ŞT və Dünya Bankı Qrupunun genişzolaqlı rabitə infrastrukturunun qurulmasına dair ilk regional seminarı keçirilib

  • Tarix: 16/03/20
  • Paylaş:

2020-ci il 20-21 fevral tarixlərində Polşanın tənzimləyici orqanı olan Elektron Rabitə üzrə Ofisinin (UKE) Varşavada yerləşən qərargahında ŞT və Dünya Bankı Qrupunun genişzolaqlı rabitə infrastrukturunun qurulmasına dair ilk regional seminarı təşkil olunub.

Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndələri üçün təşkil olunan seminarda genişzolaqlı rabitə infrastrukturunun qurulması ilə bağlı fikir mübadiləsi aparılıb. Adı çəkilən ölkələrdən milli qanunvericilik və tənzimləyici orqanlarının əməkdaşları genişzolaqlı rabitə infrastrukturu ilə bağlı məqsədlərini açıqlayıblar. Bu, EU4Digital proqramı çərçivəsində Dünya Bankı Qrupunun cari texniki dəstək xidmətini lazımi məlumat ilə təmin etməyə imkan verəcək.

UKE-nin ekspertləri, Geodeziya və Xəritəşünaslıq üzrə Baş Ofisi və “Orange Polska” telekommunikasiya provayderinin nümayəndələri Polşada genişzolaqlı rabitə infrastrukturunun qurulması ilə əlaqədar ətraflı məlumat veriblər. Çıxışlarda hüquqi bazaya, infrastruktura və xidmətlərə dair verilən məlumatlar əhatə olunub və toplanmış məlumatın emalı üzrə spesifik alətlərin nümunələri təqdim olunub.

ŞT ölkələrinin nümayəndələri arasında görüşlər, Dünya Bankı Qrupunun heyəti və UKE-nin ekspertləri gələcək əməkdaşlığın istiqamətlərini müəyyənləşdirməyə imkan yaradıb.

Seminarda altı Şərq Tərəfdaşlığı ölkəsinin (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və  Ukrayna), EaPeReg – Müstəqil Tənzimləyicilər və Genişzolaqlı Rabitə üzrə Mütəxəssis Qrupunun (IRB EWG) üç ekspert işçi qruplarından birinin sədri və həmsədri, eləcə də Dünya Bankı və Portuqaliyanın tənzimləyici orqanı olan ANACOM-un nümayəndələri iştirak edib.

Mətbuat üçün açıqlama