Oktyabrın 8-də EU4Digital təşəbbüsü Koordinasiya Komitəsinin ikinci illik iclası (5-9 oktyabr tarixləri arası) çərçivəsində keçirilən yüksək səviyyəli görüş zamanı EU4Digital proqramının Elektron səhiyyə tematik istiqaməti üzrə əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr təqdim olunub.
Giriş sözü ilə çıxış edən EU4Digital təşəbbüsünün qrup rəhbəri Artur Piliponis Şərqi tərəfdaşlıq ölkələrini təmsil edən nazirlər, Aİ Nümayəndəlikləri və Aİ təsisatlarının nümayəndələri daxil olmaqla, 60-dan çox iştirakçını salamlayıb.
Elektron səhiyyə istiqamətinin nümayəndələri, elektron səhiyyə sahəsində uzlaşdırılma və uyğunlaşdırılma üzrə təlimatların hazırlanması, elektron səhiyyə rabitə portalı və əməkdaşlıq platformasının istifadəyə verilməsi və regionda elektron səhiyyə üzrə qabaqcıl təcrübələrin mübadiləsində davamlı dəstək və irəliləyiş, o cümlədən Şərqi tərəfdaşlıq ölkələrinin AHA üzrə EİP layihəsinə cəlb olunması daxil olmaqla, bir neçə sahədə irəliləyişlərindən bəhs olunub.
İclas zamanı EU4Digital Proqramının nümayəndələri, 2021-ci ildən sonra elektron səhiyyə sahələrində mümkün təkmilləşdirilmələr barədə fikir mübadiləsi aparıblar.
- Elektron səhiyyə üzrə strategiyaların formalaşdırılması
- Elektron səhiyyə üzrə məlumat məkanı konsepsiyasının pilot lahiyə şəklində həyata keçirilməsi/COVID-19-a qarşı yönəlmiş fəaliyyət
- ŞT ölkələrində elektron resept layihəsinin pilot layihə şəklində tətbiqi (2025)
- İstinad saytlarının yaradılması və tvinninq proqramlarının əsaslandırılması
- Elektron səhiyyə üzrə məlumatların qorunması və kiberdayanıqlıq qabiliyyətlərinin artırılması.
Tədbir, müzakirə və sual-cavab ilə davam edib. Elektron səhiyyə şəbəkəsinin Gürcüstandan olan nümayəndəsi Eka Kubusidze regiondakı xidmətlərin Avropa ilə uyğunlaşdırılmasının əhəmiyyətindan danışıb. O, tərəfdaş ölkələrin elektron səhiyyə üzrə Aİ ilə bölüşmək istədikləri təcrübələrə sahib olduğunu dilə gətirib. Sonra rranssərhəd uyğunlaşdırılmanı əldə etmək üçün hər bir tərəfdaş ölkədə görülə biləcək növbəti tədbirlər haqqında sorğu keçirilib. EU4Digital proqramının qrup lideri Artur Piliponis tərəfdaş ölkələr üçün üç əsas gələcək tədbiri təyin edib:
- Elektron səhiyyə sahəsində transsərhəd uyğunlaşdırılma məsələsini prioritet etmək lazımdır;
- Milli səviyyədə elektron səhiyyə üzrə strategiyalar qəbul etmək;
- ŞT ölkələri və Aİ arasında transsərhəd elektron səhiyyə xidmətləri göstərmək üçün təşəbbüslər və pilot layihələrin həyata keçirilməsi.
EU4Digital proqramı, EU4Digital təşəbbüsünün Koordinasiya komitəsinin ikinci iclasını proqram çərçivəsində əldə olunan nəticələrin nəzərdən keçirilməsi, həmçinin Şərq Tərəfdaşlığının rəqəmsal sektorda gələcək prioritetlərini müzakirə etmək üçün bir sıra virtual sessiyalar şəklində təşkil etmişdir.