Pandemiya ilə mübarizədə səhiyyə sahəsi üzrə rəqəmsal texnologiyalar
Tarix: 24/11/20
Avropa İttifaqı səhiyyə işçilərini qorumaq, COVID-19 virusunu tez bir zamanda aşkar etmək və yayılmasının qarşısını almaq, reanimasiya tədbirlərini yaxşılaşdırmaq və yeni texnoloji həllər təqdim etmək üçün rəqəmsal alətlərə və süni intellektə əsaslanan innovativ yanaşmaların tətbiq olunduğu 13 layihəyə maliyyə dəstəyi göstərir. Bu layihələrin hamısı COVID-19 pandemiyasına qarşı mübarizə işinə töhfə vermək məqsədi daşıyır.
COVID-19 pandemiyası yüksək keyfiyyətli məlumatlar, rəqəmsal texnologiyalar və süni intellekt analitikası alətlərinə ehtiyacı ön plana çəkib. Bu texnologiyalar Aİ-nin insanların sağlamlığına gözlənilməz və kəskin təhlükə yaradan bu virus ilə mübarizəsinin əsas hissəsini təşkil edir.
İctimai səhiyyə sahəsində hazırlığı və mübarizəni gücləndirmək və daha yaxşı profilaktika və optimallaşdırılmış müalicə üzrə yetkin rəqəmsal səhiyyə texnologiyalarının hazırlanması və tətbiqini sürətləndirmək məqsədilə Avropa Komissiyası COVID-19 virusu ilə mübarizədə “H2020 Societal Challenge 1” çərçivəsində müraciətlərin qəbuluna başlamışdır.
Növbəti 24 ay ərzində ümumilikdə 55.2 milyon avro həcmində büdcəyə malik seçilmiş 13 layihə dörd köməkçi sahə üzrə texnoloji həllər hazırlamalıdır:
COVID-19 virusu ilə mübarizədə reanimasiya şöbəsində müalicəyə kömək etmək üçün məsafədən səhiyyədən istifadə
COVID-19 virusunun daha sürətli, ucuz və asan təyin edilməsi üçün yeni cihaz və vasitələrin çatdırılması
Xəstələrin təhlükəsiz diaqnostikası və nəzarəti, eləcə də səhiyyə sistemlərindəki yükün azaldılması üçün məsafədən səhiyyə və süni intellektdən istifadə
Yeni texnologiyalar vasitəsilə səhiyyə işçilərinin qorunması
Planlaşdırılan ilk prototiplərin yaxın 6-12 ay ərzində istifadəyə verilməsi gözlənilir.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.