Aİ və Avropa Şurasının birgə icra etdiyi “CyberEast” layihəsi çərçivəsində Avropa Şurasının kibercinayətkarlıq üzrə proqram ofisi (C-PROC) tərəfindən iyunun 18-də kiberzorakılıq anlayışına dair seminar keçiriləcək.
Seminarda qeydiyyat 2020-ci il 17 iyun saat 10:00-a qədər (Mərkəzi Avropa vaxtı ilə) davam edəcək.
CyberEast layihəsinin rəhbəri Giorgi Coxadzenin moderatorluq etdiyi paneldə çıxış edəcəklər: Avropa Şurasının eksperti Betti Şeyv (T-CY kiberzorakılığa dair tədqiqatın planlaşdırılması üzrə təqdimatla çıxış edəcək), Gender əsaslı zorakılığa dair ekspert, Avropa Gender Bərabərliyi İnstitutunun (EIGE) nümayəndəsi Katarzina Volsa-vrona (Qadın və qızlara qarşı kiberzorakılıq haqqında məruzə ilə çıxış edəcək) və Avropa Şurası, Proqram rəhbəri, Diskriminasiya qarşı mübarizə idarəsi, Ksenofob çıxışlara qarşı əməkdaşlıq bölməsinin nümayəndəsi Menno Ettema (Avropa Şurasının ksenofob çıxışlarla və ksenofob xarakterli cinayətlərlə mübarizə üzrə fəaliyyəti haqqında məruzə ilə çıxış edəcək).
Bu seminarın məqsədi informasiya və rabitə texnologiyalarının istifadəsi ilə əlaqəli olan müvafiq mövzular baxımından kiberzorakılıq anlayışı ilə tanış olmaqdır.
Tədbir kiberzorakılığın müvafiq formalarını tam əhatə əhatə etməsə də, tədbirdən sonra müzakirə olunmuş mövzulara və sahələrə yönəlmiş bir sıra ixtisaslaşdırılmış seminarlar keçiriləcək.
Seminar interaktiv iştiraka həvəsləndirmək və iştirakçılar arasında məlumat mübadiləsini asanlaşdırmaq, müvafiq və qabaqcıl təcrübələri, problem və imkanları müzakirə etmək üçün hazırlanmışdır və kibercinayətkarlıq və kibertəhlükəsizliyə cavabdeh olan qanunvericilər, ədalət mühakiməsi orqanları (hakimlər, prokurorlar, hüquq-mühafizə orqanları), Milli Kompüter Təhlükəsizliyi Hadisələrinə Cavab Qrupları (CSIRTs), həmçinin mövzu ilə maraqlanan tədqiqatçılar və təhsil işçiləri üçün xüsusilə faydalı olacaq.
Seminar haqqında ətraflı məlumatı, əlaqədar resursları və tədbirin proqramını tədbirdən qabaq və sonra müntəzəm yenilənəcək xüsusi səhifədən əldə etmək olar.
EU4Digital təşəbbüsü çərçivəsində icra olunan CyberEast layihəsi Kibercinayətkarlığa dair Budapeşt Konvensiyası və əlaqədar alətlərə uyğun olan qanunvericilik və siyasət bazalarının qəbul olunmasına çalışır. Layihənin digər məqsədi ədliyyə orqanlarının və hüquq-mühafizə orqanlarının bacarıqlarını artırmaq və qurumlararası əməkdaşlığı gücləndirmək, o cümlədən xidmət təminatçıları və hüquq-mühafizə orqanları arasında səmərəli beynəlxalq əməkdaşlığı və ədalət mühakiməsinə, kibercinayətkarlığa qarşı mübarizə tədbirlərinə və elektron sübütlara etimadı artırmaqdır.