

Əsas səhifə / Xəbərdar olun / Uğur hekayələri
ŞT-nin rəqəmsal innovasiyalar üzrə maliyyəyə çıxışı: Aİ ilə boşluğu aradan qaldırmaq üçün hansı əsas tədbirlər görülməlidir?
Tarix: 17/03/20
Tənzimləyici “qum qutuları” və biznes mələkləri, kraudfandinq və müəssisə kapital fondları – şərtlər müxtəlif olsa da, onların dəstəyi Şərq Tərəfdaşlığı ölkələrindəki kiçik müəssisələr arasında İKT-nin innovativ inkişafına dəstək üçün lazımi maliyyələşmə ekosistemi üçün olduqca vacibdir.
Ötən aylarda EU4Digital proqramının İKT-nin innovativ inkişafı şəbəkəsinin heyəti səylərini regionda İKT sahəsində Aİ-nin norma və qabaqcıl təcrübələrinə əsaslanan innovasiyaların inkişafına şərait yaradan ümumi qanunvericilik bazasının təşviqinə ayırmışdır. Məqsəd fərqləri aradan qaldırmaq məqsədilə tərəfdaşların ata biləcəyi addımları planlaşdırmaq üçün Aİ və ŞT regionu arasındakı əsas boşluqları və istiqamətləri müəyyənləşdirməkdir.
Bu məqsədə doğru çalışan EU4Digital proqramı, hər bir ŞT tərəfdaş ölkəsində həyata keçirilməsi məqsədilə hər bir ölkənin seçdiyi aşağıdakı siyasət sahələrinə uyğun olaraq siyasətə dair tövsiyələr və fəaliyyət planları işləyib hazırlayır:
- Rəqəmsal innovasiyalar üzrə əqli mülkiyyət hüquqlarının idarə edilməsi (Ermənistan)
- İKT-nin innovativ inkişafına dəstək verən yeni təşkilati formalar (Azərbaycan)
- Rəqəmsal innovasiyalar üzrə KOM-ların maliyyəyə çıxışı (Gürcüstan)
- Startaplar və böyüməkdə olan şirkətlər üçün IKT-nin innovativ inkişafına dair ekosistemlər (Moldova)
- Sənayenin rəqəmsallaşdırılması (ənənəvi sektorlarda KOM-ların rəqəmsal transformasiyası) (Belarus)
Seçilən siyasət sahələrində Aİ və ŞT arasındakı boşluqların təhlili baxımından əsas olaraq EU4Digital proqramı müvafiq siyasət sahələrində tənzimləmə üzrə Aİ-nin qabaqcıl təcrübələrini müəyyən etmişdir.
Bu məqalədə Gürcüstan və Ukrayna tərəfindən seçilmiş KOM-ların rəqəmsal innovasiyalar üzrə maliyyəyə çıxışı adlı siyasət sahəsində Aİ-nin qabaqcıl təcrübələri haqqında qısa məlumat verilmişdir.
KOM-ların rəqəmsal İnnovasİyalar üzrə malİyyəyə çıxışı üzrə Aİ-nİn qabaqcıl təcrübələrİ
Avropa İttifaqı daxilində startaplar və böyüməkdə olan şirkətlərin maliyyəyə çıxışına dair hüquqi baza iki əsas hissədən ibarətdir: Vahid rəqəmsal bazar strategiyası və Kapital bazarları ittifaqı. Bununla belə, rəqabətin və vahid bazar qanunlarının təsirli şəkildə tətbiq edilməsini təmin edən qeyri-qanunvericilik tədbirlər səmərəli siyasət aləti kimi qəbul edilir və tənzimləyici göstərişlərdən daha çox istifadə olunur.
KOM-lar mövcud olduqları bütün mərhələlərdə (yaradılma, genişlənmə, işgüzar funksiyalarının ötürülməsi) maliyyəyə çıxış əldə edə bilərlər. Maliyyə ekosisteminin və siyasətin müvafiq cəhətlərinə aşağıdakılar daxildir: alternativ maliyyələşmə üzrə tənzimləyici qum qutuları, kraudfandinq, biznes mələkləri, müəssisə kapitalı, yüksək riskli innovasiyalar üzrə sürətləndirilmiş dəstək və ənənəvi müəssisələrin rəqəmsal transformasiyasının maliyyələşdirilməsi.
Şərqi tərəfdaş ölkələrində maliyyə ekosistemlərinin inkişafı məqsədilə adı çəkilən qabaqcıl təcrübələrdən istifadə edərək və Aİ-nin mövcud dəstək alətlərindən, maliyyələşmə alətlərindən və proqramlarından faydalanaraq bölgədə KOM-lar arasında innovasiya potensialını üzə çıxaracaq və müəssisələrə məhsul və xidmətlərini bazar ehtiyaclarına uyğunlaşdırmağa kömək edəcək. Alternativ maliyyələşdirmə üzrə tənzimləyici qum qutuları risklərin idarə edilməsi üçün ehtiyat tədbirlərin görülməsini təmin edərək maliyyə texnologiyalarında innovasiyaların baş verə biləcəyi və nəzarət olunan bir mühitdir. Onlar banklar və maliyyə texnologiyaları (FinTech) iştirakçılarına lazımsız tənzimləmə maneələrini aradan qaldırmağa və bazara yeni ideyaların gəlməsini sürətləndirməklə innovativ maliyyə məhsulları və ya xidmətləri ilə təcrübə aparmaq imkanı verir. Aİ-də bir çox hallarda tənzimləyici maliyyə texnologiyaları üzrə qum qabları tətbiq
olunub.
2019-cu ilin aprelində Avropa Komissiyası və Avropa Nəzarət Orqanları (ANO-lar) birgə Avropa İnnovasiyalara Kömək Fondunu (AİKF) təsis edərək maliyyə texnologiyalarının miqyasını böyütmək məqsədilə innovasiyalara kömək edənlər (tənzimləyici qum qutuları və innovasiya mərkəzləri) arasında əlaqələndirmə və əməkdaşlığı təşviq etməyi qarşılarına məqsəd qoyublar. Kraud və qarşılıqlı maliyyələşmə (kraudfandinq) innovasiya sahəsində çalışan şirkət və startaplara dəstək baxımından qeyri-bank maliyyələşməsinin vacib mənbəyi kimi tanınır. 2018-ci ildə kraudfandinq xidmətlərinin genişləndirilməsini və transsərhəd fəaliyyətləri asanlaşdırmaq məqsədilə Avropa Komissiyası investisiya və kredit əsaslı kraudfandinq platformaları üzrə Avropa etiketini təsis etmişdir.
Biznes mələkləri ilkin müəssisə kapitalı fondları ilə birlikdə getdikcə daha çox sərmayə yatırırlar. Bunlar yüksək kapitala sahib olan fərdi şəxslərdir və adətən bir çox müəssisə kapitalı fondlarından fərqli olaraq erkən mərhələdə kiçik həcmli maliyyə vəsaitləri təmin edirlər. Biznes mələkləri şəbəkələri qurulur və təlimdən tutmuş, vergi imtiyazlarına və birgə maliyyələşməyə qədər müxtəlif dəstək alətləri hazırlanır.
Ən məşhur biznes mələkləri şəbəkələri və icmalarına aşağıdakılar daxildir: Dünya Biznes Mələkləri Assosiasiyası; Dünya Biznes Mələkləri İnvestisiya Fondu (WBAF); Biznes Mələkləri Avropa; Biznes mələkləri, İlkin kapitallar və Erkən mərhələ bazar iştirakçıları üzrə Avropa Ticarət Assosiasiyası (EBAN); InnovFin Biznes Mələkləri.
Biznes mələkləri fondları: Avropa Mələkləri Fondu (EAF).
Müəssisə kapitalı sərmayələriinvestisiya fondları və kollektiv investisiyalar haqqında bir sıra hüquqi aktlarla tənzimlənir və stimullaşdırılır. Ötürülən qiymətli kağızlara kollektiv investisiya qoyuluşu üzrə öhdəliklər barədə direktiv (UCITS) ən əsas Avropa bazasıdır. Avropa müəssisə kapitalı fondları (EuVECA) adlı əsasnamə startap və ilkin mərhələdə olan şirkətlərə yönəlmiş alternativ investisiya sxemlərinin alt kateqoriyalarını əhatə edir. Alternativ investisiya fondları Alternativ investisiya fondları menecerləri (AIFM) direktivi və bir sıra digər direktivlər tərəfindən tənzimlənir. Buraya fondların transsərhəd paylanmasının asanlaşdırılmasına dair direktiv və əsasnamə də daxildir.
Yerli və xarici müsəssisə kapitalı qoyuluşları və investisiya qabiliyyətinin artırılması üçün geniş siyasət alətlərinə milli səviyyədə xüsusi vergitutma rejimi daxildir.
