
Əsas səhifə / Xəbərdar olun / Kitabxana
Aİ-nin qabaqcıl təcrübəsinə əsaslanaraq 700 MHz tezlik diapazonunun istifadəyə verilməsi və yenidən bölüşdürülməsinə dair hesabat hazırlanıb
Tarix: 20 noyabr 2019
Aİ-nin qabaqcıl təcrübəsinə əsaslanaraq 700 MHz tezlik diapazonunun istifadəyə verilməsi və yenidən bölüşdürülməsinə dair hesabat EU4Digital proqramının mütəxəssisləri tərəfindən sözügedən layihənin Telekommunikasiya qaydaları tematik sahəsinin bir hissəsi olaraq 700 MHz tezlik diapazonunun istifadəyə verilməsi ilə əlaqədar fəaliyyətlər çərçivəsində hazırlanıb.
Hesabatda iki mühüm sahə ilə bağlı Aİ-nin qabaqcıl təcrübələri müəyyən edilmişdir:
- 700 MHz tezlik diapazonunun istifadəyə verilməsi ilə bağlı Aİ-nin yanaşmaları;
- 700 MHz tezlik diapazonunun yenidən bölüşdürülməsi ilə bağlı Aİ-nin yanaşmaları;
Sözügedən hesabat, altı Şərqi tərəfdaşlıq ölkəsi olan Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynada 700 MHz tezlik diapazonunun yenidən bölüşdürülməsi ilə bağlı əlaqələndirilmiş yanaşmanın işlənib hazırlanmasını asanlaşdırmaq məqsədi daşıyır. Hesabatın əsas məqsədi isə 700 MHz tezlik yenidən bölüşdürülməsi prosesi zamanı Aİ ölkələrinin topladığı təcrübəni bölüşmək və xüsusilə aşağıdakılar daxil olmaqla, bu proseslə əlaqəli ən yaxşı təcrübələri formalaşdırmaqdır:
- DTT-nin yenidən bölüşdürülməsinə dair yanaşma;
- PMSE-nin yenidən bölüşdürülməsinə dair yanaşma;
- transsərhəd əlaqələndirmə;
radiotezlik spektrinin istifadəsinə icazə.
- Azərbaycan
- Belarus
- Ermənistan
- Gürcüstan
- Moldova
- Ukrayna
- Telekommunikasiya qaydaları
