Şərq Tərəfdaşlığı Sammitində qəbul olunan bəyannamədə rəqəmsal transformasiyanın əhəmiyyəti vurğulanıb
Tarix: 16/12/21
2021-ci il dekabrın 15-də Brüsseldə keçirilən Şərq Tərəfaşlığı Sammitində Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynanın dövlət və ya hökumət başçıları, Avropa İttifaqının nümayəndələri və ittifaqa üzv olan ölkələrin dövlət və ya hökumət başçıları arasında görüş keçirilib.
Sammit zamanı liderlər daha əvvəl keçirilən sammitlərdə üzərlərinə götürdükləri öhdəlikləri və ikitərəfli razılaşmaları bir daha təsdiqləyərək onların gələcəkdə icrasına dair qətiyyət ifadə ediblər. “Bu yolda iddialı islahat proqramımız və artan əməkdaşlığımız tərəqqi və dəstək üçün zəruri şərt olaraq qalır: rifahın artırılması və regionda, xüsusən də COVID-19 pandemiyası kontekstində sülhün, sabitliyin, dözümlülüyün və möhkəmliyin gücləndirilməsi”- bəyanammədə belə deyilir.
Sənəddə rəqəmsal transformasiyanın əhəmiyyəti və Aİ-nin bu sahədə üzərinə götürdüyü öhdəliklər vurğulanır: “Biz rəqəmsal infrastruktura və elektron idarəçiliyə investisiyalar yatırmaqla, rəqəmsal transformasiyanı sürətləndirməyi planlaşdırırıq. Regional rouminq razılaşmasına əsaslanaraq biz Aİ və Şərq Tərəfaşlığı ölkələri arasında rouminq tariflərinin iqtisadi cəhətdən davamlı azaldılması daxil olmaqla, vahid beynəlxalq rouminq məkanının mümkünlüyünü tədqiq etməyə davam edəcəyik”.
Bəyannamədə 2020-ci ildən sonra Şərq Tərəfdaşlığı üzrə prioritetlərdə qarşıya qoyulan məqsədlər təsdiq olunaraq davamlı rəqəmsal transformasiya üzrə əsas sahələr yer alıb. Buraya etibarlı elektron kommunikasiya infrastrukturlarının gücləndirilməsi, dövlət orqanlarının və özəl sektoru təmsil edən qurumların daha da rəqəmsallaşdırılması, rəqəmsal innovasiyaların və rəqəmsal bacarıqların təşviqinə investisiyaların yatırılması daxildir.
Bəyənnamədə həmçinin aşağıdakı hədəflər qarşıya qoyulub: ev təsərrüfatlarının 80%-nin əlverişli qiymətə yüksək sürətli internetə çıxışı olmalı və ŞT ölkələrində dövlət xidmətlərinin 80%-i qarşılıqlı fəaliyyət üzrə platformalar vasitəsilə onlayn formatda əlçatan olmalıdır. Digər hədəflər arasında dörd tərəfdaş ölkə və Aİ arasında qarşılıqlı tanınan rəqəmsal imzalar, eləcə də rəqəmsal təhsil platformasının yaradılması vasitəsilə bir milyon Şərq Tərəfdaşlığı vətəndaşının rəqəmsal texnologiyalar sahəsində səlahiyyətlənməsi daxildir.
Sənəddə həmçinin Regional Rouminq Razılaşmasının (RRA) və Radiotezlik spektri üzrə regional razılaşmasının (RSA) tətbiqinə dəstək ifadə olunur: “tərəfdaş ölkələr arasında və mümkün olduqda Aİ ilə rouminq və radiotezlik spektri üzrə razılaşmaların həyata keçirilməsinə dəstək veriləcək”. Sənəddə həmçinin qeyd olunur ki, beynəlxalq rouminq üçün pərakəndə satış qiymətləri əhəmiyyətli dərəcədə aşağı salınacaq və 5G şəbəkələrinin Aİ-nin əlaqələndirilmiş yanaşmasına uyğunlaşdırılması sayəsində təhlükəsizliyi təmin ediləcək.
Elektron ticarət ilə bağlı bəyannamədə deyilir ki, Aİ ilə transsərhəd elektron ticarətin həcmi əhəmiyyətli dərəcədə artırılacaq və dörd rəqəmsal nəqliyyat dəhlizi yaradılacaq.
Yüksək fəaliyyət göstəricilərinə malik rəqəmsal startapları dəstəkləmək üçün əhəmiyyətli investisiyalar yatırılacaq.
Bəyannamədə regionda kiberdayanıqlığı və kibertəhlükəsizliyi, təşkilati, siyasi və qanunvericilik bazalarını gücləndirmək planına da toxunulub.
Sammit iştirakçıları 2023-cü ildə keçiriləcək növbəti Şərq Tərəfdaşlığı Sammitini səbirsizliklə gözlədiklərini və “bu sammitin yeni nəslin prioritetləri və qarşıda duran vəzifələrinin həyata keçirilməsini qiymətləndirmək və nəzərdən keçirmək üçün ilk mərhələ olacağını” vurğulayıblar.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.