EU4Digital Şərq Tərəfdaşlığında startap ekosistemi haqqında hesabat dərc edib
Tarix: 08/12/23
EU4Digital proqramı Şərq Tərəfdaşlığında (ŞT) startap ekosisteminin qurulması və qiymətləndirilməsinə dair hesabatını dərc edib. Proqramın İKT və innovasiyalar şəbəkəsinin fəaliyyətləri çərçivəsində hazırlanan hesabatda yüksək fəaliyyət göstəricilərinə malik inkubasiya konsepsiyası müəyyənləşdirilib, o cümlədən Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna kimi tərəfdaş ölkələrdə mövcud vəziyyətin təhlili və əlaqəli dəstək proqramlarının hazırlanmasına dair tövsiyələr təqdim olunub. Hesabata buradan baxmaq olar.
ŞT ölkələrində startap ekosisteminin tədqiqi bir qrup ekspert tərəfindən həyata keçirilib. Sənəd ekosistemin qurulması və inkubasiya fəaliyyətlərini həyata keçirən təşkilatlar kimi ölkə səviyyəli maraqlı tərəflər ilə çoxlu sayda məsləhətləşmələrdən sonra hazırlanıb. Bundan əlavə, hesabatın hazırlanması zamanı milli maraqlı tərəflərin daha geniş icması – dövlət qurumları, investorlar, iri korporasiyalar, təhsil müəssisələri, beynəlxalq donorlar kimi 100-dən artıq yerli və beynəlxalq maraqlı tərəflə regionun startap ekosisteminin qurulmasının əhəmiyyətinə həsr olunmuş məlumatlandırma xarakterli tədbir təşkil olunub.
Yüksək fəaliyyət göstəricilərinə malik innovasiya və startap ekosistemləri innovativ sahibkarlıq müəssisələrinin fəaliyyətdə olduğu dövrün bütün mərhələlərində onların inkişafını dəstəkləyir. Tədqiqat nəticəsində məlum olub ki, Şərq Tərəfdaşlığı ölkələrində startap ekosistemi son illərdə inkişaf edir, lakin digər ölkələrdəki daha yetkin ekosistemlərlə müqayisədə hələ də inkişafın erkən mərhələsindədir.
54%
inkişaf tempində artım 2021-2023-cü illərdə ŞT inkubatorlarında yaranan yeni startapların sayında
70%
daha aşağı konversiya tempi ŞT startaplarının Mərkəzi və Şərqi Avropada ölkələrindəkilər ilə müqayisədə
8,6%
inkubasiya olunan ŞT startapları ilkin maliyyələşmə mərhələsinə çatıb və əhəmiyyətli dərəcədə qazanc gətirib (seçilmiş Mərkəzi və Şərqi Avropa ölkələrində qeydə alınan 12.5% ilə müqayisədə)
Şərq Tərəfdaşlığı (ŞT) regionunda innovasiyalar və startap inkubatorları ekosisteminin fəaliyyətinin və inkişafının gücləndirilməsi üçün EU4Digital proqramının hesabatında irəli sürülən tədbirlərlə dəstəklənən səkkiz tövsiyə yer alır. Bu tövsiyələr aşağıdakı sahələri əhatə edir:
tənzimləyicilər və donorlar – potensialın artırılması, donor agentlikləri və dövlət qurumları ilə əməkdaşlıq və rifahı təmin edən qurumların dəstəyinin artırılması vasitəsilə ekosistem qurucularının səlahiyyətlərinin artırılması diqqət mərkəzində;
ekosistem qurucuları – sahibkarlara bilik, kapital, bazar və resurslar təqdim etməklə, yüksək inkişaf potensialına malik startapların yaradılmasında inkubatorların təsirini artırmaq üçün onların səlahiyyətləndirilməsi diqqət mərkəzində.
Məqsəd müsbət dəyişiklik əldə etməkdir
Müsbət təsirin maksimum səviyyəyə çatdırılması üçün hesabatda qeyd olunan tövsiyələrlə yanaşı, inkubasiya ilə bağlı səylərin gücləndirilməsinə diqqət yetirməklə hərtərəfli regional proqram işlənib hazırlanmalıdır. Şərq Tərəfdaşlığı ölkələrində oxşar boşluq və tələblər olduğundan, əlaqələndirilmiş səylər resursların daha səmərəli bölüşdürülməsini təmin edəcək və qabqcıl təcrübələrin mübadiləsini asanlaşdıracaq. Belə bir proqram həm dövlət, həm də özəl sektordan olan maraqlı tərəflər tərəfindən dəstəklənə bilər. Onlar canlı regional startap ekosisteminin yaradılması və dəstəklənməsi üçün birlikdə çalışa bilərlər.
EU4Digital proqramı Aİ-nin qabaqcıl təcrübələri, prinsip və standartlarına əsaslanaraq Avropa İttifaqının ŞT və Aİ ölkələrinin innovasiya və startap ekosistemlərini əlaqələndirmək və istənilən boşluqları aradan qaldırmaq məqsədinə sadiq qalaraq bu cür fəaliyyətləri dəstəkləməyə davam edəcək. Tədqiqat 2020-ci ildən sonra Şərq Tərəfdaşlığı üzrə uzunmüddətli siyasət məqsədlərinə uyğun olaraq həyata keçirilib və sənəddə Avropa Komissiyası regionda yüksək innovativ rəqəmsal startapların artırılmasına dəstək planını açıqlayır.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.