İKT-nin innovativ inkişafı mövzusunda üçüncü şəbəkə tədbiri: innovasiya klasterlərinin inkişafının sürətləndirilməsi
Tarix:
14/12/20
Dekabrın 14-də EU4Digital Təşəbbüsünün İKT-nin innovativ inkişafı mövzusunda üçüncü şəbəkə tədbiri keçiriləcək. Virtual iclas “Klaster təşkilatlarının və regional əməkdaşlığın inkişafına dəstək vermək üçün Aİ və ŞT ölkələrində İKT-innovasiya klasterləri şəbəkəsinin yaradılması” mövzusunda keçiriləcək.
Tədbirin məqsədi ŞT ölkələrində fəaliyyət göstərən klasterlərin və klaster tipli təşkilatların fəaliyyətinin daha böyük kütləyə çatdırılması və Avropa Klasterlərin Əməkdaşlıq Platformasında (ECCP) daha asan şəkildə qeydiyyatdan keçmə barədə müzakirə aparmaqdır. Tədbirdə klasterlərin təşkili və yaradılması ilə bağlı praktik anlayış və biliklərin əldə edilməsinə və onlar arasında regional əməkdaşlığın gücləndirilməsinə diqqət yetiriləcək.
Tədbirdə biznes və peşəkar assosiasiyalar, inkubatorlar, akseleratorlar, yüksək texnoloji parklar və texnoparklar, eləcə də klasterlər üzrə siyasətlər sahəsində çalışan və həmin ölkələrdə inkişaf və şəbəkələrini dəstəkləyən innovasiya qrupları və alətləri müəyyənləşdirməyi nəzərdə tutan nazirliklər və dövlət qurumları ətrafında yaradılan mövcud innovativ biznes klasterləri və biznes klasterinə bənzər şəbəkələrin ehtiyacları diqqət mərkəzində olacaq.
Tədbir Avropa Komissiyasının nöqteyi-nəzərindən beynəlmiləlləşmə kontekstində klaster siyasətinin əsas komponentlərinə ümumi məlumat ilə başlayacaq. Bundan sonra Avropa Klasterlərin Əməkdaşlıq Platformasının (ECCP) nümayəndələri klasterlərin fəaliyyətinin beynəlxalq aləmdə daha böyük kütləyə çatdırılmasına və Aİ klasterləri ilə şəbəkələrin qurulmasına və əməkdaşlığın inkişafına necə kömək etdiyi barədə təqdimat ilə çıxış edəcəklər. ECCP-nin nümayəndələri həmçinin klasterlər üçün müstəsna xidmət paketini təqdim edəcəklər və qeydiyyatdan keçmək üçün seçim kriteriyalarına dair fikirlərini bölüşəcəklər. Yekunda ECCP-dən dəstək əldə edən Aİ və ŞT klasterləri İKT klasterlərinin təşkili, yaradılması və beynəlmiləlləşdirilməsi sahəsində təcrübələrini və praktik biliklərini bölüşəcəklər.
EU4Digital Proqramının İKT və innovasiyalar üzrə qrup rəhbəri Anna Pobolun moderasiya etdiyi tədbir, aşağıdakılar daxil olmaqla Aİ və ŞT regionundan tanınmış məruzəçilər ilə təqdimatlar və sual-cavab iclaslarından ibarət olacaq:
Avropa Komissiyasında siyasət üzrə baş mütəxəssis (Avropa Komissiyası, DG GROW) Kristof Quçard;
Layihə rəhbəri Jan Marten de Vet və ECCP-də profillərin təsdiqlənməsi üzrə rəhbər Lusia Sil;
ClujIT klasterinin baş icraçı direktoru (Rumıniya) Andrey Kelemen;
Karpatyanı ekoenerji klasterinin idarəetmə üzrə rəhbəri Lyudmila Şiko;
Ukrayna Sənaye Avtomatlaşdırma Birliyinin Baş direktoru Aleksandr Yurçak;
Xarkov İT Klasterinin icraçı direktoru (Ukrayna) Olqa Şapoval.
İKT-nin innovativ inkişafı mövzusunda şəbəkə tədbirləri
İKT-nin innovativ inkişafı mövzusunda şəbəkə tədbirlərinin məqsədi İKT-nin innovativ inkişafına dair seçilmiş siyasət sahələrində ŞT icmalarının təsis edilməsinə şəraitin yaradılmasıdır. Regionda şəbəkələrin qurulması ilə yanaşı, tədbirlərin məqsədi gələcəkdə davamlı ortaq fəaliyyət və layihələrin həyata keçirilməsi üçün Şərqi tərəfdaşlıq ölkələrində olan təşkilatlar ilə Aİ-də olan maraqlı tərəflər arasında ikitərəfli və çoxtərəfli əlaqələrin qurulmasıdır. Bu səylər Aİ-nin qabaqcıl təcrübələrinin ŞT regionundakı maraqlı tərəflər tərəfindən bütövlüklə və daha dərindən anlaşılmasına yönəlmişdir. Beləliklə, silsilə tədbirlər nazirliklərin nümayəndələri və dövlət orqanları səviyyəsində, assosiasiyalar və müvafiq siyasət sahələrini əhatə edən şəbəkələr, İKT infrastrukturunda çalışan təşkilatlar və İKT innovasiyalar ekosistemindəki digər iştirakçılar daxil olmaqla geniş bir auditoriyanı əhatə etməyi qarşısına məqsəd qoyub.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.