin iştirakı ilə virtual tədbir təşkil edir.
Tədbirdə Avropa Komissiyasının nümayəndələri Aİ regionunda elektron səhiyyə sahəsindəki son yeniliklər haqqında tədbir iştirakçılarına məlumat verəcək, eyni zamanda İspaniya (Kataloniya) və Portuqaliyadan olan natiqlər öz ölkələrində elektron səhiyyədə qarşılıqlı fəaliyyət sahəsində görülən işlərə toxunacaqlar.
Tədbirin ilk hissəsində EU4Digital təşəbbüsünün Elektron səhiyyə şəbəkəsi tərəfindən gələcək tədbirlər haqqında qısa məlumat veriləcək. Müzakirələrin ardınca Avropa Komissiyasının nümayəndəsi tərəfindən Aİ-nin səhiyyə üzrə məlumatlar məkanına dair strategiyası, yeni nəsil Avropa Elektron sağlamlıq kartları mübadiləsi formatı (EHRxF) və Aİ-nin elektron səhiyyə sahəsindəki digər mühüm yeniliklər, eləcə də İspaniya və Portuqaliya üzrə ölkə səviyyəli gələcək planlar barədə məlumat veriləcək.
Tədbirin sonunda hər bir Şərq Tərəfdaşlığı ölkəsini təmsil edən Elektron səhiyyə şəbəkəsinin nümayəndəsi öz ölkəsində elektron səhiyyə sahəsində qarşılıqlı fəaliyyət istiqamətində görülən işlərdən danışacaqlar.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.