Cari tədris üsulları ilə gələcək tədris üsulları arasında əhəmiyyətli fərqlər yaratmaq arzusundasınız? O zaman çalışdığınız təşkilat ilə birgə noyabrda keçiriləcək “#DigiEduHack 2020” adlı müasir dövrdə təhsilin rəqəmsallaşdırılması ilə bağlı ən çətin problemləri aradan qaldırmağa yönəlmiş qlobal hərəkata qoşulun.
2019-cu ildə #DigiEduHack 1700 iştirakçı ilə 21 ölkədə eyni vaxtda 33 DigiEduHack tədbiri keçirib. Bu il isə hərəkatın məqsədi dünyanın hər bir yerində azı 2500 iştirakçı ilə 60 tədbir keçirmək və rəqəmsal təhsilə dair innovativ proqramlar yaratmaqdır.
Təşkilatınız bu il belə bir tədbirlərdən birinə ev sahibliyi edə bilərmi? Ev sahibliyi qismində qoşulmağa dair proses haqqında buradan oxuyun və DigiEduHack tədbirinin planlaşdırılmasına dair təlimatlara nəzər yetirin.
Avropa Komissiyası DigiEduHack 2020 tədbirlərinin tarixini təsdiq edən kimi www.digieduhack.com internet səhifəsində ev sahibi qismində qeydiyyatdan keçmək mümkün olacaq.
#DigiEduHack Avropa Komissiyasının Rəqəmsal təhsil üzrə fəaliyyət planı çərçivəsində təşkil edilir.