Müəssisə kapitalistlərinə müəssisə sərmayələrini artırmaq üçün sübut olunmuş Avropa fondları ilə birgə investisiya etmək imkanları da verilir.
EIB Qrupunun üzvü olan Avropa İnvestisiya Fondu (AİF) öz mənbələrindən, yaxud Avropa İnvestisiya Bankı (AİB), Avropa Komissiyası, Aİ-yə üzv dövlətlərin və ya digər üçüncü tərəflərin təmin etdiyi vəsaitlərdən istifadə edərək 1 milyondan çox KOM-u maliyyələşdirmişdir. Bu günə qədər Ukraynada fəaliyyət göstərən və 46257 iş yerinə sahib 713 KOM AİF-dən ümumilikdə 213 milyon avro dəyərində maliyyə əldə edib. Moldovada 11000 iş yerinə sahib 254 KOM isə 102 milyon avro dəyərində maliyyə alıb.(www.eif4smes.com). Ermənistan və Gürcüstan da AİF-in alətləri çərçivəsində dəstəkdən yararlana bilərlər.
InnovFin Müəssisə Kapitalı Horizon-2020 proqramına aid sektorlarda (Ermənistan, Gürcüstan, Moldova və Ukrayna daxil olmaqla, Horizon-2020 proqramına qoşulan ölkələr üçün də açıqdır) fəaliyyət göstərən müəssisələri ilkin mərhələlərdə maliyyələşdirən müəssisə kapitalı fondlarına investisiyalar ötürür. 2018-ci ilin aprelində Avropa Komissiyası AİF ilə birgə Ümumavropa müəssisə kapitalı üzrə fondlar fondu proqramının (VentureEU) icrasına başladı. Bütöv Aİ daxilində 1500-ə yaxın startap və böyüməkdə olan şirkətin bu investisiyalara çıxış əldə edəcəyi gözlənilir.
Yüksək riskli innovasiyalar üzrə sürətləndirilmiş dəstək – İnnovasiyalar üzrə sürətləndirilmiş dəstək (FTI) hər hansı bir texnologiya və ya tətbiq sahəsində bazara yaxın innovasiya fəaliyyətini təşviq edən tamamilə “aşağıdan yuxarıya” prinsipi ilə çalışan innovasiyalara dəstək proqramıdır. Bu proqram tərəfdaşlara nəfəskəsici innovasiya ideyaları yaratmaq və sınaqdan keçirməyə, eləcə
də bazarda uğur qazanmazdan əvvəl son təkanı verməyə kömək edə bilər. Ermənistan, Gürcüstan, Moldova və Ukrayna proqram müraciət etmək hüququna malikdirlər.
Müəssisənin cari rəqəmsallaşdırılmasından asılı olmayaraq ənənəvi KOM-ların Aİ səviyyəsində rəqəmsal transformasiyanın maliyyələşdirilməsi Aİ-nin COSME kredit zəmanəti proqramı (LGF) tərəfindən təmin edilir. Ermənistan, Moldova və Ukrayna daxil olmaqla, COSME-yə qoşulan ölkələrdən olan KOM-lar da bu dəstəkdən yararlana bilər.
Təlim imkanları və qərar qəbul etmə alətləri maarifləndirmə, qabaqcıl təcrübə mübadiləsi və yüksək riskli investisiyalar üçün tələb olunan xüsusi biliklərin yayılmasını asanlaşdırmaq üçün Aİ tərəfindən beynəlxalq səviyyədə təbliğ olunur.
Launchpad erkən mərhələdə sərmayə qoyuluşu (ESIL) və WBAF Biznes Məktəbi biznes mələkləri, müəssisə kapitalistləri və müəssisə fondu menecerləri kimi fəaliyyət göstərmək istəyən investorlar üçün tanınmış təşkilatlardır. STARTAP EKOSİSTEMİ Aİ startaplara və müəssisə maliyyələşməsi cəlb etmək istəyən şirkətlərə koaçinq xidməti təmin edir və onların bizneslərini bu növ investorlar ilə dialoq və münasibətlərə hazırlamağa kömək edir.
Rəqəmsal innovasiyaları maliyyələşdirmək istəyən KOM-lar bütöv Avropa İttifaqında bir pəncərə prinsipi ilə çalışan portallar vasitəsilə Məlumat və məsləhət xidmətindən yararlana bilər. Onlar arasında Ukrayna və Moldovanı da əhatə edən Access2finance portalı, və EIC ustadı var (bu həmçinin Aİ-nin Horizon-2020 proqramına qoşulanlar üçün də əlçatandır). EuroQuity və ALTFInator tərəfdaşların axtarışı platformaları maliyyə axtarışında olan KOM-ları investorlar və kreditorlarla əlaqələndirir.
ŞT ölkələri üçün aşağıdakı alətlər əlçatandır: Amadeus; Crunchbase; Kompass; Avropa Biznes Reyestri – EBR; Aİ Müflisləşmə Reyestri, o cümlədən milli məlumat bazaları.
NÖVBƏTİ ADDIMLAR – tövsiyələr və fəaliyyət planları
EU4Digital təşəbbüsünün İKT-nin innovativ inkişafı heyəti tərəfindən rəqəmsal innovasiya sahəsində çalışan KOM-ların maliyyəyə çıxışı sahəsində Aİ-nin qabaqcıl təcrübələri ilə əlaqədar hazırladığı tam hesabat Gürcüstan və Ukrayna üzrə boşluqların təhlilində istifadə edilmişdir; boşluqların təhlili əsasında hazırda sözügedən iki ölkə üçün milli tərəfdaşlarla uyğunlaşdırılacaq siyasətə dair bir sıra tövsiyələr hazırlanır.
Bu tövsiyələr sonradan Gürcüstan və Ukrayna üzrə fərdi milli siyasətlərin icrasına dair fəaliyyət planlarının işlənib hazırlanmasında baza rolunu oynayacaq. Fəaliyyət planları tərəfdaş ölkələrdə konkret maraqlı tərəfləri, Aİ alətlərini, platformaları və ŞT-dən olan maraqlı tərəflərin (mümkün olarsa Aİ ölkələrində konkret həmkarları) yararlana və tətbiq edə biləcəyi təcrübələri müəyyənləşdirəcək. Proqram çərçivəsində həyata keçiriləcək növbəti fəaliyyətlərə (təlim, tanışlıq xarakteri daşıyan səfərlər, şəbəkələşmə tədbirləri, təşviqat fəaliyyətləri və s.) boşluqların aradan qaldırılmasında maraqlı tərəflərin gələcək fəaliyyətlərinə dəstək də daxildir.
Aİ-nin qabaqcıl təcrübələrinin bu formada tətbiqi, Şərq Tərəfdaşlığı ölkələrində yaxşı çalışan dəstək təşkilatları ilə birgə İKT-nin yetkin innovativ və startap ekosisteminin inkişafını sürətləndirəcək. Bu həmçinin tədqiqatçılara və innovasiya sahəsində çalışan müəssisəslərə Aİ-nin maliyyələşmə alətlərinə asanlıqla çıxış imkanı verir.
Nəticə etibarilə ümumi qanunvericilik bazasının köməyilə Şərqi tərəfdaş ölkələri Aİ-nin Vahid rəqəmsal bazarından faydalanacaq və Aİ-yə üzv dövlətlərdəki həmkarları ilə yeni innovativ fikir mübadiləsi apararaq inkişaf edəcəklər.
