
17/11/2023
Noyabrın 24-də EU4Digital proqramının DESI sürətləndiricisinə dair regional tədbirə qoşulun
Şərq Tərəfdaşlığı ölkələrində Rəqəmsal İqtisadiyyat və Cəmiyyət İndeksi (DESI) ilə bağlı göstəriciləri toplayan qurumların nümayəndələri 24 noyabr 2023-cü il tarixində EU4Digital proqramı tərəfindən təşkil olunacaq onlayn tədbirə dəvətlidirlər. Tədbirdə EU4Digital proqramının Rəqəmsal bacarıqlar tematik sahəsi üzrə ekspertləri tərəfindən DESI-nin tətbiqinin təhlili üzrə nəticələr təqdim ediləcək, DESI göstəricilərinin tam şəkildə ölçülməsinin həyata keçirilməsi üçün regional və milli tövsiyələr müzakirə ediləcək və bu sürətləndiricinin mərhələləri ətrafında fikir mübadiləsi aparılacaq.
Daha çox oxu27/11/2023
Avropa Komissiyası Ukrayna, Moldova və Gürcüstan üçün Aİ üzvlüyünə namizəd statusunun dəyişdirilməsini tövsiyə edir
8 noyabr 2023-cü il tarixində Avropa Komissiyası Avropa İttifaqı Şurasına Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlara başlamağı və müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə Gürcüstana Aİ-yə üzvlüyə namizəd statusunun verilməsini tövsiyə edib. Komissiya həmçinin ilk dəfə olaraq bu ölkələr tərəfindən görülən işləri qiymətləndirən 2023-cü il üzrə Genişlənmə Paketini qəbul edib.
Daha çox oxu31/03/2023
EU4Digital Şərq Tərəfdaşlığı KOB-larını rəqəmsal texnologiyalar sahəsində dəstəkləyəcək “EdTech Hub” proqramı üçün tərəfdaşlar axtarır
EU4Digital təşəbbüsünün "EdTech Hub" proqramı potensial tərəfdaşlar axtarışındadır. Bu proqram çərçivəsində Şərq Tərəfdaşlığı (ŞT) regionunda fəaliyyət göstərən kiçik və orta sahibkarlıq müəssisələrinin (KOB-lar) ehtiyaclarına uyğun veb əsaslı və istifadəsi asan kursların təqdim olunduğu rəqəmsal təlim platforması istifadəyə verilib. Martın 9-da EU4Digital İKT və İnnovasiyalar Forumu 2023-dən sonra icra olunmağa başlayan EdTech Hub proqramı Şərq Tərəfdaşlığı ölkələrində 1 milyon vətəndaşın və 500 000 KOB-un rəqəmsal texnologiyalar üzrə səlahiyyələndirilməsini nəzərdə tutur.
Daha çox oxu27/01/2023
Rəqəmsal onilliyə doğru: 2030-cü il üçün siyasət proqramı qüvvəyə minir
2030-cu il üçün Rəqəmsal Onillik siyasət proqramı qüvvəyə minib. Avropa Parlamenti, İttifaqa üzv dövlətlər və Avropa Komissiyası rəqəmsal iqtisadiyyatın inkişafına dair dörd əsas istiqamət üzrə konkret məqsəd və hədəfləri birgə müəyyən ediblər.
Daha çox oxu24/01/2023
EaPConnect ŞT regionunda qadınların STEM-dəki uğurlarını işıqlandırıb
İcra olunmağa başladığı ilk ilin yekunu olaraq “EU4Digital: Tədqiqat və təhsil icmalarının əlaqələndirilməsi” (EaPConnect) layihəsi elm, texnologiya, mühəndislik və ya riyaziyyat (STEM) sahələrində təcrübələri ilə tərəfdaşlarının uğurlarına töhfə verən dörd qadının nailiyyətlərini işıqlandırıb.
Daha çox oxu28/12/2022
Rəqəmsal texnologiyalar sahəsində dəstək Azərbaycanın tədqiqat potensialını gücləndirən CERN ilə əməkdaşlıqda mühüm əhəmiyyət kəsb edir
EaPConnect layihəsinin tərəfdaşı olan AzScienceNet tərəfindən təqdim olunan rəqəmsal infrastruktur və xidmətlər, Azərbaycanın fundamental elmi potensialını gücləndirməyə kömək edən CERN ilə əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayır.
