İnternetin və rəqəmsal texnologiyaların dünyanı dəyişdiyi bir dövrdə Avropa Komissiyasının 6 siyasət prioritetindən biri rəqəmsal əsrə uyğun olan bir Avropanın formalaşdırılmasıdır və bu prioritet yeni nəsil texnologiyalar vasitəsilə insanların səlahiyyətləndirilməsinə yönəlmişdir.
Avropa İttifaqının vahid bazarının rəqəmsal əsrin tələblərinə uyğun olması üçün lazımsız hüquqi-normativ maneələri aradan qaldırmaq və fərdi milli bazarlardan bütöv Aİ regionunu əhatə edən vahid qaydalara keçmək tələb olunur.
Bu tədbirlərin köməyilə Aİ-də iqtisadiyyatın inkişafına, yeni iş yerlərinin yaradılmasına, rəqabətin, investisiyaların və innovasiyaların gücləndirilməsinə 415 milyard avro ayırmaq olar.
Aİ-nin Vahid Rəqəmsal Bazar Strategiyası üç istiqamət üzərində qurulmuşdur:
- Çıxış: Avropa boyunca istehlakçıların və müəssisələrin rəqəmsal məhsullara və xidmətlərə çıxışının yaxşılaşdırılması;
- İnfrastruktur: rəqəmsal şəbəkələr və innovativ xidmətlərin inkişafı üçün düzgün və bərabər şəraitin yaradılması;
- İqtisadiyyat və cəmiyyət: rəqəmsal iqtisadiyyatın inkişaf potensialının maksimuma çatdırılması.