Pandemiya ilə mübarizədə səhiyyə sahəsi üzrə rəqəmsal texnologiyalar

  • Tarix: 24/11/20
  • Paylaş:

Avropa İttifaqı səhiyyə işçilərini qorumaq, COVID-19 virusunu tez bir zamanda aşkar etmək və yayılmasının qarşısını almaq, reanimasiya tədbirlərini yaxşılaşdırmaq və yeni texnoloji həllər təqdim etmək üçün rəqəmsal alətlərə və süni intellektə əsaslanan innovativ yanaşmaların tətbiq olunduğu 13 layihəyə maliyyə dəstəyi göstərir. Bu layihələrin hamısı COVID-19 pandemiyasına qarşı mübarizə işinə töhfə vermək məqsədi daşıyır.

COVID-19 pandemiyası yüksək keyfiyyətli məlumatlar, rəqəmsal texnologiyalar və süni intellekt analitikası alətlərinə ehtiyacı ön plana çəkib. Bu texnologiyalar Aİ-nin insanların sağlamlığına gözlənilməz və kəskin təhlükə yaradan bu virus ilə mübarizəsinin əsas hissəsini təşkil edir.

İctimai səhiyyə sahəsində hazırlığı və mübarizəni gücləndirmək və daha yaxşı profilaktika və optimallaşdırılmış müalicə üzrə yetkin rəqəmsal səhiyyə texnologiyalarının hazırlanması və tətbiqini sürətləndirmək məqsədilə Avropa Komissiyası COVID-19 virusu ilə mübarizədə “H2020 Societal Challenge 1” çərçivəsində müraciətlərin qəbuluna başlamışdır.

Növbəti 24 ay ərzində ümumilikdə 55.2 milyon avro həcmində büdcəyə malik seçilmiş 13 layihə dörd köməkçi sahə üzrə texnoloji həllər hazırlamalıdır:

  • COVID-19 virusu ilə mübarizədə reanimasiya şöbəsində müalicəyə kömək etmək üçün məsafədən səhiyyədən istifadə
  • COVID-19 virusunun daha sürətli, ucuz və asan təyin edilməsi üçün yeni cihaz və vasitələrin çatdırılması
  • Xəstələrin təhlükəsiz diaqnostikası və nəzarəti, eləcə də səhiyyə sistemlərindəki yükün azaldılması üçün məsafədən səhiyyə və süni intellektdən istifadə
  • Yeni texnologiyalar vasitəsilə səhiyyə işçilərinin qorunması

Planlaşdırılan ilk prototiplərin yaxın 6-12 ay ərzində istifadəyə verilməsi gözlənilir.

Mətbuat üçün açıqlama