- Azərbaycan
- Belarus
- Ermənistan
- Gürcüstan
- Moldova
- Ukrayna
- İKT-nin innovativ inkişafı
Daha çox uğur hekayəsi
10/11/2021
Elektron imza: rəqəmsal gələcəyə doğru ən mühüm addım
Təsəvvür edin ki, kiçik sahibkarlıq müəssisəniz var və hər gün sənədlərin imzalanmasına saatlarla vaxt itirirs…
Daha çox oxu- LnRiLWltYWdlLXNsaWRlci0tY2Fyb3VzZWx7b3BhY2l0eTowO2RpcmVjdGlvbjpsdHJ9LnRiLWltYWdlLXNsaWRlciAuZ2xpZGV7cG9zaXRpb246cmVsYXRpdmV9LnRiLWltYWdlLXNsaWRlciAuZ2xpZGVfX3NsaWRle2hlaWdodDphdXRvO3Bvc2l0aW9uOnJlbGF0aXZlO21hcmdpbi1sZWZ0OjB9LnRiLWltYWdlLXNsaWRlciAuZ2xpZGVfX3NsaWRlLS1jbG9uZXtjdXJzb3I6cG9pbnRlcn0udGItaW1hZ2Utc2xpZGVyIC5nbGlkZV9fc2xpZGUgaW1ne3dpZHRoOjEwMCU7ZmxvYXQ6bm9uZSAhaW1wb3J0YW50fS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlX192aWV3e3dpZHRoOjEwMCU7dHJhbnNpdGlvbjpvcGFjaXR5IDM1MG1zIGVhc2UtaW4tb3V0O3Bvc2l0aW9uOnJlbGF0aXZlfS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlX192aWV3IGltZ3stby1vYmplY3QtZml0OmNvbnRhaW47b2JqZWN0LWZpdDpjb250YWluO3dpZHRoOjEwMCU7ZmxvYXQ6bm9uZSAhaW1wb3J0YW50fS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlX192aWV3LS1mYWRlLW91dHtvcGFjaXR5OjB9LnRiLWltYWdlLXNsaWRlciAuZ2xpZGVfX3ZpZXctLWZhZGUtaW57b3BhY2l0eToxfS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlX19hcnJvd3tib3JkZXI6bm9uZTtwb3NpdGlvbjphYnNvbHV0ZTt6LWluZGV4OjEwO3RvcDo1MCU7ZGlzcGxheTppbmxpbmUtZmxleDtqdXN0aWZ5LWNvbnRlbnQ6Y2VudGVyO2FsaWduLWl0ZW1zOmNlbnRlcjt3aWR0aDo0MHB4O2hlaWdodDo0MHB4O3RleHQtYWxpZ246Y2VudGVyO3BhZGRpbmc6MDtjdXJzb3I6cG9pbnRlcjt0cmFuc2Zvcm06dHJhbnNsYXRlWSgtNTAlKTtib3JkZXItcmFkaXVzOjUwcHg7dHJhbnNpdGlvbjphbGwgMC4ycyBsaW5lYXI7YmFja2dyb3VuZDpyZ2JhKDI1NSwyNTUsMjU1LDAuNyl9LnRiLWltYWdlLXNsaWRlciAuZ2xpZGVfX2Fycm93OmZvY3Vze291dGxpbmU6bm9uZTtib3gtc2hhZG93OjAgMCA1cHggIzY2NjtiYWNrZ3JvdW5kOnJnYmEoMjU1LDI1NSwyNTUsMC43KTtvcGFjaXR5OjF9LnRiLWltYWdlLXNsaWRlciAuZ2xpZGVfX2Fycm93OmhvdmVye2JhY2tncm91bmQ6cmdiYSgyNTUsMjU1LDI1NSwwLjkpfS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlX19hcnJvdy0tbGVmdHtsZWZ0OjVweH0udGItaW1hZ2Utc2xpZGVyIC5nbGlkZV9fYXJyb3ctLWxlZnQgc3Zne21hcmdpbi1sZWZ0Oi0xcHh9LnRiLWltYWdlLXNsaWRlciAuZ2xpZGVfX2Fycm93LS1sZWZ0IHNwYW4udGItc2xpZGVyLWxlZnQtYXJyb3d7ZGlzcGxheTppbmxpbmUtYmxvY2s7d2lkdGg6MjVweDtoZWlnaHQ6MjVweDtiYWNrZ3JvdW5kLWltYWdlOnVybCgiZGF0YTppbWFnZS9zdmcreG1sLCUzQ3N2ZyB4bWxucz0naHR0cDovL3d3dy53My5vcmcvMjAwMC9zdmcnIHZpZXdCb3g9JzAgMCAxMjkgMTI5JyB3aWR0aD0nMjUnIGhlaWdodD0nMjUnJTNFJTNDZyUzRSUzQ3BhdGggZD0nbTcwLDkzLjVjMC44LDAuOCAxLjgsMS4yIDIuOSwxLjIgMSwwIDIuMS0wLjQgMi45LTEuMiAxLjYtMS42IDEuNi00LjIgMC01LjhsLTIzLjUtMjMuNSAyMy41LTIzLjVjMS42LTEuNiAxLjYtNC4yIDAtNS44cy00LjItMS42LTUuOCwwbC0yNi40LDI2LjRjLTAuOCwwLjgtMS4yLDEuOC0xLjIsMi45czAuNCwyLjEgMS4yLDIuOWwyNi40LDI2LjR6JyBmaWxsPSclMjM2NjYnLyUzRSUzQy9nJTNFJTNDL3N2ZyUzRSIpfS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlX19hcnJvdy0tcmlnaHR7cmlnaHQ6NXB4fS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlX19hcnJvdy0tcmlnaHQgc3Zne21hcmdpbi1yaWdodDotMXB4fS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlX19hcnJvdy0tcmlnaHQgc3Bhbi50Yi1zbGlkZXItcmlnaHQtYXJyb3d7ZGlzcGxheTppbmxpbmUtYmxvY2s7d2lkdGg6MjVweDtoZWlnaHQ6MjVweDtiYWNrZ3JvdW5kLWltYWdlOnVybCgiZGF0YTppbWFnZS9zdmcreG1sLCUzQ3N2ZyB4bWxucz0naHR0cDovL3d3dy53My5vcmcvMjAwMC9zdmcnIHZpZXdCb3g9JzAgMCAxMjkgMTI5JyB3aWR0aD0nMjUnIGhlaWdodD0nMjUnJTNFJTNDZyUzRSUzQ3BhdGggZD0nbTUxLjEsOTMuNWMwLjgsMC44IDEuOCwxLjIgMi45LDEuMiAxLDAgMi4xLTAuNCAyLjktMS4ybDI2LjQtMjYuNGMwLjgtMC44IDEuMi0xLjggMS4yLTIuOSAwLTEuMS0wLjQtMi4xLTEuMi0yLjlsLTI2LjQtMjYuNGMtMS42LTEuNi00LjItMS42LTUuOCwwLTEuNiwxLjYtMS42LDQuMiAwLDUuOGwyMy41LDIzLjUtMjMuNSwyMy41Yy0xLjYsMS42LTEuNiw0LjIgMCw1Ljh6JyBmaWxsPSclMjM2NjYnLyUzRSUzQy9nJTNFJTNDL3N2ZyUzRSIpfS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlOmhvdmVyIC5nbGlkZV9fYXJyb3csLnRiLWltYWdlLXNsaWRlciAuZ2xpZGU6Zm9jdXMgLmdsaWRlX19hcnJvd3tvcGFjaXR5OjF9LnRiLWltYWdlLXNsaWRlci0tY3JvcCAuZ2xpZGVfX3NsaWRlIGltZ3stby1vYmplY3QtZml0OmNvdmVyO29iamVjdC1maXQ6Y292ZXI7aGVpZ2h0OjEwMCUgIWltcG9ydGFudH0udGItaW1hZ2Utc2xpZGVyIC5nbGlkZV9fc2xpZGVze2xpc3Qtc3R5bGUtdHlwZTpub25lO3BhZGRpbmctbGVmdDowO21hcmdpbi1sZWZ0OmF1dG99LnRiLWltYWdlLXNsaWRlcl9fY2FwdGlvbntwb3NpdGlvbjphYnNvbHV0ZTtib3R0b206MDt3aWR0aDoxMDAlO2JhY2tncm91bmQ6cmdiYSgyNTUsMjU1LDI1NSwwLjYpO3RleHQtYWxpZ246Y2VudGVyO2NvbG9yOiMzMzN9LnRiLWltYWdlLXNsaWRlcl9fY2FwdGlvbiA6ZW1wdHl7YmFja2dyb3VuZDp0cmFuc3BhcmVudCAhaW1wb3J0YW50O21hcmdpbjowO3BhZGRpbmc6MH0udGItaW1hZ2Utc2xpZGVyX19jYXB0aW9uIGZpZ2NhcHRpb