EU4Digital tərəfindən keçiriləcək seminarda texnologiya sahəsində çalışan qadınlar üçün mentorluq proqramlarının həyata keçirilməsinə dair fəaliyyət planı hazırlanacaq

  • Tarix: 18/12/20 – 18/12/20
  • Paylaş:

EU4Digital Proqramı, dekabrın 18-də texnologiya sahəsində çalışan qadınlar üçün mentorluq proqramlarına dair seminar təşkil edəcək. Bu, Şərq Tərəfdaşlığı regionunda mentorluq proqramlarının həyata keçirilməsi üçün praktik fəaliyyət planının hazırlanmasına yönəlmiş son sessiyadır.

Texnologiya sektorunda qadınlar üçün mentorluq proqramlarına dair fəaliyyətə başlanan gündən etibarən seçilmiş yerli benefisiar təşkilatlar, mentorluq proqramlarının icrasına hazırlıqlara kömək etmək üçün bir sıra seminarlarda fəal iştirak edib. Sessiyalarda diqqət mərkəzində olan mövzular: qadınların yerli texnoloji bazarlardakı mövqeyi; təşkilatların mentorluq təcrübəsi və texnologiya sahəsində çalışan qadınlara dair məlumatlılığın artırılması; uğur hekayələri nümunələri, məhsuldar mentorluq proqramının yaradılması komponentləri və tətbiqi yollarının təqdim edilməsi vasitəsilə mentorluq proqramının həyata keçirilməsi və mentorluq haqqında daha artıq məlumat vermək istəyən təşkilatların hazırlığı.

Dekabrın 18-də EU4Digital Proqramı Women Go Tech adlı təşkilatın nümayəndələri ilə birgə Şərqi tərəfdaşlıq ölkələrində qadınlar üçün mentorluq proqramlarının icrasına dair tədbirlər hazırlamaq üçün yerli təşkilatları bir araya toplayacaq.

Seminarın əsas məqsədi yerli təşkilatlar tərəfindən yerli bazarlarda pilot proqramların hazırlanmasına hazırlıq və görüləcək tədbirlərin müəyyənləşdirilməsidir. Beləliklə, müzakirə aşağıdakı mövzulardan ibarət olacaq: hədəf auditoriya və təhsil fəaliyyətləri üçün proqramın strukturunu və məzmununu müəyyənləşdirmək, eyni zamanda proqramın maliyyə, insan və texniki resurslara olan tələbatını müəyyənləşdirmək.

Bu praktik seminar zamanı tərəfdaş ölkə təşkilatlarından olan iştirakçılar fəaliyyət planı hazırlamaq məqsədilə xüsusi tətbiq sahələrini nəzərdən keçirəcəklər. Bundan başqa sözügedən sessiyada şəbəkələrin qurulması imkanını təmin etmək, beləliklə regional əməkdaşlığı, yeni tərəfdaşlıqları və hətta iştirakçı təşkilatların proqramı çərçivəsində mentorların, yəni mövzu üzrə ekspertlərin mübadiləsini gücləndirmək nəzərdə tutulub.

Dekabrın 18-də keçiriləcək yekun seminarda iştirak edəcək altı ölkənin nümayəndələri aşağıdakılardır:

  • Texnologiya sahəsindəki qızlar (Girls in Tech Armenia) (Ermənistan);
  • Azərbaycanın İKT sahəsində çalışan qadınları klubu – Femmes Digitales (Azərbaycan);
  • EPAM (Belarus);
  • Gürcüstan İnnovasiya və Texnologiya Agentliyi (GITA) (Gürcüstan);
  • Moldova İnformasiya və Kommunikasiya Texnologiyaları Şirkətləri Birliyi (ATIC) (Moldova Respublikası);
  • STEM sahəsindəki qızlar (Girls in STEM) (Ukrayna).

Bu, texnologiyalar sahəsində çalışan qadınlar üçün mentorluq proqramlarına həsr olunan sonuncu seminardır. Seminarın nəticəsi olaraq EU4Digital 2020-ci ilin sonunadək praktiki təcrübə paketini yekunlaşdıracaq və fəaliyyət planı hazırlayacaq. Nəticədə yerli təşkilatlar regional əməkdaşlığın cəhətlərini nəzərə almaqla ölkələrində oxşar mentorluq proqramlarının daha da inkişaf etdirilməsini öz öhdələrinə götürəcəklər.