SKYE Net – Gənclərin səlahiyyətləndirilməsi naminə bilik və bacarıqlar şəbəkəsi layihəsi gənclərin sahibkarlıq və karyera idarəçiliyi sahəsində bacarıqlarını inkişaf etdirməklə onların həm demokratik, həm də iqtisadi həyatda fəal iştirakını təşviq edir. Layihədə aztəminatlı ailələrdən olan gənclərə, o cümlədən icma səviyyəsində problemlərin həllinə çalışan və Ermənistan, Gürcüstan və Moldovada rəqəmsal və yaşıl iqtisadiyyata keçidə əhəmiyyət verən gənclərin rəhbərlik etdiyi sosial müəssisələrin dəstəklənməsinə xüsusi diqqət yetirilir.
Platformaya adı çəkilən üç ölkədən müvafiq özəl və dövlət qurumları, təhsil müəssisələri və gənclər təşkilatları cəlb ediləcək.
Məqsədlər
Layihənin ümumi məqsədi Ermənistan, Gürcüstan və Moldovada gənclər üçün sahibkarlıq və karyeranın idarə edilməsi sahəsində uğurlu nəticələr verən təcrübələr yaratmaq, eləcə də sosial biznes imkanlarını gücləndirməkdir. Bu məqsədlərə aşağıdakı konkret fəaliyyətlərlə nail olunacaq:
- Ermənistan, Gürcüstan və Moldovada dəyişiklik yaradan gənclər öz təsirli ideyalarını dayanıqlı sosial biznesə çevirmək üçün geniş imkanlara malikdirlər.
- Yaşıl və rəqəmsal iqtisadiyyatları ön plana çəkməklə gənclər tərəfindən idarə olunan sosial sahibkarlıq sahəsini sosial müəssisə biznes modellərinin inkişafı, transsərhəd şəbəkələrin qurulması və təkmilləşdirilmiş biznes mühiti vasitəsilə sürətləndirilir.
Gözlənilən nəticələr
- Hədəf yerlərdə 300-dən artıq gənc sosial sahibkarlığın mahiyyəti, məqsədləri və uğurlu nəticələri ilə tanış olub və gənclər layihədə iştiraka cəlb olunurlar.
- 180 gənc sahibkarlıq bacarıqlarını inkişaf etdirir və ideyalarının təbliğatını necə aparmağı öyrənir; iştirakçıların azı 70%-i biznes-təlimçi/kouçun rəhbərliyi altında biznes modelləri hazırlayır.
- 30 ən yüksək nəticə verən sosial müəssisə (SE) biznes modeli sub-qrantlarla dəstəklənir.
- Sosial sahibkarlığa dair kitabça hazırlanıb.
- Moldovada 5, Ermənistanda 10, Gürcüstanda 10 olmaqla, ümumilikdə 25 SKYE gənclərin səlahiyyətləndirilməsi klublarının yaradılması.
İcraçı tərəfdaşlar
World Vision Armenia Uşaqların Müdafiəsi Fondu (WVA CPF), IRIS Biznes İnkubatoru Fondu (IRIS BI) (Ermənistanda yerləşir), World Vision Gürcüstan Fondu (WVGF) və MilleniuM (MM) Təlim və inkişaf institutu (Moldovada yerləşir).