Rəqəmsal bacarıqlar şəbəkəsi gələcəkdə keçiriləcək tədbirlər və rəqəmsal bacarıqlara dair təbliğat kampaniyaları üzrə prioritetləri müzakirə etmək üçün onlayn iclas keçirib

  • Tarix: 07/05/20
  • Paylaş:

Gələcəkdə keçirilməsi planlaşdırılan tədbirlər (təlimlər, konfranslar, tanışlıq xarakteri daşıyan səfərlər), rəqəmsal bacarıqlara dair təbliğat kampaniyaları və EU4Digital proqramının dəstəklədiyi Mikro, kiçik və orta müəssisələr (MKOM-lar) üzrə rəqəmsal bacarıqların səlahiyyət bazasının yaradılması məsələlərini müzakirə etmək üçün EU4Digital təşəbbüsünün Rəqəmsal bacarıqlar şəbəkəsi 2020-ci il aprelin 29-da onlayn iclas keçirib.

İştirakçılar dördüncü sənaye inqilabı (Industry 4.0) üzrə rəqəmsal bacarıqlar, rəqəmsal səlahiyyət bazaları, Rəqəmsal bacarıqlar və məşğulluq üzrə milli koalisiyaların idarə edilməsi və Covid-19 böhranı zamanı çıxarılan nəticələrə dair təlim, konfrans və tanışlıq xarakteri daşıyan səfərlərin keçirilməsini müzakirə ediblər. Covid-19 virusunun yayılması səbəbindən tətbiq olunan məhdudiyyətlərin onlayn təlimlər və konfranslar kimi planlaşdırılmış tədbirlərə maneə yaratdığı təqdirdə üzbəüz görüşlərin mümkün alternativ formaları da nəzərdən keçirilib.

Şəbəkə üzvləri tərəfindən həmçinin 2021-ci ildə Şərqi tərəfdaş ölkələrində rəqəmsal bacarıqların təbliğatı kampaniyalarının keçirilməsi ilə bağlı planlar, o cümlədən MKOM-lar üzrə rəqəmsal səlahiyyət bazasının yaradılmasına dair prioritetlər müzakirə edilib.

EU4Digital təşəbbüsünün Rəqəmsal bacarıqlar şəbəkəsi Şərqi tərəfdaş ölkələri arasında və Aİ ilə qabaqcıl təcrübə mübadiləsi üçün platforma rolunu oynayaraq sinerjilərin və birgə uyğunlaşdırma layihələrinin hazırlanması ilə bağlı ideyaları təşviq edir. EU4Digital proqramı, qanunvericilər və təlim təminatçıları üçün təlimlərin, konfransların və Aİ-yə üzv ölkələrə tanışlıq xarakteri daşıyan səfərlərin təşkili, təbliğat kampaniyalarının keçirilməsi və MKOM-lar üzrə rəqəmsal səlahiyyət bazasının yaradılması kimi bir sıra fəaliyyətlər vasitəsilə şəbəkənin işinə dəstək verir.