257cGFkZGluZzo1cHggMnB4O21hcmdpbi10b3A6NXB4fUBtZWRpYSBvbmx5IHNjcmVlbiBhbmQgKG1heC13aWR0aDogNzgxcHgpIHsgLnRiLWltYWdlLXNsaWRlci0tY2Fyb3VzZWx7b3BhY2l0eTowO2RpcmVjdGlvbjpsdHJ9LnRiLWltYWdlLXNsaWRlciAuZ2xpZGV7cG9zaXRpb246cmVsYXRpdmV9LnRiLWltYWdlLXNsaWRlciAuZ2xpZGVfX3NsaWRle2hlaWdodDphdXRvO3Bvc2l0aW9uOnJlbGF0aXZlO21hcmdpbi1sZWZ0OjB9LnRiLWltYWdlLXNsaWRlciAuZ2xpZGVfX3NsaWRlLS1jbG9uZXtjdXJzb3I6cG9pbnRlcn0udGItaW1hZ2Utc2xpZGVyIC5nbGlkZV9fc2xpZGUgaW1ne3dpZHRoOjEwMCU7ZmxvYXQ6bm9uZSAhaW1wb3J0YW50fS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlX192aWV3e3dpZHRoOjEwMCU7dHJhbnNpdGlvbjpvcGFjaXR5IDM1MG1zIGVhc2UtaW4tb3V0O3Bvc2l0aW9uOnJlbGF0aXZlfS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlX192aWV3IGltZ3stby1vYmplY3QtZml0OmNvbnRhaW47b2JqZWN0LWZpdDpjb250YWluO3dpZHRoOjEwMCU7ZmxvYXQ6bm9uZSAhaW1wb3J0YW50fS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlX192aWV3LS1mYWRlLW91dHtvcGFjaXR5OjB9LnRiLWltYWdlLXNsaWRlciAuZ2xpZGVfX3ZpZXctLWZhZGUtaW57b3BhY2l0eToxfS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlX19hcnJvd3tib3JkZXI6bm9uZTtwb3NpdGlvbjphYnNvbHV0ZTt6LWluZGV4OjEwO3RvcDo1MCU7ZGlzcGxheTppbmxpbmUtZmxleDtqdXN0aWZ5LWNvbnRlbnQ6Y2VudGVyO2FsaWduLWl0ZW1zOmNlbnRlcjt3aWR0aDo0MHB4O2hlaWdodDo0MHB4O3RleHQtYWxpZ246Y2VudGVyO3BhZGRpbmc6MDtjdXJzb3I6cG9pbnRlcjt0cmFuc2Zvcm06dHJhbnNsYXRlWSgtNTAlKTtib3JkZXItcmFkaXVzOjUwcHg7dHJhbnNpdGlvbjphbGwgMC4ycyBsaW5lYXI7YmFja2dyb3VuZDpyZ2JhKDI1NSwyNTUsMjU1LDAuNyl9LnRiLWltYWdlLXNsaWRlciAuZ2xpZGVfX2Fycm93OmZvY3Vze291dGxpbmU6bm9uZTtib3gtc2hhZG93OjAgMCA1cHggIzY2NjtiYWNrZ3JvdW5kOnJnYmEoMjU1LDI1NSwyNTUsMC43KTtvcGFjaXR5OjF9LnRiLWltYWdlLXNsaWRlciAuZ2xpZGVfX2Fycm93OmhvdmVye2JhY2tncm91bmQ6cmdiYSgyNTUsMjU1LDI1NSwwLjkpfS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlX19hcnJvdy0tbGVmdHtsZWZ0OjVweH0udGItaW1hZ2Utc2xpZGVyIC5nbGlkZV9fYXJyb3ctLWxlZnQgc3Zne21hcmdpbi1sZWZ0Oi0xcHh9LnRiLWltYWdlLXNsaWRlciAuZ2xpZGVfX2Fycm93LS1sZWZ0IHNwYW4udGItc2xpZGVyLWxlZnQtYXJyb3d7ZGlzcGxheTppbmxpbmUtYmxvY2s7d2lkdGg6MjVweDtoZWlnaHQ6MjVweDtiYWNrZ3JvdW5kLWltYWdlOnVybCgiZGF0YTppbWFnZS9zdmcreG1sLCUzQ3N2ZyB4bWxucz0naHR0cDovL3d3dy53My5vcmcvMjAwMC9zdmcnIHZpZXdCb3g9JzAgMCAxMjkgMTI5JyB3aWR0aD0nMjUnIGhlaWdodD0nMjUnJTNFJTNDZyUzRSUzQ3BhdGggZD0nbTcwLDkzLjVjMC44LDAuOCAxLjgsMS4yIDIuOSwxLjIgMSwwIDIuMS0wLjQgMi45LTEuMiAxLjYtMS42IDEuNi00LjIgMC01LjhsLTIzLjUtMjMuNSAyMy41LTIzLjVjMS42LTEuNiAxLjYtNC4yIDAtNS44cy00LjItMS42LTUuOCwwbC0yNi40LDI2LjRjLTAuOCwwLjgtMS4yLDEuOC0xLjIsMi45czAuNCwyLjEgMS4yLDIuOWwyNi40LDI2LjR6JyBmaWxsPSclMjM2NjYnLyUzRSUzQy9nJTNFJTNDL3N2ZyUzRSIpfS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlX19hcnJvdy0tcmlnaHR7cmlnaHQ6NXB4fS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlX19hcnJvdy0tcmlnaHQgc3Zne21hcmdpbi1yaWdodDotMXB4fS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlX19hcnJvdy0tcmlnaHQgc3Bhbi50Yi1zbGlkZXItcmlnaHQtYXJyb3d7ZGlzcGxheTppbmxpbmUtYmxvY2s7d2lkdGg6MjVweDtoZWlnaHQ6MjVweDtiYWNrZ3JvdW5kLWltYWdlOnVybCgiZGF0YTppbWFnZS9zdmcreG1sLCUzQ3N2ZyB4bWxucz0naHR0cDovL3d3dy53My5vcmcvMjAwMC9zdmcnIHZpZXdCb3g9JzAgMCAxMjkgMTI5JyB3aWR0aD0nMjUnIGhlaWdodD0nMjUnJTNFJTNDZyUzRSUzQ3BhdGggZD0nbTUxLjEsOTMuNWMwLjgsMC44IDEuOCwxLjIgMi45LDEuMiAxLDAgMi4xLTAuNCAyLjktMS4ybDI2LjQtMjYuNGMwLjgtMC44IDEuMi0xLjggMS4yLTIuOSAwLTEuMS0wLjQtMi4xLTEuMi0yLjlsLTI2LjQtMjYuNGMtMS42LTEuNi00LjItMS42LTUuOCwwLTEuNiwxLjYtMS42LDQuMiAwLDUuOGwyMy41LDIzLjUtMjMuNSwyMy41Yy0xLjYsMS42LTEuNiw0LjIgMCw1Ljh6JyBmaWxsPSclMjM2NjYnLyUzRSUzQy9nJTNFJTNDL3N2ZyUzRSIpfS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlOmhvdmVyIC5nbGlkZV9fYXJyb3csLnRiLWltYWdlLXNsaWRlciAuZ2xpZGU6Zm9jdXMgLmdsaWRlX19hcnJvd3tvcGFjaXR5OjF9LnRiLWltYWdlLXNsaWRlci0tY3JvcCAuZ2xpZGVfX3NsaWRlIGltZ3stby1vYmplY3QtZml0OmNvdmVyO29iamVjdC1maXQ6Y292ZXI7aGVpZ2h0OjEwMCUgIWltcG9ydGFudH0udGItaW1hZ2Utc2xpZGVyIC5nbGlkZV9fc2xpZGVze2xpc3Qtc3R5bGUtdHlwZTpub25lO3BhZGRpbmctbGVmdDowO21hcmdpbi1sZWZ0OmF1dG99LnRiLWltYWdlLXNsaWRlcl9fY2FwdGlvbntwb3NpdGlvbjphYnNvbHV0ZTtib3R0b206MDt3aWR0aDoxMDAlO2JhY2tncm91bmQ6cmdiYSgyNTUsMjU1LDI1NSwwLjYpO3RleHQtYWxpZ246Y2VudGVyO2NvbG9yOiMzMzN9LnRiLWltYWdlLXNsaWRlcl9fY2FwdGlvbiA6ZW1wdHl7YmFja2dyb3VuZDp0cmFuc3BhcmVudCAhaW1wb3J0YW50O21hcmdpbjowO3BhZGRpbmc6MH0udGItaW1hZ2Utc2xpZGVyX19jYXB0aW9uIGZpZ2NhcHRpb257cGFkZGluZzo1cHggMnB4O21hcmdpbi10b3A6NXB4fSB9IEBtZWRpYSBvbmx5IHNjcmVlbiBhbmQgKG1heC13aWR0aDogNTk5cHgpIHsgLnRiLWltYWdlLXNsaWRlci0tY2Fyb3VzZWx7b3BhY2l0eTowO2RpcmVjdGlvbjpsdHJ9LnRiLWltYWdlLXNsaWRlciAuZ2xpZGV7cG