Daha çox oxu08/11/2022
EU4Digital proqramının II mərhələsinin fəaliyyət planları nəzərdən keçirilib
EU4Digital layihələrinin nailiyyət və gələcək planları oktyabrın 25-də keçirilən EU4Digital təşəbbüsünün Koordinasiya Komitəsinin iclasında nəzərdən keçirilib. İclasda həmçinin EU4Digital proqramının II mərhələsi təqdim olunub.
Daha çox oxu26/10/2022
Şərq Tərəfdaşlığı Rəqəmsallaşdırma Konfransda EU4Digital proqramının ikinci mərhələsinin təqdimatı keçirilib
EU4Digital təşəbbüsü 2022-ci il oktyabrın 24-də Şərq Tərəfdaşlığı Rəqəmsallaşdırma Konfransı və oktyabrın 25-də EU4Digital proqramının II mərhələsinin təqdimatı mərasimi və proqramın Koordinasiya komitəsinin iclasını təşkil edir.
Daha çox oxu01/02/2021
“Elektron səhiyyə sahəsində daha çox əməkdaşlıqlar olsun!” EaPConnect layihəsinin təşkil etdiyi seminarda əldə edilən uğurlu nəticələr, problemlər və ehtiyaclar nəzərdən keçirilib
Aİ tərəfindən maliyyələşdirilən EaPConnect layihəsi, regionda ortaq maraqları və problemləri araşdırmaq üçün yanvarın 27-də Elektron səhiyyənin əsas parametrlərinə dair iclas təşkil edib.
Daha çox oxu19/01/2021
EaPConnect layihəsinin hər bir tərəfdaş ölkədə nailiyyətləri ilə tanış olun
EaPConnect layihəsinin son beş ildə hər bir tərəfdaş ölkədə əldə olunan nailiyyətləri ilə tanış olun.
Daha çox oxu07/10/2020
EU4Digital təşəbbüsünün Koordinasiya komitəsinin iclasında EaPConnect layihəsinin ikinci fazasının rəsmi açılışı baş tutub
Aİ tərəfindən maliyyələşdirilən EaPConnect layihəsinin keçmiş nailiyyətləri və gələcək məqsədləri oktyabrın 5-də EU4Digital proqramı tərəfindən təşkil olunan yüksək səviyyəli görüş zamanı təqdim olunub. Tədbirdə sözügedən layihənin ikinci beş illik fazasının icrasına başlandığı qeyd olunub.
Daha çox oxu01/07/2020
Şərq Tərəfdaşlığında tədqiqat və təhsilə dəstək məqsədi daşıyan keçmiş uğurlara əsaslanaraq EaPConnect layihəsinin ikinci fazası icra olunmağa başladı
Şərq Tərəfdaşlığı "Connect" layihəsi (EaPConnect) 2020-ci il iyul ayının 1-dən ikinci fazasına keçir. Aİ tərəfindən maliyyələşdirilən 60 aylıq "EU4Digital: Tədqiqat və Təhsil İcmalarının Əlaqələndirilməsi" layihəsi (EaPConnect2) Aİ və Şərqi Tərəfdaş ölkələrindən olan tədqiqat və təhsil icmalarını bir araya gətirəcək və rəqəmsal sahədə qeyri-bərabərliyi azaldacaq.
Daha çox oxu30/06/2020
EaPConnect layihəsinin yeni fazasına başlamazdan əvvəl nailiyyətləri nəzərdən keçirilir
İyul ayından etibarən Aİ-nin Şərq Qonşuluğu regionunda rəqəmsal mühiti gücləndirmək məqsədi daşıyan Aİ və Şərq Tərəfdaşlığı (ŞT) arasında yenilənmiş siyasi iradənin dəstəklədiyi və Aİ tərəfindən maliyyələşdirilən EaPConnect layihəsinin ikinci fazası icra olunmağa başlayacaq.
Daha çox oxu