EU4Digital Aİ və ŞT-də elektron kommersiya sahəsinə dair hesabat hazırlayıb
Tarix: 08/09/23
EU4Digital proqramı Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində elektron kommersiya sahəsi üzrə Aİ-nin əsas parametrlərini əks etdirən yenilənmiş hesabatını dərc edib. Hesabatda Avropa İttifaqında transsərhəd elektron kommersiya sahəsinin vəziyyəti haqqında ümumi məlumat verilir, o cümlədən Şərq Tərəfdaşlığı ölkələrində transsərhəd elektron kommersiyanın qiymətləndirilməsi məqsədilə etalon olaraq Aİ-nin qabaqcıl təcrübə və normaları təqdim olunub. Hesabatda üç əsas sahə təhlil edir: qanunvericilik bazası, standartlar və elektron kommersiya ekosistemi.
Sözügedən hesabat EU4Digital proqramının Elektron ticarət tematik sahəsinin Elektron kommersiya sürətləndiricisi üzrə fəaliyyətləri çərçivəsində hazırlanıb. Bu fəaliyyətlərin məqsədi Şərq Tərəfdaşlığı ölkələri və Aİ arasında transsərhəd elektron kommersiya sahəsinin uyğunlaşdırılmasıdır. Aİ-nin elektron kommersiya sahəsindəki baza parametrlərinə dair yenilənmiş hesabat transsərhəd elektron kommersiyanın uyğunlaşdırılmasında mühüm rol oynayan əsas cəhətləri müəyyən edir:
Qanunvericilik sahəsi: istehlakçının hüquqlarının və məlumatlarının qorunması, bağlamaların çatdırılması, Ümumdünya Poçt İttifaqının öhdəliklərinə riayət edilməsi, şəbəkə və informasiya sistemlərinin təhlükəsizliyi, geo-bloklama, onlayn vasitəçilərin məsuliyyəti və digər sahələr.
Standartlar sahəsi: Avropa Standartlaşdırma Komitəsi (CEN) tərəfindən təmin edilən Avropa standartlarının yaradılması, xidmətlərin keyfiyyəti, uyğunlaşdırılma, qabaqcıl elektron məlumatlar və məhsullarla bağlı rəqəmsal gömrük bəyannamələri. Hesabata həmçinin CEN və ÜPİ standartları arasında uyğunlaşdırılmanın əsas cəhətləri daxildir.
Elektron kommersiya ekosistemi sahəsi: transsərhəd təchizat zənciri, elektron kommersiya satış platformaları, vergitutma, ödənişlər, logistika.
Yenilənmiş hesabatda sözügedən sahədəki aşağıdakı son yeniliklər əks olunub:
Rəqəmsal Xidmət Aktı – 2023-cü ilin iyun ayından onlayn platformalara şamil edilir. Buraya internetdə qeyri-qanuni məzmunun aşkarlanması və aradan qaldırılması üçün qanuni tələblər, eləcə də şəffaflıq, hesabatlılıq və biznesdən biznesə (B2B) və biznesdən müştəriyə (B2C) satış platformaları üzrə öhdəliklər daxildir.
Rəqəmsal Bazarlar Aktı – 2023-cü ilin may ayından tətbiq edilir. Bu sənəddə Avropa İttifaqında fəaliyyət göstərən Aİ əhalisinin 10%-dən çoxunu əhatə edən böyük onlayn platformaların müəyyən edilməsi üçün obyektiv meyarlar müəyyən olunub.
Standart məlumatların qorunması müddəaları/ Standart Müqavilə müddəaları – bunlar Avropa Komissiyası tərəfindən təqdim edilib və Avropa İttifaqı/Avropa iqtisadi zonası hüdudlarından kənarda məlumatların ötürülməsini qorumaq üçün Şəxsi Məlumatların Qorunmasına dair Ümumi Reqlamentin çərçivəsində təkmilləşdirilib.
Dayanıqlı istehlak seçimləri üzrə dayanıqlı inkişaf üçün tələblər də hesabatda yer alır, çünki Avropa İttifaqı karbon dioksid qazı və istixana qazı emissiyalarının və havaya buraxılma səviyyələrinin hesablanması, bölüşdürülməsi və hesabat formasına salınması istiqamətdinə tədbirlər görüb.
ÜPİ-nin tələblərindəki dəyişikliklər maraqlı tərəflərdən və ÜPİ-nin qlobal poçt modeli haqqında məlumat mübadiləsindən asılıdır.
Rəqəmsal marketinqin yeni cəhətləri – bunlar elektron ticarət sahəsindəki müəssisələrin uğur qazanması üçün vacib rol oynayan elektron kommersiya ekosistemində səmərəli rəqəmsal marketinq strategiyasının əhəmiyyətini ön plana çəkir.
Məlumatlılıq və növbəti tədbirlər
Aİ-nin elektron kommersiya üzrə yenilənmiş hesabatına uyğun olaraq, EU4Digital proqramı 2023-cü ilin iyun ayında mövzular və dəyişikliklər haqqında məlumatlılığı artırmaq üçün onlayn tədbir keçirib. Bu tədbirdə transsərhəd elektron kommersiya sahəsinin inkişaf etməkdə olan mənzərəsi haqqında fikir mübadiləsi aparılıb və eCommerce Europe şəbəkəsi ilə əməkdaşlıq imkanları təhlil edilib.
Ümumilikdə, yenilənmiş hesabatda Şərq Tərəfdaşlığı ölkələrində transsərhəd elektron kommersiyanın cari vəziyyətinin təhlili, qiymətləndirilməsi və inkişafı ilə bağlı mühüm yeniliklər və problemlər haqqında ətraflı məlumat verilir. Hazırda elektron kommersiyanın mövcud vəziyyətinə və yenilənmiş hesabata uyğun olaraq hər bir ölkə üçün tövsiyələr hazırlanır.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.