9zaXRpb246cmVsYXRpdmV9LnRiLWltYWdlLXNsaWRlciAuZ2xpZGVfX3NsaWRle2hlaWdodDphdXRvO3Bvc2l0aW9uOnJlbGF0aXZlO21hcmdpbi1sZWZ0OjB9LnRiLWltYWdlLXNsaWRlciAuZ2xpZGVfX3NsaWRlLS1jbG9uZXtjdXJzb3I6cG9pbnRlcn0udGItaW1hZ2Utc2xpZGVyIC5nbGlkZV9fc2xpZGUgaW1ne3dpZHRoOjEwMCU7ZmxvYXQ6bm9uZSAhaW1wb3J0YW50fS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlX192aWV3e3dpZHRoOjEwMCU7dHJhbnNpdGlvbjpvcGFjaXR5IDM1MG1zIGVhc2UtaW4tb3V0O3Bvc2l0aW9uOnJlbGF0aXZlfS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlX192aWV3IGltZ3stby1vYmplY3QtZml0OmNvbnRhaW47b2JqZWN0LWZpdDpjb250YWluO3dpZHRoOjEwMCU7ZmxvYXQ6bm9uZSAhaW1wb3J0YW50fS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlX192aWV3LS1mYWRlLW91dHtvcGFjaXR5OjB9LnRiLWltYWdlLXNsaWRlciAuZ2xpZGVfX3ZpZXctLWZhZGUtaW57b3BhY2l0eToxfS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlX19hcnJvd3tib3JkZXI6bm9uZTtwb3NpdGlvbjphYnNvbHV0ZTt6LWluZGV4OjEwO3RvcDo1MCU7ZGlzcGxheTppbmxpbmUtZmxleDtqdXN0aWZ5LWNvbnRlbnQ6Y2VudGVyO2FsaWduLWl0ZW1zOmNlbnRlcjt3aWR0aDo0MHB4O2hlaWdodDo0MHB4O3RleHQtYWxpZ246Y2VudGVyO3BhZGRpbmc6MDtjdXJzb3I6cG9pbnRlcjt0cmFuc2Zvcm06dHJhbnNsYXRlWSgtNTAlKTtib3JkZXItcmFkaXVzOjUwcHg7dHJhbnNpdGlvbjphbGwgMC4ycyBsaW5lYXI7YmFja2dyb3VuZDpyZ2JhKDI1NSwyNTUsMjU1LDAuNyl9LnRiLWltYWdlLXNsaWRlciAuZ2xpZGVfX2Fycm93OmZvY3Vze291dGxpbmU6bm9uZTtib3gtc2hhZG93OjAgMCA1cHggIzY2NjtiYWNrZ3JvdW5kOnJnYmEoMjU1LDI1NSwyNTUsMC43KTtvcGFjaXR5OjF9LnRiLWltYWdlLXNsaWRlciAuZ2xpZGVfX2Fycm93OmhvdmVye2JhY2tncm91bmQ6cmdiYSgyNTUsMjU1LDI1NSwwLjkpfS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlX19hcnJvdy0tbGVmdHtsZWZ0OjVweH0udGItaW1hZ2Utc2xpZGVyIC5nbGlkZV9fYXJyb3ctLWxlZnQgc3Zne21hcmdpbi1sZWZ0Oi0xcHh9LnRiLWltYWdlLXNsaWRlciAuZ2xpZGVfX2Fycm93LS1sZWZ0IHNwYW4udGItc2xpZGVyLWxlZnQtYXJyb3d7ZGlzcGxheTppbmxpbmUtYmxvY2s7d2lkdGg6MjVweDtoZWlnaHQ6MjVweDtiYWNrZ3JvdW5kLWltYWdlOnVybCgiZGF0YTppbWFnZS9zdmcreG1sLCUzQ3N2ZyB4bWxucz0naHR0cDovL3d3dy53My5vcmcvMjAwMC9zdmcnIHZpZXdCb3g9JzAgMCAxMjkgMTI5JyB3aWR0aD0nMjUnIGhlaWdodD0nMjUnJTNFJTNDZyUzRSUzQ3BhdGggZD0nbTcwLDkzLjVjMC44LDAuOCAxLjgsMS4yIDIuOSwxLjIgMSwwIDIuMS0wLjQgMi45LTEuMiAxLjYtMS42IDEuNi00LjIgMC01LjhsLTIzLjUtMjMuNSAyMy41LTIzLjVjMS42LTEuNiAxLjYtNC4yIDAtNS44cy00LjItMS42LTUuOCwwbC0yNi40LDI2LjRjLTAuOCwwLjgtMS4yLDEuOC0xLjIsMi45czAuNCwyLjEgMS4yLDIuOWwyNi40LDI2LjR6JyBmaWxsPSclMjM2NjYnLyUzRSUzQy9nJTNFJTNDL3N2ZyUzRSIpfS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlX19hcnJvdy0tcmlnaHR7cmlnaHQ6NXB4fS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlX19hcnJvdy0tcmlnaHQgc3Zne21hcmdpbi1yaWdodDotMXB4fS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlX19hcnJvdy0tcmlnaHQgc3Bhbi50Yi1zbGlkZXItcmlnaHQtYXJyb3d7ZGlzcGxheTppbmxpbmUtYmxvY2s7d2lkdGg6MjVweDtoZWlnaHQ6MjVweDtiYWNrZ3JvdW5kLWltYWdlOnVybCgiZGF0YTppbWFnZS9zdmcreG1sLCUzQ3N2ZyB4bWxucz0naHR0cDovL3d3dy53My5vcmcvMjAwMC9zdmcnIHZpZXdCb3g9JzAgMCAxMjkgMTI5JyB3aWR0aD0nMjUnIGhlaWdodD0nMjUnJTNFJTNDZyUzRSUzQ3BhdGggZD0nbTUxLjEsOTMuNWMwLjgsMC44IDEuOCwxLjIgMi45LDEuMiAxLDAgMi4xLTAuNCAyLjktMS4ybDI2LjQtMjYuNGMwLjgtMC44IDEuMi0xLjggMS4yLTIuOSAwLTEuMS0wLjQtMi4xLTEuMi0yLjlsLTI2LjQtMjYuNGMtMS42LTEuNi00LjItMS42LTUuOCwwLTEuNiwxLjYtMS42LDQuMiAwLDUuOGwyMy41LDIzLjUtMjMuNSwyMy41Yy0xLjYsMS42LTEuNiw0LjIgMCw1Ljh6JyBmaWxsPSclMjM2NjYnLyUzRSUzQy9nJTNFJTNDL3N2ZyUzRSIpfS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlOmhvdmVyIC5nbGlkZV9fYXJyb3csLnRiLWltYWdlLXNsaWRlciAuZ2xpZGU6Zm9jdXMgLmdsaWRlX19hcnJvd3tvcGFjaXR5OjF9LnRiLWltYWdlLXNsaWRlci0tY3JvcCAuZ2xpZGVfX3NsaWRlIGltZ3stby1vYmplY3QtZml0OmNvdmVyO29iamVjdC1maXQ6Y292ZXI7aGVpZ2h0OjEwMCUgIWltcG9ydGFudH0udGItaW1hZ2Utc2xpZGVyIC5nbGlkZV9fc2xpZGVze2xpc3Qtc3R5bGUtdHlwZTpub25lO3BhZGRpbmctbGVmdDowO21hcmdpbi1sZWZ0OmF1dG99LnRiLWltYWdlLXNsaWRlcl9fY2FwdGlvbntwb3NpdGlvbjphYnNvbHV0ZTtib3R0b206MDt3aWR0aDoxMDAlO2JhY2tncm91bmQ6cmdiYSgyNTUsMjU1LDI1NSwwLjYpO3RleHQtYWxpZ246Y2VudGVyO2NvbG9yOiMzMzN9LnRiLWltYWdlLXNsaWRlcl9fY2FwdGlvbiA6ZW1wdHl7YmFja2dyb3VuZDp0cmFuc3BhcmVudCAhaW1wb3J0YW50O21hcmdpbjowO3BhZGRpbmc6MH0udGItaW1hZ2Utc2xpZGVyX19jYXB0aW9uIGZpZ2NhcHRpb257cGFkZGluZzo1cHggMnB4O21hcmdpbi10b3A6NXB4fSB9IA==
19/10/2021
Ticarət üçün klikləyin: EU4Digital e-kommersiya qurmaq üçün Azərbaycana kömək edir
Elektron ticarət (e-kommersiya) malların sərhədlərarası mübadiləsini asanlaşdıraraq, mövcud məhsul çeşidini ar…
