EU4Digital təşəbbüsünün Müstəqil Tənzimləyicilər və Genişzolaqlı Rabitə üzrə Mütəxəssis İşçi Qrupunun görüşündə tənzimləyici orqanların müstəqilliyi müzakirə edilib

  • Tarix: 20/11/19
  • Paylaş:

Milli tənzimləyici orqanların (MTO-lar) müstəqilliyini müzakirə etmək üçün EaPeReg Şəbəkəsinin (Şərq Tərəfdaşlığı Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsi) Müstəqil Tənzimləyicilər və Genişzolaqlı Rabitə üzrə Mütəxəssis İşçi Qrupunun (IRB EWG) görüşü keçirilib.

Görüş oktyabrın 3-də və 4-də Yunanıstanın Iraklion şəhərində baş tutub və bütün altı ŞT ölkəsinin nümayəndələri, o cümlədən MTO-lar, Aİ-yə üzv 6 dövlətin, EU4Digital proqramının, Dünya Bankının və Avropa Komissiyasının ekspertləri bir araya gəliblər.

Tədbir MTO-ların müstəqilliyinin qiymətləndirilməsinə dair metodologiyaya həsr olunub.

Görüş ərzində EU4Digital proqramının mütəxəssisləri tərəfindən təqdim olunan metodologiyanın ilkin variantı ŞT ölkələrinin yüksək vəzifəli nümayəndələri tərəfindən qəbul edilmişdir.

Sözügedən görüşdə həmçinin Dünya Bankının nümayəndələri tərəfindən hazırlanan boşluqların təhlilinə dair hesabatlar, eləcə də bazarın təhlili metodlarına dair Aİ-nin qabaqcıl təcrübəsi, Polşa və Gürcüstanda genişzolaqlı rabitənin qurulması işindəki irəliləyişlər və Çexiya Respublikasında genişzolaqlı rabitənin inkişafına dair yüksək səviyyəli qanunvericiliyin və strategiyaların hazırlanması müzakirə edilmişdir.