Daha çox oxu - LnRiLWltYWdlLXNsaWRlci0tY2Fyb3VzZWx7b3BhY2l0eTowO2RpcmVjdGlvbjpsdHJ9LnRiLWltYWdlLXNsaWRlciAuZ2xpZGV7cG9zaXRpb246cmVsYXRpdmV9LnRiLWltYWdlLXNsaWRlciAuZ2xpZGVfX3NsaWRle2hlaWdodDphdXRvO3Bvc2l0aW9uOnJlbGF0aXZlO21hcmdpbi1sZWZ0OjB9LnRiLWltYWdlLXNsaWRlciAuZ2xpZGVfX3NsaWRlLS1jbG9uZXtjdXJzb3I6cG9pbnRlcn0udGItaW1hZ2Utc2xpZGVyIC5nbGlkZV9fc2xpZGUgaW1ne3dpZHRoOjEwMCU7ZmxvYXQ6bm9uZSAhaW1wb3J0YW50fS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlX192aWV3e3dpZHRoOjEwMCU7dHJhbnNpdGlvbjpvcGFjaXR5IDM1MG1zIGVhc2UtaW4tb3V0O3Bvc2l0aW9uOnJlbGF0aXZlfS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlX192aWV3IGltZ3stby1vYmplY3QtZml0OmNvbnRhaW47b2JqZWN0LWZpdDpjb250YWluO3dpZHRoOjEwMCU7ZmxvYXQ6bm9uZSAhaW1wb3J0YW50fS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlX192aWV3LS1mYWRlLW91dHtvcGFjaXR5OjB9LnRiLWltYWdlLXNsaWRlciAuZ2xpZGVfX3ZpZXctLWZhZGUtaW57b3BhY2l0eToxfS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlX19hcnJvd3tib3JkZXI6bm9uZTtwb3NpdGlvbjphYnNvbHV0ZTt6LWluZGV4OjEwO3RvcDo1MCU7ZGlzcGxheTppbmxpbmUtZmxleDtqdXN0aWZ5LWNvbnRlbnQ6Y2VudGVyO2FsaWduLWl0ZW1zOmNlbnRlcjt3aWR0aDo0MHB4O2hlaWdodDo0MHB4O3RleHQtYWxpZ246Y2VudGVyO3BhZGRpbmc6MDtjdXJzb3I6cG9pbnRlcjt0cmFuc2Zvcm06dHJhbnNsYXRlWSgtNTAlKTtib3JkZXItcmFkaXVzOjUwcHg7dHJhbnNpdGlvbjphbGwgMC4ycyBsaW5lYXI7YmFja2dyb3VuZDpyZ2JhKDI1NSwyNTUsMjU1LDAuNyl9LnRiLWltYWdlLXNsaWRlciAuZ2xpZGVfX2Fycm93OmZvY3Vze291dGxpbmU6bm9uZTtib3gtc2hhZG93OjAgMCA1cHggIzY2NjtiYWNrZ3JvdW5kOnJnYmEoMjU1LDI1NSwyNTUsMC43KTtvcGFjaXR5OjF9LnRiLWltYWdlLXNsaWRlciAuZ2xpZGVfX2Fycm93OmhvdmVye2JhY2tncm91bmQ6cmdiYSgyNTUsMjU1LDI1NSwwLjkpfS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlX19hcnJvdy0tbGVmdHtsZWZ0OjVweH0udGItaW1hZ2Utc2xpZGVyIC5nbGlkZV9fYXJyb3ctLWxlZnQgc3Zne21hcmdpbi1sZWZ0Oi0xcHh9LnRiLWltYWdlLXNsaWRlciAuZ2xpZGVfX2Fycm93LS1sZWZ0IHNwYW4udGItc2xpZGVyLWxlZnQtYXJyb3d7ZGlzcGxheTppbmxpbmUtYmxvY2s7d2lkdGg6MjVweDtoZWlnaHQ6MjVweDtiYWNrZ3JvdW5kLWltYWdlOnVybCgiZGF0YTppbWFnZS9zdmcreG1sLCUzQ3N2ZyB4bWxucz0naHR0cDovL3d3dy53My5vcmcvMjAwMC9zdmcnIHZpZXdCb3g9JzAgMCAxMjkgMTI5JyB3aWR0aD0nMjUnIGhlaWdodD0nMjUnJTNFJTNDZyUzRSUzQ3BhdGggZD0nbTcwLDkzLjVjMC44LDAuOCAxLjgsMS4yIDIuOSwxLjIgMSwwIDIuMS0wLjQgMi45LTEuMiAxLjYtMS42IDEuNi00LjIgMC01LjhsLTIzLjUtMjMuNSAyMy41LTIzLjVjMS42LTEuNiAxLjYtNC4yIDAtNS44cy00LjItMS42LTUuOCwwbC0yNi40LDI2LjRjLTAuOCwwLjgtMS4yLDEuOC0xLjIsMi45czAuNCwyLjEgMS4yLDIuOWwyNi40LDI2LjR6JyBmaWxsPSclMjM2NjYnLyUzRSUzQy9nJTNFJTNDL3N2ZyUzRSIpfS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlX19hcnJvdy0tcmlnaHR7cmlnaHQ6NXB4fS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlX19hcnJvdy0tcmlnaHQgc3Zne21hcmdpbi1yaWdodDotMXB4fS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlX19hcnJvdy0tcmlnaHQgc3Bhbi50Yi1zbGlkZXItcmlnaHQtYXJyb3d7ZGlzcGxheTppbmxpbmUtYmxvY2s7d2lkdGg6MjVweDtoZWlnaHQ6MjVweDtiYWNrZ3JvdW5kLWltYWdlOnVybCgiZGF0YTppbWFnZS9zdmcreG1sLCUzQ3N2ZyB4bWxucz0naHR0cDovL3d3dy53My5vcmcvMjAwMC9zdmcnIHZpZXdCb3g9JzAgMCAxMjkgMTI5JyB3aWR0aD0nMjUnIGhlaWdodD0nMjUnJTNFJTNDZyUzRSUzQ3BhdGggZD0nbTUxLjEsOTMuNWMwLjgsMC44IDEuOCwxLjIgMi45LDEuMiAxLDAgMi4xLTAuNCAyLjktMS4ybDI2LjQtMjYuNGMwLjgtMC44IDEuMi0xLjggMS4yLTIuOSAwLTEuMS0wLjQtMi4xLTEuMi0yLjlsLTI2LjQtMjYuNGMtMS42LTEuNi00LjItMS42LTUuOCwwLTEuNiwxLjYtMS42LDQuMiAwLDUuOGwyMy41LDIzLjUtMjMuNSwyMy41Yy0xLjYsMS42LTEuNiw0LjIgMCw1Ljh6JyBmaWxsPSclMjM2NjYnLyUzRSUzQy9nJTNFJTNDL3N2ZyUzRSIpfS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlOmhvdmVyIC5nbGlkZV9fYXJyb3csLnRiLWltYWdlLXNsaWRlciAuZ2xpZGU6Zm9jdXMgLmdsaWRlX19hcnJvd3tvcGFjaXR5OjF9LnRiLWltYWdlLXNsaWRlci0tY3JvcCAuZ2xpZGVfX3NsaWRlIGltZ3stby1vYmplY3QtZml0OmNvdmVyO29iamVjdC1maXQ6Y292ZXI7aGVpZ2h0OjEwMCUgIWltcG9ydGFudH0udGItaW1hZ2Utc2xpZGVyIC5nbGlkZV9fc2xpZGVze2xpc3Qtc3R5bGUtdHlwZTpub25lO3BhZGRpbmctbGVmdDowO21hcmdpbi1sZWZ0OmF1dG99LnRiLWltYWdlLXNsaWRlcl9fY2FwdGlvbntwb3NpdGlvbjphYnNvbHV0ZTtib3R0b206MDt3aWR0aDoxMDAlO2JhY2tncm91bmQ6cmdiYSgyNTUsMjU1LDI1NSwwLjYpO3RleHQtYWxpZ246Y2VudGVyO2NvbG9yOiMzMzN9LnRiLWltYWdlLXNsaWRlcl9fY2FwdGlvbiA6ZW1wdHl7YmFja2dyb3VuZDp0cmFuc3BhcmVudCAhaW1wb3J0YW50O21hcmdpbjowO3BhZGRpbmc6MH0udGItaW1hZ2Utc2xpZGVyX19jYXB0aW9uIGZpZ2NhcHRpb257cGFkZGluZzo1cHggMnB4O21hcmdpbi10b3A6NXB4fUBtZWRpYSBvbmx5IHNjcmVlbiBhbmQgKG1heC13aWR0aDogNzgxcHgpIHsgLnRiLWltYWdlLXNsaWRlci0tY2Fyb3VzZWx7b3BhY2l0eTowO2RpcmVjdGlvbjpsdHJ9LnRiLWltYWdlLXNsaWRlciAuZ2xpZGV7cG9zaXRpb246cmVsYXRpdmV9LnRiLWltYWdlLXNsaWRlciAuZ2xpZGVfX3NsaWRle2hlaWdodDphdXRvO3Bvc2l0aW9uOnJlbGF0aXZlO21hcmdpbi1sZWZ0OjB9LnRiLWltYWdlLXNsaWRlciAuZ2xpZGVfX3NsaWRlLS1jbG9uZXtjdXJzb3I6cG9pbnRlcn0udGItaW1hZ2Utc2xpZGVyIC5nbGlkZV9fc2xpZGUgaW1ne3dpZHRoOjEwMCU7ZmxvYXQ6bm9uZSAhaW1wb3J0YW50fS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlX192aWV3e3dpZHRoOjEwMCU7dHJhbnNpdGlvbjpvcGFjaXR5IDM1MG1zIGVhc2UtaW4tb3V0O3Bvc2l0aW9uOnJlbGF0aXZlfS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlX192aWV3IGltZ3stby1vYmplY3QtZml0OmNvbnRhaW47b2JqZWN0LWZpdDpjb250YWluO3dpZHRoOjEwMCU7ZmxvYXQ6bm9uZSAhaW1wb3J0YW50fS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlX192aWV3LS1mYWRlLW91dHtvcGFjaXR5OjB9LnRiLWltYWdlLXNsaWRlciAuZ2xpZGVfX3ZpZXctLWZhZGUtaW57b3BhY2l0eToxfS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlX19hcnJvd3tib3JkZXI6bm9uZTtwb3NpdGlvbjphYnNvbHV0ZTt6LWluZGV4OjEwO3RvcDo1MCU7ZGlzcGxheTppbmxpbmUtZmxleDtqdXN0aWZ5LWNvbnRlbnQ6Y2VudGVyO2FsaWduLWl0ZW1zOmNlbnRlcjt3aWR0aDo0MHB4O2hlaWdodDo0MHB4O3RleHQtYWxpZ246Y2VudGVyO3BhZGRpbmc6MDtjdXJzb3I6cG9pbnRlcjt0cmFuc2Zvcm06dHJhbnNsYXRlWSgtNTAlKTtib3JkZXItcmFkaXVzOjUwcHg7dHJhbnNpdGlvbjphbGwgMC4ycyBsaW5lYXI7YmFja2dyb3VuZDpyZ2JhKDI1NSwyNTUsMjU1LDAuNyl9LnRiLWltYWdlLXNsaWRlciAuZ2xpZGVfX2Fycm93OmZvY3Vze291dGxpbmU6bm9uZTtib3gtc2hhZG93OjAgMCA1cHggIzY2NjtiYWNrZ3JvdW5kOnJnYmEoMjU1LDI1NSwyNTUsMC43KTtvcGFjaXR5OjF9LnRiLWltYWdlLXNsaWRlciAuZ2xpZGVfX2Fycm93OmhvdmVye2JhY2tncm91bmQ6cmdiYSgyNTUsMjU1LDI1NSwwLjkpfS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlX19hcnJvdy0tbGVmdHtsZWZ0OjVweH0udGItaW1hZ2Utc2xpZGVyIC5nbGlkZV9fYXJyb3ctLWxlZnQgc3Zne21hcmdpbi1sZWZ0Oi0xcHh9LnRiLWltYWdlLXNsaWRlciAuZ2xpZGVfX2Fycm93LS1sZWZ0IHNwYW4udGItc2xpZGVyLWxlZnQtYXJyb3d7ZGlzcGxheTppbmxpbmUtYmxvY2s7d2lkdGg6MjVweDtoZWlnaHQ6MjVweDtiYWNrZ3JvdW5kLWltYWdlOnVybCgiZGF0YTppbWFnZS9zdmcreG1sLCUzQ3N2ZyB4bWxucz0naHR0cDovL3d3dy53My5vcmcvMjAwMC9zdmcnIHZpZXdCb3g9JzAgMCAxMjkgMTI5JyB3aWR0aD0nMjUnIGhlaWdodD0nMjUnJTNFJTNDZyUzRSUzQ3BhdGggZD0nbTcwLDkzLjVjMC44LDAuOCAxLjgsMS4yIDIuOSwxLjIgMSwwIDIuMS0wLjQgMi45LTEuMiAxLjYtMS42IDEuNi00LjIgMC01LjhsLTIzLjUtMjMuNSAyMy41LTIzLjVjMS42LTEuNiAxLjYtNC4yIDAtNS44cy00LjItMS42LTUuOCwwbC0yNi40LDI2LjRjLTAuOCwwLjgtMS4yLDEuOC0xLjIsMi45czAuNCwyLjEgMS4yLDIuOWwyNi40LDI2LjR6JyBmaWxsPSclMjM2NjYnLyUzRSUzQy9nJTNFJTNDL3N2ZyUzRSIpfS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlX19hcnJvdy0tcmlnaHR7cmlnaHQ6NXB4fS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlX19hcnJvdy0tcmlnaHQgc3Zne21hcmdpbi1yaWdodDotMXB4fS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlX19hcnJvdy0tcmlnaHQgc3Bhbi50Yi1zbGlkZXItcmlnaHQtYXJyb3d7ZGlzcGxheTppbmxpbmUtYmxvY2s7d2lkdGg6MjVweDtoZWlnaHQ6MjVweDtiYWNrZ3JvdW5kLWltYWdlOnVybCgiZGF0YTppbWFnZS9zdmcreG1sLCUzQ3N2ZyB4bWxucz0naHR0cDovL3d3dy53My5vcmcvMjAwMC9zdmcnIHZpZXdCb3g9JzAgMCAxMjkgMTI5JyB3aWR0aD0nMjUnIGhlaWdodD0nMjUnJTNFJTNDZyUzRSUzQ3BhdGggZD0nbTUxLjEsOTMuNWMwLjgsMC44IDEuOCwxLjIgMi45LDEuMiAxLDAgMi4xLTAuNCAyLjktMS4ybDI2LjQtMjYuNGMwLjgtMC44IDEuMi0xLjggMS4yLTIuOSAwLTEuMS0wLjQtMi4xLTEuMi0yLjlsLTI2LjQtMjYuNGMtMS42LTEuNi00LjItMS42LTUuOCwwLTEuNiwxLjYtMS42LDQuMiAwLDUuOGwyMy41LDIzLjUtMjMuNSwyMy41Yy0xLjYsMS42LTEuNiw0LjIgMCw1Ljh6JyBmaWxsPSclMjM2NjYnLyUzRSUzQy9nJTNFJTNDL3N2ZyUzRSIpfS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlOmhvdmVyIC5nbGlkZV9fYXJyb3csLnRiLWltYWdlLXNsaWRlciAuZ2xpZGU6Zm9jdXMgLmdsaWRlX19hcnJvd3tvcGFjaXR5OjF9LnRiLWltYWdlLXNsaWRlci0tY3JvcCAuZ2xpZGVfX3NsaWRlIGltZ3stby1vYmplY3QtZml0OmNvdmVyO29iamVjdC1maXQ6Y292ZXI7aGVpZ2h0OjEwMCUgIWltcG9ydGFudH0udGItaW1hZ2Utc2xpZGVyIC5nbGlkZV9fc2xpZGVze2xpc3Qtc3R5bGUtdHlwZTpub25lO3BhZGRpbmctbGVmdDowO21hcmdpbi1sZWZ0OmF1dG99LnRiLWltYWdlLXNsaWRlcl9fY2FwdGlvbntwb3NpdGlvbjphYnNvbHV0ZTtib3R0b206MDt3aWR0aDoxMDAlO2JhY2tncm91bmQ6cmdiYSgyNTUsMjU1LDI1NSwwLjYpO3RleHQtYWxpZ246Y2VudGVyO2NvbG9yOiMzMzN9LnRiLWltYWdlLXNsaWRlcl9fY2FwdGlvbiA6ZW1wdHl7YmFja2dyb3VuZDp0cmFuc3BhcmVudCAhaW1wb3J0YW50O21hcmdpbjowO3BhZGRpbmc6MH0udGItaW1hZ2Utc2xpZGVyX19jYXB0aW9uIGZpZ2NhcHRpb257cGFkZGluZzo1cHggMnB4O21hcmdpbi10b3A6NXB4fSB9IEBtZWRpYSBvbmx5IHNjcmVlbiBhbmQgKG1heC13aWR0aDogNTk5cHgpIHsgLnRiLWltYWdlLXNsaWRlci0tY2Fyb3VzZWx7b3BhY2l0eTowO2RpcmVjdGlvbjpsdHJ9LnRiLWltYWdlLXNsaWRlciAuZ2xpZGV7cG9zaXRpb246cmVsYXRpdmV9LnRiLWltYWdlLXNsaWRlciAuZ2xpZGVfX3NsaWRle2hlaWdodDphdXRvO3Bvc2l0aW9uOnJlbGF0aXZlO21hcmdpbi1sZWZ0OjB9LnRiLWltYWdlLXNsaWRlciAuZ2xpZGVfX3NsaWRlLS1jbG9uZXtjdXJzb3I6cG9pbnRlcn0udGItaW1hZ2Utc2xpZGVyIC5nbGlkZV9fc2xpZGUgaW1ne3dpZHRoOjEwMCU7ZmxvYXQ6bm9uZSAhaW1wb3J0YW50fS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlX192aWV3e3dpZHRoOjEwMCU7dHJhbnNpdGlvbjpvcGFjaXR5IDM1MG1zIGVhc2UtaW4tb3V0O3Bvc2l0aW9uOnJlbGF0aXZlfS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlX192aWV3IGltZ3stby1vYmplY3QtZml0OmNvbnRhaW47b2JqZWN0LWZpdDpjb250YWluO3dpZHRoOjEwMCU7ZmxvYXQ6bm9uZSAhaW1wb3J0YW50fS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlX192aWV3LS1mYWRlLW91dHtvcGFjaXR5OjB9LnRiLWltYWdlLXNsaWRlciAuZ2xpZGVfX3ZpZXctLWZhZGUtaW57b3BhY2l0eToxfS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlX19hcnJvd3tib3JkZXI6bm9uZTtwb3NpdGlvbjphYnNvbHV0ZTt6LWluZGV4OjEwO3RvcDo1MCU7ZGlzcGxheTppbmxpbmUtZmxleDtqdXN0aWZ5LWNvbnRlbnQ6Y2VudGVyO2FsaWduLWl0ZW1zOmNlbnRlcjt3aWR0aDo0MHB4O2hlaWdodDo0MHB4O3RleHQtYWxpZ246Y2VudGVyO3BhZGRpbmc6MDtjdXJzb3I6cG9pbnRlcjt0cmFuc2Zvcm06dHJhbnNsYXRlWSgtNTAlKTtib3JkZXItcmFkaXVzOjUwcHg7dHJhbnNpdGlvbjphbGwgMC4ycyBsaW5lYXI7YmFja2dyb3VuZDpyZ2JhKDI1NSwyNTUsMjU1LDAuNyl9LnRiLWltYWdlLXNsaWRlciAuZ2xpZGVfX2Fycm93OmZvY3Vze291dGxpbmU6bm9uZTtib3gtc2hhZG93OjAgMCA1cHggIzY2NjtiYWNrZ3JvdW5kOnJnYmEoMjU1LDI1NSwyNTUsMC43KTtvcGFjaXR5OjF9LnRiLWltYWdlLXNsaWRlciAuZ2xpZGVfX2Fycm93OmhvdmVye2JhY2tncm91bmQ6cmdiYSgyNTUsMjU1LDI1NSwwLjkpfS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlX19hcnJvdy0tbGVmdHtsZWZ0OjVweH0udGItaW1hZ2Utc2xpZGVyIC5nbGlkZV9fYXJyb3ctLWxlZnQgc3Zne21hcmdpbi1sZWZ0Oi0xcHh9LnRiLWltYWdlLXNsaWRlciAuZ2xpZGVfX2Fycm93LS1sZWZ0IHNwYW4udGItc2xpZGVyLWxlZnQtYXJyb3d7ZGlzcGxheTppbmxpbmUtYmxvY2s7d2lkdGg6MjVweDtoZWlnaHQ6MjVweDtiYWNrZ3JvdW5kLWltYWdlOnVybCgiZGF0YTppbWFnZS9zdmcreG1sLCUzQ3N2ZyB4bWxucz0naHR0cDovL3d3dy53My5vcmcvMjAwMC9zdmcnIHZpZXdCb3g9JzAgMCAxMjkgMTI5JyB3aWR0aD0nMjUnIGhlaWdodD0nMjUnJTNFJTNDZyUzRSUzQ3BhdGggZD0nbTcwLDkzLjVjMC44LDAuOCAxLjgsMS4yIDIuOSwxLjIgMSwwIDIuMS0wLjQgMi45LTEuMiAxLjYtMS42IDEuNi00LjIgMC01LjhsLTIzLjUtMjMuNSAyMy41LTIzLjVjMS42LTEuNiAxLjYtNC4yIDAtNS44cy00LjItMS42LTUuOCwwbC0yNi40LDI2LjRjLTAuOCwwLjgtMS4yLDEuOC0xLjIsMi45czAuNCwyLjEgMS4yLDIuOWwyNi40LDI2LjR6JyBmaWxsPSclMjM2NjYnLyUzRSUzQy9nJTNFJTNDL3N2ZyUzRSIpfS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlX19hcnJvdy0tcmlnaHR7cmlnaHQ6NXB4fS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlX19hcnJvdy0tcmlnaHQgc3Zne21hcmdpbi1yaWdodDotMXB4fS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlX19hcnJvdy0tcmlnaHQgc3Bhbi50Yi1zbGlkZXItcmlnaHQtYXJyb3d7ZGlzcGxheTppbmxpbmUtYmxvY2s7d2lkdGg6MjVweDtoZWlnaHQ6MjVweDtiYWNrZ3JvdW5kLWltYWdlOnVybCgiZGF0YTppbWFnZS9zdmcreG1sLCUzQ3N2ZyB4bWxucz0naHR0cDovL3d3dy53My5vcmcvMjAwMC9zdmcnIHZpZXdCb3g9JzAgMCAxMjkgMTI5JyB3aWR0aD0nMjUnIGhlaWdodD0nMjUnJTNFJTNDZyUzRSUzQ3BhdGggZD0nbTUxLjEsOTMuNWMwLjgsMC44IDEuOCwxLjIgMi45LDEuMiAxLDAgMi4xLTAuNCAyLjktMS4ybDI2LjQtMjYuNGMwLjgtMC44IDEuMi0xLjggMS4yLTIuOSAwLTEuMS0wLjQtMi4xLTEuMi0yLjlsLTI2LjQtMjYuNGMtMS42LTEuNi00LjItMS42LTUuOCwwLTEuNiwxLjYtMS42LDQuMiAwLDUuOGwyMy41LDIzLjUtMjMuNSwyMy41Yy0xLjYsMS42LTEuNiw0LjIgMCw1Ljh6JyBmaWxsPSclMjM2NjYnLyUzRSUzQy9nJTNFJTNDL3N2ZyUzRSIpfS50Yi1pbWFnZS1zbGlkZXIgLmdsaWRlOmhvdmVyIC5nbGlkZV9fYXJyb3csLnRiLWltYWdlLXNsaWRlciAuZ2xpZGU6Zm9jdXMgLmdsaWRlX19hcnJvd3tvcGFjaXR5OjF9LnRiLWltYWdlLXNsaWRlci0tY3JvcCAuZ2xpZGVfX3NsaWRlIGltZ3stby1vYmplY3QtZml0OmNvdmVyO29iamVjdC1maXQ6Y292ZXI7aGVpZ2h0OjEwMCUgIWltcG9ydGFudH0udGItaW1hZ2Utc2xpZGVyIC5nbGlkZV9fc2xpZGVze2xpc3Qtc3R5bGUtdHlwZTpub25lO3BhZGRpbmctbGVmdDowO21hcmdpbi1sZWZ0OmF1dG99LnRiLWltYWdlLXNsaWRlcl9fY2FwdGlvbntwb3NpdGlvbjphYnNvbHV0ZTtib3R0b206MDt3aWR0aDoxMDAlO2JhY2tncm91bmQ6cmdiYSgyNTUsMjU1LDI1NSwwLjYpO3RleHQtYWxpZ246Y2VudGVyO2NvbG9yOiMzMzN9LnRiLWltYWdlLXNsaWRlcl9fY2FwdGlvbiA6ZW1wdHl7YmFja2dyb3VuZDp0cmFuc3BhcmVudCAhaW1wb3J0YW50O21hcmdpbjowO3BhZGRpbmc6MH0udGItaW1hZ2Utc2xpZGVyX19jYXB0aW9uIGZpZ2NhcHRpb257cGFkZGluZzo1cHggMnB4O21hcmdpbi10b3A6NXB4fSB9IA==
22/06/2021
Azərbaycanda rəqəmsal gələcək üçün rəqəmsal bacarıqlar inkişaf etdirilməlidir
“İKT-də qadınlar kişilərə nisbətən azdırlar, uğurlu deyillər” və s. bu kimi fikirlər mövcuddur, mən bu fikirlə…
Daha çox oxu

10/11/2021
Elektron imza: rəqəmsal gələcəyə doğru ən mühüm addım
Təsəvvür edin ki, kiçik sahibkarlıq müəssisəniz var və hər gün sənədlərin imzalanmasına saatlarla vaxt itirirs…
Daha çox oxu
19/10/2021
Ticarət üçün klikləyin: EU4Digital e-kommersiya qurmaq üçün Azərbaycana kömək edir
Elektron ticarət (e-kommersiya) malların sərhədlərarası mübadiləsini asanlaşdıraraq, mövcud məhsul çeşidini ar…
Daha çox oxu
22/06/2021
Azərbaycanda rəqəmsal gələcək üçün rəqəmsal bacarıqlar inkişaf etdirilməlidir
“İKT-də qadınlar kişilərə nisbətən azdırlar, uğurlu deyillər” və s. bu kimi fikirlər mövcuddur, mən bu fikirlə…
Daha çox oxu